Bu qədər vicdan yoxsulu ilə cəmiyyət çətin düzəlsin - Səxavət Məmməd yazır...

14-12-2021, 08:48           
Bu qədər vicdan yoxsulu ilə cəmiyyət çətin düzəlsin -
Əhali sürətlə yoxsullaşır. Əslində əhalinin böyük hissəsi uzun zamandır yoxsul idi. Sadəcə indi ayılmağa başlayır. İnsanlar indi özlərini sorğulayır. Ağlım kəsəndən bu ölkə düşmənlərlə mübarizə aparır. Buna daxili və xarici düşmənlər aitdir.
Nə etdilər?
Əvvəlcə daxildəki özlərinə düşmən bildiklərini sıradan çıxardılar. Müxalifət yox oldu, media yox oldu. Şantaj, təhdid, təzyiq, pul. Bəzən real düşmənlər tapılmayanda xəyali düşmənlər ortaya atıldı.
5-ci kalon kimi. 30 ilə yaxın Qarabağ problemi. Dildə sülh danışığı, gerçəkdə isə boş-boş mənasız söhbətlər. Bütün bunların hamısında iştirakçı olduq. Bir qrup erməniyə qarşı mübarizəyə kökləndi, bir qrup daxildəki "düşmənlərə" qarşı. Nəticədə istəməsək də, oyunda olduq. Hazırda demək olar bütün düşmənlər yox olub. İnsanlar artıq günlərinə baxır və gələcəklərini görmək istəyirlər. İndi anlamağa başlayırlar ki, yoxsul və bədbəxtdirlər.
Hələ insanlar eyf0riyadan tam ayılmayıb. Onda hər şeyi daha dəqiq anlayacaqlar.
Bunu təbii ki, oyunçular və onların ətrafındakılar da görür. Yeni mövzular, yeni düşmənlər axtarılacaq. 6 yerə deputat seçkisi ehtiyatda saxlanılan oyunlardan biridir. Daha başqa oyunlar da olacaq. Oyun demişkən, iş o yerə çatıb ki, dinmə, Zəngəzur dəhlizi üstündə işləyirlər, deyənlər meydana gəlib. Sabahını görə bilmir, bir qarnı ac, bir qarnı tox, bu ölkədə doğulduğuna görə özün söyür, Zəngəzur davası edir. Burdan bura işğaldan azad edilmiş yerlərə cığırla gedə bilmir, dəhliz sevdası başına vurub. Yaşadığı ölkənin daxili siyasətindən xəbəri yoxdur, Putinlə Baydenin telefonda nə danışdıqlarını analiz də etmir, yanlarında olmuş kimi danışır. Əvvəlcədən təhlükə gəlir, deyirsən, veclərinə almırlar. Hadisə baş verir, əhali aləmi qatanda deyirlər, bəs insanları maarifləndiririk, niyə belə edirlər. Debil hələ bilinmir ki, ağıllı olduğu üçün yox, vicdan yoxsulu olduğu üçün TV ulduzu ediblər.
Çox iyrənc durumdur. Maddiyyat düzələn bir şeydir. Bu qədər vicdan yoxsulu ilə cəmiyyət çətin düzəlsin.
Səxavət Məmməd












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.