Xudatın məktəb və xəstəxanasını Suriyaya döndəriblər – Video
8-06-2018, 07:56
Xudatda təhsil və səhiyyə ocaqları “üstü bəzək, altı təzək”dir. Şəhər tamamilə baxımsız qalıb. Bu faktı təsdiqləyən video kadrlar feysbukda yayılıb.
AzEuroNews.com xəbər verir ki, Xudatın Kamil Məhərrəmov adına 3 saylı orta məktəbindən görüntülər analoqsuzdur. Məktəbin qarşısı bər-bəzəkli, əzəmətli görünür.
Elə ki, arxasına keçirsən, fəlakətin şahidi olursan. Bir anlıq özünü Suriyada hiss edə bilərsən. Məktəbin binası tökülüb, pəncərələr kartonla, kulokla örtülüb.
Videoda o da məlumat verilir ki, məktəbin ərazisi satılıb. Kadrlardan görünür ki, məktəbin həyətinin bir hissəsini hasarlayıb tikinti aparıblar.
Xudatın xəstəxanasından təqdim olunan görüntülər də məktəbdən fərqlənmir. Təcili yardım otağı bərbad gündədir.
Baş həkim isə öz hesabından 3-4 otağı təmir edir. Halbuki əsaslı təmirə ehtiyac var. Bina əsir düşmüş şəxslərin girov saxlandığı xarabalığa oxşayır.
Görüntülərdə deyilir ki, artıq morq da yoxdur, xəstəxananın şüşələri, pəncərələri sıradan çıxıb. Amma qarşısına keçən kimi kosmetik işlər getdiyini görürsən.
Gəlin uzatmadan, Xudat icra nümayəndəliyinin və tabe olduğu Xaçmaz rayon icra hakimiyyətinin bu bölgəni nə günə qoymasının kadrlarına baxaq: