Göyçayda dəhşət: Məktəb direktorlarından biri öldü, digəri intihar etdi – Son dəqiqə

22-12-2017, 09:22           

Göyçayda orta məktəb direktoru intihara cəhd göstərib. Daxil olan məlumata görə, 9 saylı orta məktəbin direktoru Akif Qəribov özünə qəsd edib. O, bu gün axşam saatlarında çalışdığı təhsil ocağının həyətində damarlarını kəsib. Hadisədən xəbər tutan yaxınları dərhal onu Göyçay rayon xəstəxanasına çatdırıblar. Əməliyyat edilən xəstənin koma vəziyyətində olduğu bildirilir.

Məlumata görə, A.Qəribovdan kimsə xeyli miqdarda rüşvət tələb edib. O da buna etiraz əlaməti olaraq, intihara əl atıb. Sakinlər rüşvət faktoruna görə, icra hakimiyyətinin başçısından – Mehdi Səlimzadədən şübhələndiklərini bildiriblər.
Göyçayda dəhşət: Məktəb direktorlarından biri öldü, digəri intihar etdi – Son dəqiqə
Göyçayda eyni gündə daha bir məktəb direktoru ilə bağlı dəhşətli hadisə qeydə alınıb. Belə ki, Çayarxı kənd ümumi məktəbinin direktoru Şamilov Mübariz Müzəffər oğlunun da ürəyi tutub. Müayinə üçün Bakıya aparılan direktor orada keçinib. Ondan da böyük məbləğdə pul tələb ediblərmiş.

Bir daha qeyd edək ki, rayonda icra başçısının məktəb direktorlarından yeni ilə kimi böyük məbləğdə rüşvət istədiyinə dair iddialar səsləndirilməkdədir.

Hər iki faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
paytaxt.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru