Baba Rzayev bayramqabağı respublikanı zülmətə qərq edib – total etirazlar

2-01-2018, 11:42           
Baba Rzayev bayramqabağı respublikanı zülmətə qərq edib – total etirazlar
Azərbaycanın elektrik təsərrüfatı bayramqabağı iflic olub. Bölgələrdə elektrik təchizatında fəlakət yaşanır

Palitika.Az-a ayrı-ayrı regionlardan gələn məlumatlarda bildiriliir ki, işıqlar tez-tez söndürülür, fasilələrlə verilir.

Gah “Barmek”, gah “Bakıelektrikşəbəkə”, indi də “Azərişıq” ASC olan ölkənin işıq təsərrüfatına cavabdeh qurum rayonları zülmətə qərq edib.
Məsələn, İmişli rayon sakinləri İmişli Rayon Elektrik Şəbəkəsindən şikayətçidirlər.

Belə ki, qeyd olunan şəbəkə sakinlərə elektrik enerjisini fasilərlə verir. Gecələr küçə işıqlarını yandırmırlar.

Evlərə verilən elektrik enerjisi bəzən kondisionerlərin işləyə bilməyəcəyi qədər zəif olur, bəzən də işıq lampalarını partladacaq qədər güclü.

Oxşar problemlər Lənkəran, Bərdə, Astara, Beyləqan, Ağcabədi, Saatlı, Şəki və əksər rayonlarda baş verir.

Elə Bakıda da işıqların tez-tez sönməsi problemi tam həllini tapmayıb. Əsasən də Bakıətrafı qəsəbələr işıqsız qalır.

Ancaq vətəndaşlara xəbərdarlıq olunur ki, dekabrın 19-na kimi borclar ödənilsin, əks halda kəsiləcək.

İnsanlara bayramqabağı zülm edən ASC rəhbəri Baba Rzayevin məqsədinin nə olduğu anlaşılan deyil.

Sabunçu rayon Elektrik Paylayıcı Şəbəkəsi rəisi İlham Quliyev hər ay abonentlərə “gün verib, işıq vermir”.

Toğrul Rəhimovun yerinə idarə rəisi gəldikdən sonra İlham Quliyev abonentləri sıxışdırmağa, işıqlarını kəsməyə, xəbərdarlıq etmədən gününü zülmətə çevirməyə başlayıb.

Abonentlər deyirlər ki, 10-15 manat ödənilməmiş borc 1-2 gün keçən kimi qəfildən işığı kəsirlər. Fikirləşmirlər ki, soyuq havadır, körpəsi, xəstəsi, qocası olan var.

Onların sözlərinə görə, İ.Quliyev Sabunçuda villaların, bahalı evlərin işığını kəsməyə cəsarət etmir. Onların isə külli-miqdarda borcları var və vaxtında ödəniş etmirlər.

Palitika.Az xəbər verir ki, hazırda regionlarda bayram ərəfəsində işıqsız qalan abonentlər var. B.Rzayevin yerlərdəki adamları insanlara “gün verib, işıq vermirlər”.

Bu gərginliyi yaratmaqla aqressiya, sosial narazılıq yaradan B.Rzayev prezidentə qarşı siyasət aparmaqdadır.

Ölkə başçısı dəfələrlə qeyd edib ki, aztəminatlı ailələrdən kommunal borcları güzəştə gedərək, möhlət verərək tələb edin.

B.Rzayev isə öz yaşayışı ilə xalqın vəziyyətini bərabər tutur. Əlbəttə, villasında hündür yolkası, çil-çıraqlı, bəzəkli dekorasiyası olan ASC məmurunun bayram süfrəsinin menyusu da hazırdır, hansı ölkədə qeyd edəcəyi yerin uçuş bileti də, övladlarının istirahət məkanları da…

Amma Azərbaycan əhalisinin borc-xərc içində necə yaşamasından xəbəri olmayan B.Rzayev və adamları bölgələrdə bayramqabağı qanqaraçılıq yaradır, işıq kəsir, insanlarının gününü qara edir.

Yada salaq ki, uzaq ölkələrdən Azərbaycana qonaq gətirən təyyarələrin yolunu işıqlandıran projektorlardan tutmuş Bakı sakinlərinin evində közərən lampalara qədər, ölkə paytaxtında yandırılan elektrik enerjisinin hər kilovatından qazanan bir ailə var – Rzayevlər…

Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan Santral Elektrik LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur (Balababa Rzayev yerli mətbuata verdiyi müsahibələrində özünü Baba Rzayev kimi tanıdır deyə, biz də mətndə Baba Rzayev kimi qeyd edirik – müəlliflər).

Santral Elektrik LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi.

İndi Santral Elektrikə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib. Həm də təkcə Santral Elektrik deyil, əldə etdiyimiz sənədlərə görə bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir.

Ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.