Bəxtiyar Hacıyev “Azercell”in rəhbərliyinə 18 ədəd “prezervativ” göndərib – FOTO

21-12-2017, 00:44           

İctimai fəal Bəxtiyar Hacıyev “Azercell” şirkətinin rəhbərliyinə Yeni il “hədiyyə”si olaraq 18 ədəd Çin istehsalı “prezervativ” göndərib.

Azinforum.az-ın məlumatına görə, Bəxtiyar Hacıyev bu barədə sosial şəbəkədəki hesabında məlumat yayıb. Onun sözlərinə görə, Belçikaya zəng edib. Lakin nömrə bağlı olduğundan danışa bilməyib. Buna baxmayaraq balansından 18 AZN çıxılıb: “Buna görə, Azercell-in prezidenti Vahid müəllimə 18 ədəd Çin istehsalı qoruyucu göndərdim. Bütün narazı müştərilər adından qəbul etməsini rica edirəm”.

Siyasi fəalın sözlərinə görə, şirkətin Facebook səhifəsinndə qiymətləndirməni bağlayıblar ki, etiraz edənlər aşağı reytinq verə bilməsinlər : “Hədiyyə çatana qədər, Azercell müştəri xidmətlərindən, rominq tariflərindən, telefona kontent provayderlər tərəfindən aldadıcı mesajlar göndərilərək balansdan pul silinməsindən narazı olanlar, paylaşaraq dəstək verə bilərlər”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru