Nazirin GENERAL qardaşı əks-hücuma keçir

31-12-2017, 21:38           
Nazirin GENERAL qardaşı əks-hücuma keçir
Bir müddət əvvəl kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşı, Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəzəbinə tuş gəlməsi barədə məlumat yayılmışdı.

Məlumatda bildirilirdi ki, Goranboy rayonunda pambıq qəbulu məntəqəsində baş verən yanğında hər biri təxminən 300 ton olan 4 pambıq tayasının alışıb yanmasından qəzəblənən rəsmilər həm icra başçısını, həm də generalı təqnqid etmişdilər. O zamanlar sərt şəkildə tənqidlərə məruz qalan Füzuli Əsədovun işini itirəcəyi də qeyd olunurdu. Lakin Ziya Məmmədov kimi qohumu olan nazir qardaşını "sehirli çubuq" görəvindən atdıra bilmədi.

Miq.Az-a daxil olan məlumata görə, həmin hadisədən sonra Kəmaləddin Heydərovun qəzəbinə düçar olub, səlahiyyətləri belə əlindən alınan Füzuli Əsədov birdən-birə Fövqəladə Hallar Nazirliyində yenidən söz sahibinə çevrilib. Görünür nazirlərin "yarpaq tökümü" silsiləsindən növbə Kəmaləddin Heydərova catacaq şüarının dövriyyəyə buraxılması kənd təsərrüfati naziri Heydər Əsədovun general qardaşı Füzuli Əsədovun əl-ayağını açıb. Maraqlıdır ki, Goranboyda pambıq tayaları ilə birlikdə "karyerası da yanan" Füzuli Əsədovun birdən-birə fəallaşması qaranlıq məbləblərdən xəbər verir.

Görəsən Ziya Məmmədovla qohumluq əlaqələr və iş birlikləri olan general Əsədovu fəallaşdıran səbəb nədr? Ziya Məmmədovun hansı biznesınə general əl qoydu?

Yaxın günlərdə Füzuli Əsədovla bağlı ən maraqlı araşdırmanı Miq.Az-dan oxuya biləcəksiniz. Bizi izləyin...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.