Baldızına göz dikən yazıçı: Saçından bir çəngə alıb… - Yazarların gizli həyatı

17-10-2019, 09:14           
Baldızına göz dikən yazıçı: Saçından bir çəngə alıb… - Yazarların gizli həyatı
İngilis yazıçısı Çarlz Dikkens 7 fevral 1812-ci ildə İngilitərədə doğulub. Onun çağdaşı və rəqibləri Edqar Allan Po və Uilyam Tekkereydir. Onun özüməxsus üslubu olub.

Uşaqlığı səfil, yoxsul və kədərli keçən Dikkens fabrikdə fəhlə işləyirdi.

Sonralar “Oliver Tvist” əsərində elə Dikkensvari bir həyatı qələmə alacaqdı. Onu gənc ikən ayaqqabı boyama fabrikinə göndərirlər, çünki atası Con 1824-cü ildə borca görə həbsə düşür. Gənc Çarlzın fabrikdəki işi ayaqqabı qablarının üzərinə etiket yapışdırmaq idi. Bu iş əziyyətsiz görünsə də, əslində gündə 10-12 saat çalışmağına rəğmən həftəyə 6 şillinq əmək haqqı alırdı.

Belə bir cəhənnəm həyatı keçirməsi, insan qürurunun tapdalayan mühitdə çalışması, fabrikdə işləyən köməksiz uşaqların durumu Dikkensi yazmağa sövq etdi.

Çarlz Dikkens qısa zaman kəsiyində məşhurluq qazandı. 24 yaşında çap olunun “Pikvikin sərgüzəştləri” əsəri bir gecədə ona şöhrət gətirərək ən çox satılan kitaba çevrildi. 1841-ci ildə Nyu-Yorkda antik əşyalar satılan mağazada 6 mindən çox oxucu onun kitabın almaq üçün sıraya düzülmüşdü.

Dikkens öz dövrünün Stiven Kinqi idi.

1858-ci ildə dərgilərdən biri Dikkens haqqında belə yazırdı: “Şöhrətinin daimi olacağını düşünmürük, uşaqlarımız onu və onun timsalında günümüzün romancılarını dağın təpəsinə qoyanda ciddi ədəbiyyatçıların, atalarımızın nə deməyə çalışdığını anlamayacaqlar”.

Buna baxmayaraq, Tolstoy, Dostoyevski, Henri Ceyms Dikkensi Şekspirdən bu yana ən böyük ingilis yazıçısı hesab ediblər.

Çarlz Dikkens 1836-cı ildə bir qəzet redaktorunun qızı Katerin Hoqartla evləndi. Ancaq onun kiçik bacısına gözü düşdü. Hoqartın 17 yaşında Meri adlı bacısının saçından bir tutam kəsib götürdü, saçı balaca bir qutunun içində saxlamağa başladı. Qızın barmağındakı üzüklərdən birini çıxarıb öz barmağına taxdı və ömrünün sonuna kimi o üzüyü barmağından çıxarmadı.

Meri öldükdən sonra yazıçı onun bütün paltarlarını özündə saxladı. Arada bir o paltarları çıxarıb seyr edirdi. Hətta bir dəfə baldızı ilə eyni məzarda gömülmək istədiyini də dilə gətirmişdi. Merinin xəyalı uzun illər Dikkensin yaxasından əl çəkmədi. Onların arasında münasibətin olub-olmaması haqda məlumat yoxdur, gümanlara görə, bu duyğular platonik sevgidən o yana getməyib.

Çarlz Dikkens 1858-ci ildə evliliyə son qoydu. Özündən 27 yaş kiçik, 18 yaşlı aktrisa Ellen Ternan ilə vaxt keçirməyə başladı. Onların hətta bir övladları da dünyaya gəldi.

1865-ci ildə cütlük Fransadan Londona qayıdanda qatarda qəza baş verdi və Ellen Ternan suya düşdü. Ellen qəzada görünməsin deyə gizlicə oradan uzaqlaşdı.

Amma Çarlz Dikkensin aldığı yaralar uzun müddət sağalmadı. Yazıçı qəzadan 5 il sonra dünyasını dəyişdi. Onun qəbrini Vesminster kilsəsində “Şairlər bölməsində” dəfn etdilər.

Yazıçının nizamam qarşı aşırı həssaslığı vardı. Vəsvəsə halını alan bu fobiya yazmağına da mane olurdu. Masa və stulları, evi istədiyi formaya salmamış oturub rahat yazmazdı. Hətta getdiyi otelin otağını da öz zövqünə uyğun formada əşyalar yerləşdirirdi. Saçları tökülməsinə baxmayaraq hər gün yüz dəfə darayardı. Telinin biri yerindən tərpənsə, yemək masasında darağını cibindən çıxarıb saçını düzəldərdi.

Yerə bir şey düşsə əlcəklə yerdən götürərdi. Onun nizam xəstəliyindən də betər batil inancları vardı. Uğur gətirsin deyə hər şeyə üç dəfə toxunardı. Yatanda belə bu vərdişlərindən əl çəkmirdi. Hökmən üzü şimala tərəf yatmalıydı. Bu barədə ona sual veriləndə Yer kürəsinin maqnitizmindən, pozitiv-neqatif enerjidən, elektrik axımlarından başa düşülməz izahlar verərdi.

Dikkensin 800 səhifəlik romanları oxucunu sıxdığı vaxtlarda insanları “Mesmerizm”lə hipnoz edirdi. Bu elm xəstəlikləri sağaldan, canlı maqnit işıqları verə bilən şəfalı bir üsul sayılırdı. 19-cu yüzilliyin ikinci yarısında Avropa qitəsini bürümüş bu batil inanc İngiltərədən də yan keçməmişdi. Dikkens bunu ingilis həkimi Con Elliotsondan öyrənmişdi.

O sonralar hipnoza keçdikdən sonra peşəsindən uzaqlaşdırıldı. Əyləncə olsun deyə Dikkens dostlarıarasında insanlara hipnoz edirdi. Hətta möcüzələr göstərdiyi də deyilir. O, 1844-cü ildə akutpanik atak nəticəsində üzündə səyrimələr əmələ gələn Madam de la Rueni sağaltdı.

Məşhur nağıl yazarı, şair Hans Xristians Andersan 1857-ci ildə Çarlz Dikkensin evinə ziyarətə gəlir. Onlar bu ziyarətdən on il qabaq tanış olmuşdular. Dikens Danimarkalı nağıl yazarını Londondakı imza gününə gələrək “Andersan mütləq görməliyəm” deyərək qışqırır. Dikkens Andersana ölkəsinə gedərkən öz kitablarını imzalayıb hədiyyə olaraq təqdim edir.

Andersan dostu Dikkenslə birgə qalmaq arzusu ilə Londona gələndə gözləmədiyi mənzərə ilə qarşılaşır. Həmin ərəfədə Dikkens həyat yoldaşı ilə ayrılıb Ellenlə yaşamaqdaydı. Andersan gəlməyinə peşman olmuşdu. Dikkens ortalıqda görünmürdü. Sanki ondan qaçırdı. Uşaqları da Andersanla pis rəftar edir, əsərlərinin maraqsız olduğunu deyirdilər. Hətta Andersan bir dəfə həyətdə oturub hönkür-hönkür ağlamışdı.

Dikkens Paris morquna tez-tez baş çəkərdi. “Görünməz maqnetik bir güc məni morqa çəkir” deyirdi. O, bura gəlməyi də vərdiş halına çevirmişdi. Qoxudan boğulsa da tez-tez morq sərgisinə gələrdi. Bunu “iyrəncliyin çəkiciliyi” deyə izah edirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.