Əbülfəz Məlikov Şahin Yusifovu neçə çökdürdü?

26-12-2017, 00:37           

Artıq uzun illərdir ki,ölkə mətbuatında "Transbroker" MMC-nin rəhbəri Əbülfəz Məlikova bağlı yüzlərlə danılmaz faktlara söykənən xəbərlər yer alıb.


Əbülfəz Məlikova bağlı yayılan son məlumat isə daha da vahiməlidir. Məlumatda qeyd edilir ki, Əbülfəz Məlikov iş adamı, "Anteks"MMC-nin rəhbəri Şahin Yusifovu müflüsləşdirmək üçün min oyundan çıxıb. Məlumata görə,2012-13-cü illərdə "Anteks"MMC Gürcüstanın "Barjomi" şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi olub. Həmin illərdə "Anteks"MMC ölkəmizdə qonuşu Gürcüstandan gətirdiyi mineral suları nəyin ki topdan, eyni zamanda da pərakəndə satışını yüksək səviyyədə təşkil edir. Təbii ki,şirkətin qıssa bir zamanda tanınması, ölkə daxilində "Barjomi"sularının ucuz və keyfiyyətli satışı,əldə olunan gəlirlə ölkə büdcəsinə ödəmələr Əbülfəz Məlikovu narahat edir,hər vəclə bu sahəni ələ keçirmək üçün yuxarıda qeyd edilən şirkəti çökdürmək üçün planlar quruldu.

Məlumata görə, Əbülfəz Məlikov bu sahəni ilk olaraq ölkəyə saxta "Barjomi"lər gətirməklə inhisara almaq yolu tutur. Bu əsasən Şahin Yusifovu çökdürməyə hesablanır. Məlumatlı mənbə bildirir ki, Əbülfəz Məlikov Şahin Yusifova xəbər göndərir və bildirir ki, əgər "Anteks"MMC onun nəzarətinə keçməsə, bu şirkətinin və onun özünün çöküşü olacaq. Şahin Yusifovu da 200 əməkdaşının işsiz qalmaması üçün Əbülfəz Məlikovun hədə-qorxusuna boyun əyməli olur və Ə.Məlikov şirkətin əsas şefinə çevrilir. Bir müddət sonra Ə.Məlikov özünə məxsus olan və davamlı ziyanla işləyən "Aqvoline" şirkəti ilə "Anteks"MMC-ni birləşdirir. Şirkətləri birləşdirən Əbülfəz Məlikov Şahin Yusifovu tamam sıradan çıxarmaq üçün bütün adamlarını birləşmiş şirkətin rəhbərliyinə təyin edir. Bununla da gözü doymayan Əbülfəz Məlikov Şahin Yusifovu birləşmiş şirkətdən tamam uzaqlaşdırmaq üçün onu "Milla"MMC-nin rəhbəri göndərir. Burda da Şahin Yusifovun işlərinə müdaxilə edən Əbülfəz Məlikov onu "Milla"MMC-nin rəhbərliyindən də uzaqlaşdırmaq üçün müxtəlif bəhanələr gətirməyə başlayır. Bütün bu təzyiqlər qarşısında duruş gətirə bilməyən Şahin Yusifov ölkəni tərk edərək Ukrayna Respublikasına köçməli olur. Əbülfəz Məlikov Şahin Yusifovun zamanında işə cəlb olunan 200 işçini isə işdən çıxararaq ölkənin işsizlər ordusuna daha 200 nəfəri qatır.

Məlumatda səsələnən bütün bu fikirlər göstərir ki, Əbülfəz Məlikov nəyin ki gömrükdə Broker fəaliyyəti göstərib, eyni Açanda ölkəyə xaricdən müxtəlif adda məhsullar gətirən şirkətlərin çökdürülsinə və sonda da həmin şirkətləri mənimsəmək ilə məşğul olub.

Bu məlumatlarla bağlı hazırda Ukraynada yaşayan Şahin Yusifovun və Əbülfəz Məlikovun da mövqeyini dərc etməyə hazırıq. (veteninfo.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.