Piriverdiyevin işində milyardlar, korrupsiya, erməni izi və ........İTTİHAM!!
5-07-2018, 01:23

teref.az-nun əldə etdiyi məlumata görə bu gün ölkə prezidenti Etibar Piriverdiyevi sərt tənqid edib. Etibar Piriverdiyev ölkə prezidentinin tənqidi qarşısında başını yerdən qaldıra bilmirdi!
“Təkcə 15 il ərzində 2500 meqavatt gücündə elektrik stansiyalar yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz.
Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz, sadəcə, utanmalısınız. Xalq qarşısında, ölkə qarşısında.
İnsanlara bu qədər əziyyət vermisiniz. Metroda qocalar, qadınlar, uşaqlar, xəstələr, liftdə qalanlar...”
Məlumatlı mənbələrin verdiyi məlumata görə Etibar Piriverdiyevin başı yerdən heç qalxmamalıidir. Çünki vəzifəyə gəldiyi zamandan bu adamın ən əsas işi dövlət büdcəsini dağıtmaq olub. Məlumatlımənbənin verdiyi məlumata görə təsdiq olunmamış məlumatlara görə Azərenerji" ASC- sədri milyardlarla manat mənimsəyib. Bütün bunları yoxlamalar üzə çıxardıb. Əslində ucuz başa gələn elektrik enerjisinin maya dəyərini fantastik dərəcədə şişirdən Azərenerji" ASC bundan milyardlar qazanıb və dövlət xəzinəsindən yayındırıb.
Mənbənin dediyinə görə satınalmalarda müxtəlif yollarla şişirdilmiş qiymətlər var. Yəni korrupsiya halları kifayət qədər çoxdur. Şişirdilmiş qiymətlər maya dəyərinin artmasına səbəb olur. "Azərenerji"nin tərkibində çoxlu itkilər olur. Rəsmi rəqəmlərlə götürsək, ASC-nin hər kVt elektrik enerjisinə sərf olunan mazutun həcmi ortalama dünya standartlarından 2 dəfə artıqdır. Hətta Cənubi Koreya ilə müqayisə etsək, bu, 3 dəfəyə çatır. Məsələn, bu ölkədə 170-180 qram mazutdan təqribən 1 kVt elektrik enerjisi alınırsa, Azərbaycan üçün bu rəqəm 400 qramı keçir. Normal idarəetmənin təşkil olunmaması, şişirdilmiş rəqəmlərin, korrupsiyanın geniş vüsət alması ASC-nin öz işini effektiv qura bilməməsinə dəlalət edir və maya dəyəri süni şəkildə böyüyür
Ancaq məsələ bunda deyil. Faktiki olaraq 90 faiz elektrik stansiyaları dövlət investisiyaları hesabına başa gələn "Azərenerji"də elektrik enerjisinin maya dəyəri niyə bu qədər bahadır? Əslində baha deyil, onun bir adı var, o da şişirdilmiş qiymətdir.
Əslində Etibar Pirverdiyev Azərbaycanın əsas atributu olan Bayraq Meydanında yol verdiyi səhvlərə görə cəzalandırılmalı idi. Çünki öz milli bayrağına zərrə qədər hörmət etməyən və buna görə məsuliyyətini dərk etməyən Etibar Pirverdiyevin növbəti dəfə bundan da ciddi səhvlərə yol verməyəcəyinə heç kəs zəmanət verə bilməzdi. Baş verən hadisələr və faktlar onu göstərir ki, bu adam hələ də öz vəzifəsinin nə qədər məsuliyyətli olduğunu anlamır, məsuliyyət hissini tamamilə itirib.
Mənbənin dediyinə görə Pirverdiyev hamını aldadaraq köhnə və ucuz avadanlıqlar aldırıb, sonra da milyonlarla vəsaiti "sildirib".Mingəçevir hadisəsi elə bu köhnə avadanlıqların bəlasıdır. Piriverdiyevə milyardlar qazandıran bu korrupsiya sxemiləri ölkəyə ondan artığını ölkə iqtisadiyyatına vurdu.
Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma bir çox sahələrdə olduğunu kimi su təchizatına da təsir göstərib.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı “Trend”ə bildirib ki, elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb: “Hazırda bu istiqamətdə bərpa işləri aparılır. Biz artıq Ceyranbatan su anbarından suyun verilməsini bərpa etmişik. Digər istiqamətlərdə işlər davam etdirilir”.
Hələ dahası da var. Qurum rəsmisi bildirib ki, yaranmış vəziyyətlə əlaqədar, paytaxt Bakının böyük hissəsində suyun təchizatı ilə bağlı problemlər yaşanır: “Gün ərzində sakinlər su ilə bağlı problemlərlə üzləşə bilər. Problemlər gün ərzində aradan qaldırılacaq”.
Elektrik enerjisinin kəsilməsi gecə saatlarında baş verdiyindən, metronun işləmədiyi zamana düşüb. Bununla belə, burada da qismən problemlər yaranıb. Elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləməyib və sərnişinləri qəbul etməyib.
"APA-Economics"in məlumatına görə, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.
Eyni zamanda, "Avtovağzal" stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib.
Daha sonra elektrik enerjisinin verilişi bərpa olunan kimi "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti təmin edilib.
Bundan başqa, paytaxtda elə obyektlər var ki, onlar sutkada 24 saat işləyirlər və daima elektrik enerjisindən istifadə edirlər. Məsələn, klinikalar, marketlər, hospitallar, otellər, vağzallar, aeroport bu qəbildəndir. Söz yox ki, onların da fəaliyyətində axsamalar, problemlər olub. Məsələn, aeroprtdan verilən xəbərə görə, bir sıra tresylərdə gecikmələr olub.
Elektrik qatarlarında yolda qalan, gecənin bir yarısı dəmiryol xəttindən ayrılıb magistral yola çıxmağa çalışan yüzlərlə sərnişin olub.
Müasir həyat elədir ki, elektrik enerjisinin nəinki 5 saat, hətta beş dəqiqə kəsilməsi də texnogen qəza sayılır və bu, milyonlarla insanın həyatında problemlər yaradır.
Bütün bunların isə 1 günahkarı var! Oda gözləri hərislikdən bağlanmış Piriverdiyev və onun komandası.
Mənbənin dedyinə görə burda erməni təxribatınıda gündəmdən atmaq olmaz. Axı Piriverdiyevin erməni əlaqələri haqda gündəmdə bir çox şaiyələr gəzib.
Və əsas odur ki, ölkə prezidenti günahkarları cəzalandırmaqda qətiyyətlidir!
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az