İsmail qurbanı haqqında bilmədiyimiz
20-07-2021, 01:01
Məlumdur ki, İsmail qurbanı İbrahim peyğəmbərin oğlu İsmaillə bağlıdır. İbrahim peyğəmbər Allahın iradəsinə uyğun olaraq oğlu İsmaili qurban gətirmək istəyir. Lakin Allah onun mömin və sadiqliyini görə qurban üçün qoç göndərir və İsmaili İbrahimə bağışlayır. Bu rəvayətin qəbul olunmuş birbaşa mənasıdır. Lakin bu rəvayətin əsl - batıni mənası da var ki, bu da bilavasitə Azər oğulları ilə bağlıdır.
Bildiyimiz kimi İbrahimin atasının mənbələrdə üç adı keçir ki, bu da Azər, Terax və Farradır. Batinilikdə Azər - Asar, yəni Osiris Allahı, Terax - tərikə yolu gedən Türk (qədim Teurq), Farra isə Pir-Ra (firon) deməkdir. Ümumiləşdirsək, İbrahimin atası Azəri Türk piridir ki, bu da elə Asar/Osiris günəş Allahı deməkdir. İbrahim rəmzi özü batınilərdə Abra-qam mənasındadır və burada qam sözü həm qam-şaman və həm də maq anlamındadır. Abra rəmzi isə qədim Misirdə Allahın Ba ruhu və Ra günəş diskinin birləşməsidir ki, bu da elə Ra-Amon, yəni Rəhman Allah mənasındadır. Qısa desək, İbrahim peyğəmbər Rəhman Allahın obrazıdır.
İbrahim peyğəmbərdən Həcərdən İsmail adlı oğlu olur ki, Həcər qədim mənbələrdə Aqar kimi keçir və bizlərə Xacar və ya Qacar kimi də tanışdır. Başqa sözlə, Qacar şahlarının nəsli qədim Misir Allahlarının yerdəki Qor fironlarının-pirlərinin törəmələridir.
Doğulandan sonra İsmail və anası Həcər Paran/Faran səhrasına köçürlər. Paran rəmzi bizlərə Pirion kimi tanışdır və burada maqlar Farna/Azər odunun sönməməsinə nəzarət edirlər. Yəhudi mənbələrdə bu sönməyən od - göydəki Vəhy çadırının mövcudluğunun əsas səbəbidir. Vəhy cadırı isə cənnətdir ki, Allah burada, Öz xalqı arasında yaşayır. Əhdi-Ətiqdə Allah ismaili atabəglərin Gelat/Xelat elini - "Mənim Xelatım" adlandırır ki, Quranda bu cənnət Xüld cənnəti adlandırılır. Əflatun Gelat/Xelat elini - Kleyta adlı qadın kimi rəmzləndirir və Poseydon Baş dəniz Allahının arvadı kimi təqdim edir. Poseydon Kleyto cütlüyündən isə Atlantidanın Atlantları doğulur. Atlantlar Atlas dağında yaşayırlar və bizlərə bu dağ Talas/Tilos/Talış dağları kimi məlumdur. Başqa sözlə, Gelat/Xelat Atabəglərinin ismaili Qacarları elə qədim Atlantlar nəslidir. İsmail obrazı isə yaradılandan sonra axirətə qədər gözləmiş və axirətdə öz Atası Azər/Asarı dirildəcək Qor Allahının (Qorqud) obrazıdır.
Qədim Misir mənbələrinə görə, ismaililərin Azər Allahı 14 hissəyə parçalanır və tam məhv olma reallığı ilə üzləşir. Lakin Allah öz elini qurbanla yaratdığı kimi, qurbanla da ölümdən xilas edir. İnşaallah bir gün Azərbaycanda da xüsusi məqsədli böyük qurban mərasimi keçiriləcək ki, bundan sonra Azərbaycan öz qüdrətini özünə qaytaracaq. Başqa sözlə, İsmail qurbanı - Azərbaycanın xilasının mərasimidir.
Firudin Gilar Bəg
Teref.az