Saatlıda Nağıyevlər ailəsi "toxunulmaz ailə" sayılır - Ömürlük vəzifədədirlər, nə istəyirlər edirlər! Şikayət

13-07-2015, 19:06           
Saatlıda  Nağıyevlər ailəsi "toxunulmaz ailə" sayılır - Ömürlük vəzifədədirlər, nə istəyirlər edirlər! Şikayət
teref. info yazır ki,Saatlı rayon Novruzlu kənd sakini Həsənova Mahirə Ramazan qızı Teleqraf.az vasitəsi ilə dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Cənab Prezden! Sizin tərəfinizdən dövlətçiliyimizin inkşaf etməsi, xalqımızın firavan yaşamasından ötrü tədbirlərdə, müşavirələrdə aidiyyatı nazirlik və sturukturlara lazmı göstəriş verməyiniz açıq-aydın hiss olunur. Sizin son tədbirlərdə, ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etməyinizi, ictimaətin fəal olmasını və ictimai nəzarəti alqışlamağınızı xüsusi qeyd etmək istəyirəm. “Toxunulmaz adam yoxdur” Fikriniz mənim kimi sadə insanlarda ruh yüksəkliyi, inam yaradır.

Qeyd etmək istəyirəm ki, “Toxunulmaz adam yoxdur” fikrinizi əsas tutub bildirirəm ki, Saatlı rayonunda hətta “ toxunulmaz ailə” statusunu qazanan ailələr də var. Bu ailələrdən biri də Nağıyevlər ailəsidir. Belə ki, Nağıyevlər ailəsinə Saatlı rayonunda “ gözün üstə qaşın var”deyən yoxdur. Belə ki, Nağıyev Vaqif Saatlı Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsində 20 ildir ki, müdirdir. Özüdə hacıdır. Deyilənlərə görə, şöbəsində işləyən işçilərin bir aylıq əmək haqqı ilə Həc ziyarətinə gedib. Xəstələr üçün yazdığı dərmanlar”şirkət” dərmanlarıdır ki, həmin dərman şirkətindən ona çatacaq müəyyən faiz var və s.

Nağıyeva Nəzakət Nağıyev Vaqifin həyat yoldaşı.

Nağıyeva Nəzakət rayonun mərkəzində yerləşən 5 saylı körpələr evi və uşaq bağçasının 20 ildən çoxdur ki, müdirəsidir. Deyilənlərə görə, xəstədir, özüdə nəinki Azərbaycanda, Türkiyədə müalicə alır. Allah cəmi xəstələrə şəfa versin. Körpələr evi və uşaq bağçasında uşaqlara verilən qidalara qədər maliyyə saxtakarlıqları və pozuntuları da öz yerində və s.

Nağıyev Fərid Vaqif oğlu, Nağıyevlər ailəsinin yeganə və ərköyün oğludur. Belə ki, Fərdi Nağıyev valdeyinlərinin “işgüzarlığı” sayəsində Saatlı RİH-də işləməklə iki başçı “yola”salıb. Nağıyevlər ailəsinin evləri Saatlı RİH-i binasının on addımlığında olmasına baxmayaraq ərköyün Nağıyev Saatlı RİH-nə yüz minlik xarici avtomobillə işə gəlib gedir.

Cənab Prezident! sizin Saatlı rayonuna səfəriniz zamanı sizin mühafizə xidməti, bu ailənin qiyməti milyon manatla hesablanan 3 mərtəbəli evində, sizin təhlükəsizliyinizi qorumaq üçün hətta həmin evdə post qurmaq məcburiyyətində qalırlar. Allah evi olmayanlara Nağıyev Vaqifin xəstə uşaqlar üçün baxan evindən qismət etsin ki, kiməsə möhtac olub xəcalət çəkməsinlər. Maraqldır, Nağıyevlər ailəsi hansı proqramdan istifadə ediblər ki,bu cür “işgüzarlığa” nail olublar. İnanmıram ki, hər bir zəhmətkeş sadə Azərbaycan vətəndaşı həmin Nağıyevlər ailəsinin proqramından istifadə etməsin.

Cənab Prezident! Ictimayyətin bir üzvü kimi nəinki “toxunulmaz adam” hətta “toxunulmaz ailə” haqqnda sizi məlumatlandırdım. Qaldı tədbir və nəzarətə götürülmə. İnanıram ki, sizə etdiyim bu müraciətdən sonra sonra mənə və ailə üzvlərimə hansısa yollarla təziqlər olmasın.

Cənab Prezident! Odur ki, özümün və ailə üzvlərimin təhlükəsizliyinin təmin edilməsini xahiş edirəm.

P.S. Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.