Mircəfər Bağırov ermənidən qisası bu cür alıb...

1-04-2021, 07:37           
Mircəfər Bağırov ermənidən qisası bu cür alıb...
Ən amansız qətllər və işgəncələr dünya tarixində yalnız azərbaycanlılara qarşı törədilib.

Bakı və Azərbaycanın şimalında və cənubunda azərbaycanlılara qarşı törədilən soyqırımın ideya müəllifi bolşevik Vladimir İliç Lenin, icrasına nəzarət Stepan Şaumyan, icraçılar erməni terrorçuları, qəddarlığına görə seçilən isə Hamazasp Srvandzyan idi.

O, 1870-ci ildə Osmanlı imperiyasının Van bölgəsində anadan olmuşdur. Gənclik illərində Armenakan təşkilatına qoşulsa da, sonradan Daşnaksütun Partiyasının sıralarına keçmişdir. Rusiya imperiyası dönəmində Yelizavetpol quberniyası daxilində yaşayan müsəlman əhaliyə qarşı qətliamlar törədən Hamazasp eyni zamanda 1905-ci il qətliamlarında da iştirak etmişdir. O, eyni zamanda Quba bölgəsində 1918-ci ildə yerli əhaliyə qarşı törətdiyi qətliamlarlada məşhurlaşmışdır. Rəhbərlik etdiyi dəstə ilə şəhərə hücum edən Hamazasp yerli əhalinin müqaviməti ilə qarşılaşsa da, 3 mindən çox dinc əhalini qətlə yetirir və 105 evi dağıdır. “Mən erməni xalqının qəhrəmanıyam, siz və türklər tərəfindən öldürülən ermənilərin intiqamını almağa gəlmişəm. Xəzər dənizindən Şahdağa qədər olan ərazilərdə yaşayan bütün müsəlmanların kökünün kəsmək üçün buraya gəlmişəm” deyən, erməni terrorunun öndə gedən ismlərindən biri olan Hamazaspın komandanlığı altında 2000 nəfərdən ibarət dəstə Qubada əhaliyə divan tutmuşdur.

Hamazaspın dəstəsi tərəfindən oğurlanmış əmlak 4 milyon rubl nağd pul, 4,5 milyon rublluq brilyant, qızıl, gümüş və digər qiymətli daş-qaş, 25 milyon rublluq müxtəlif mallar – xalça, ev əşyaları və s. olmuşdu.

Qubaya gələn Hamazasp hirsli halda və eyni zamanda, yerli əhalinin müqavimətindən ehtiyat edərək deyir: “Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən artıq türk kəndini xaraba qoymuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Bura da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam”.

5 ay ərzində Quba qəzasında üst-üstə 16 min insan məhv edilmişdi. Amazaspın bu “xidmət”ləri Şaumyan tərəfindən çox yüksək qiymətləndirilib. Qubadakı faciəvi hadisələrdən sonra o, Bakı Soveti tərəfindən yaradılan və daşnak yaraqlılarından ibarət olan hərbi briqadaya rəhbər təyin olunub.

Azərbaycan Cümhuriyyəti qurulandan sonra Hamazasp İrana qaçır. İranda bir müddət qaldıqdan sonra Ermənistana keçən Hamazasp burada yaradılmış Ermənistan Respublikasının fəaliyyətində yaxından iştirak etmək istəyir, ancaq 1921-ci ildə bolşeviklər tərəfindən həbs edilir. Həsbxanadan qaçmaq barədə düşünən erməni terrorçunun etdiklərini unutmayan Mir Cəfər Bağırov İrəvana gedir. Həsbxanada onunla görüşür və onun Qubada öldürdüyü qohumlarının qanının yerdə qalmayacağına dair ona Bakıda dediyi sözləri xatırladır.

Hamazasp Bağırova baxaraq gülür və “burdan çıxandan sonra sağ qalanları da öldürəcəyəm” deyir.

Bundan sonra Bağırovun xahişi ilə erməni bolşeviklər Hamazaspın qaldığı kameraya Ərzurumda bütün nəsli qətl edilən Süleyman Nuri adlı kommunisti salırlar. Süleyman Nuri iki erməni bolşevikinə qatilin əllərini bağlamağı tapşırır və əlinə balta alaraq hissə-hissə onu doğramağa başlayır. Mənbələr yazır ki, iki qolu balta ilə kəsiləndən sonra “Vəhşilər, məgər adamı belə öldürərlər?!” - deyə qışqıran qatilin səsi bütün həbsxananı bürümüşdü. Onu tikə-tikə doğrayıb kameranın ortasına atıb çıxan Süleyman Nuri və iki erməni bolşeviki Bakıya gəlib Bağırovla görüşürlər.

Deyilənə görə, Bağırova erməni qatilinin kəsilmiş barmaqlarını gətirirlər ki, o da bunları itlərə yem edir.

Hamazaspın bədəni və başı o qədər eybəcər hala salınmışdı ki, oğlu onu yalnız keçə çəkmələrindən tanıya bilmişdi.

Beləliklə, əli minlərlə insanın qanına batan erməni qatilindən Bağırov qohumlarının qisasın ala bilmişdir.axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.