Leyla Əliyevanın şeiri tərcümə edildi: "Zindandan çıxanların yetişəcək zamanı..."
10-07-2019, 21:39
Kamal Abdulla Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirini tərcümə edib. Leyla Əliyeva şəxsi instaqram hesabında həmin şeirini paylaşıb.
Şeiri olduğu kimi təqdim edirik:
"Mənim başlanğıcımdır sonsuz aləmin sonu.
Amma yenə necə də əlçatmazdı ulduzlar.
Hərislik bir cəhənnəm bəlasıdır, qov onu,
Cəhənnəmdən cənnətə həmişə bir yol var.
Nə zamansa tonqalda yandılar cadugərlər.
Onlardan qorxsalar da, bağışlanmaz qaldılar.
Nə qədər boş-boşuna danışaraq birtəhər
Kainatın ruhunu çəkib candan aldılar.
Gör necə də gizlicə iblis gəlib yaxına
Əgər gələ bilibsə, deməli, var amanı.
Bütün dünya zindan tək keçməyibmi yaxana?!
Zindandan çıxanların yetişəcək zamanı.
Mən qorxmuram şənlikdən, qorxmuram dostdan, yaddan
Qeybətlər və hədyanlar daha sıxmır qəlbimi.
Qoy bütün hakimləri bağışlasın Yaradan
Onlar əməlsizdilər, susurlar heykəl kimi.
Gizlənmirəm mən daha sərt həqiqət üzündən
Həqiqətin hər üzü yaltaqlıqdan ucadır.
Əgər özüm olmasam, utanaram özümdən,
İnsanı bu dünyada haqq, ədalət yaşadır.