O pensiyoneri tapın... ..və ya nazir kömək istəyir...
18-12-2021, 17:21
"Saxta yolla 1 milyon 800 min pensiya alın olub".
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri #SahilBabayev, #MEDİA ilə birgə təşkil edilən media subyektləri ilə görüş çərçivəsində verib bu məlumatı. Çoxu inanmır. Mən inandım.
Çünki....Bura #Estoniya deyil!
Allah sabiq və mərhum səfir Hikmət Hacızadəyə rəhmət eləsin. Hər zaman üçün aktual olan bu şüarı iş otağında, başının üzərindən yazıb asmışdı.
İndi o deyimə söykənib də bir neçə qısa sualım və bir təklifim var.
Əslində bu statistikanı ciddi layihəyə çevirmək olar. #Saxtakarlıq, #rüşvət və #korrupsiyanın masştabını göstərmək və real mübarizədən xalqı xəbərdar etmək üçün. Bəlkə bu, nazirliyə və nazirə olan hirs, kin, hətta nifrəti yumşaldır.
İkincisi, bu cinayət tərkibli əməldir. Birinci sual da o ki,
... fakta görə cinayət işi açılıbmı?
Sonra,
O pensiyoneri kimdir?
Harada çalışıb?
Haradan pensiyaya çıxıb?
Hansı statusla pensiya kəsilib ona?
Hansı rayonun həkim komissiyası verib ona sənədləri?
Hansı ildə baş verib hadisə?
Ölü candır, yoxsa həyatdadır?
Üstəlik,
...on minə yaxın aylıq saxta təqaüd şapkasız verilməzdi bu ölkədə. Minimum bir il pensiyaçıdan "şapka" kimi alınıb. Tibbi komissiya və nazirlikdən kim olub "şapkayeyən"?
Məhz bu təqaüdə görə kimlərsə işdən çıxarılıb?
Digər tərəfdən, bir cümləlik bu məlumat əslində ciddi mətləblərə açardır. Gözləyək, görək bəlli tədbirdəki neçə media quruluşu bu işə açar olacaq.
Eyni zamanda bu məlumat həm də dəstək arzusuna oxşadı. Bəlkə də tədbirin açar sözüdür, bir milyon səkkiz yüz min. Açması, "mənə kömək edin, vəziyyət bərbaddır" deməkdir. Çox maraqlıdır, görək neçə adam köməyə, nə qədəri qranta gedəcək nazirliyə?!
J.Mütəllimova
18.12.2021.