Elçibəy qatilləri – MƏNİ HEÇ KIM QUL EDƏ BILMƏZ – II YAZI
2-05-2016, 01:08
Bizim məqsədimiz o dövrün siyasi proseslərinin alt qatında duran məqamları təhlil etmək olmadığından gedişatı burda saxlayırıq. Diqqət çəkəcəyimiz ikinci məsələ
Sirli ölümlər olacaq. Daha doğrusu, siyasətçilərə qarşı həyata keçirilən gizli sui-qəsdlər. O sui qəsdlər ki, bu vaxta qədər onların sui-qəsd olmasını təsdiq edən heç bir fakta rast gəlinməyib.
Öncə 80-ci illərdə dünyanın iki super dövlətindən birinin-Sovetlər Birliyinin ən yüksək postunda iki ardıcıl ölüm hadisəsinə nəzər yetirək.
1982-ci ildə Brejnevin ölümündən sonra SSRİ-də hakimiyyət başına Yuri Andropov gətirildi. Andropov artıq çürüməkdə olan sovet sisteminə yenilik gətirərək bir çox ciddi islahatların başlanğıcını qoymaqda qərarlı idi. Amma fiziki baxımdan sağlam olan sovet lideri qəflətən vəfat etdi.
Andropovun ölümündən sonra 1984-cü ildə Sov.İKP MK-nın baş katibi vəzifəsinə seçilən Konstantin Ustinoviç Çernenkonun sağlıq durumu əvvəlindən qaydasında olmayıb.
Andropovun cənazəsi başında dayanan bu adam tam şəkildə o təssüratı yaradırdı ki, tabutda uzanan rəhbərin yalnız silahdaşı deyil, həm də onun gedəcəyi axirət dünyasına yol yoldaşıdır. Elə isə hakimiyyət niyə məhz ona ötürülmüşdü? Cavab isə çox sadədir – Çernenko, ağır xəstə olduğundan, hər işə qarışmayacaqdı.
Andropovun başladığı islahatları davam etdirməyəcəkdi. Vəziyyət Brejnev dövründəki kimi stabilləşəcəkdi. Amma hadisələr gözlənildiyi kimi cərəyan etmədi. Çernonko əməlli başlı müqavimət göstərdi… və elə bu vaxt ikinci yola əl atıldı. Nəticə isə bəllidir.
1983-cü ilin avqust ayında Konstantin Ustinoviç xanımı Anna Dmitriyevna ilə birlikdə Krımda istirahət edir. Köməkçisi Viktor Pribıtkov xatirələrində yazır ki, Çernenko saatlarla dənizdə çimər, sahildə uzanıb günəş vannası qəbul etməkdən ləzzət alardı. Yaxşı üzməyi vardı. Səhhətindən şikayətlənmirdi. Özünü cox gümrah hiss edirdi. Həmin vaxt SSRİ Daxili İşlər naziri V.Fedorçuk da Krımda istirahət edirmiş (Vitali Fedorçuk həvəskar balıqçı olsa da, peşəkar çekist idi. SSRİ Daxili işlər naziri təyinatından əvvəl DTK-ya sədrlik etmişdi). Nazir bir axşam əlində təzə balıq Çernenkoya qonaq gəlir. Deyir ki, bu stavridanı özüm tutmuşam, sonra da hisə vermişəm. Məxsus sizin üçündür, nuş eləyin, ləzzətini görəcəksiz. Qonağı yola salandan sonra Konstantin süfrə arxasına keçıb balığı həzm-rabeədən keçirir. Yazığın bütün bəlaları da bundan sonra başlayır. Top kimi sağlam adam həmin axşam elə vəziyyətə düşür ki, gecəylə onu təcili Moskvaya gətirirlər. Müayinə göstərir ki, orqanizmdə ağır zəhərlənmə baş verib. Çazov yazır ki, xəstənin sağ qalacağına ümid çox az idi. Böyük çətinliklə onu həyata qaytarmaq mümkün olsa da, səhhətinin əvvəlki vəziyyətini bərpa etmək alınmır. Sonradan hər iki sovet liderinin ölümünü araşdıran SSRİ səhiyyə naziri Çazov özü də dünyasını dəyişir və bütün bunlarla bağlı ən maraqlı fakt: Andropov, Çernenko və Çazovun rəsmi olaraq ölüm səbəbləri eynidir. Onların hər üçünün bədənində zəhərli maddə olan dioksin aşkarlanıb. Eyni zamanda hər üç şəxsdə səhhətin qəfil pisləşməsi və bir neçə ay ağır yataq xəstəliyi keçirməsi müşahidə olunub.
Amma əsas olan bu deyil, əsas olan bir qədər adını çəkdiyimiz maddədir. Bu maddənin adını yadda saxlayın:
Dioksin
Dioksin qurbanları
Dioksin qurbanları
Çünki bu maddə ilə öldürülən və ya öldürülməsinə cəhd edilən siyasətçilərin siyahısı bununla yekunlaşmır. Siyahını davam etdirməmişdən öncə isə qeyd edək ki, Sovetlər birliyində bu kimi əməliyyatları həyata keçirən ayrıca qurum var idi: SMERŞ. “Smert şpionam” sözlərindən formalaşmış bu qurum əks-kəşfiyyat strukturu adı altında işləyib. Qurumun vəzifəsi ilk illərdə ordu hissələrini izləmək və fərarilik edən və ya etmək istəyən əsgərləri öldürməkdən ibarət olub. Sonrakı illərdə isə SMERŞ əməkdaşları ölkə daxilində, hətta partiya rəhbərliyində “ikibaşlı” agentlərin aşkara çıxarılıb gizli yollarla, məsələn, zəhərlənmə və başqa “dinc” üsullarla öldürülməsi üçün də istifadə edilib.
SSRİ-nin dağılmasından sonra SMERŞ-in hansı ad altında hansı fəaliyyət forması seçməsi haqda bir məlumatımız yoxdur. Amma bir fakt dəqiqdir ki, Ukrayna prezidenti Viktor Yuşenko da dioksinlə zəhərlənib. Ekspertlərin rəyinə görə bu maddə yalnız ABŞ, Böyük Britaniya və ya Rusiyanın yüksək səviyyəli laboratoriyalarının birində hazırlana bilər. Çünki, dioksinin də daxil olduğu bu cür kimyəvi qarışıqları hazırlayan təşkilatlar yalnız bu ölkələrdə fəaliyyət göstərir. O da müəyyənləşib ki, zəhərlənmə 4 və ya 5 sentyabr 2004-cü ildə baş vermiş və zəhərli maddə olan dioksin prezidentin orqanizminə qida ilə birlikdə daxil olmuşdur. Həmin tarixlərdə Yuşenko Ukraynanın Təhlükəsizlik nazirliyinin rəhbərliyi ilə görüşmək məqsədilə nazirliyin keçmiş başçısı Vladimir Sasyukanın bağında olub. Bu görüşdən sonra prezident özünü pis hiss etmiş və 5 gün sonar xəstəxanaya yatırılmışdı.
Təxminən eyni bir şəkildə Turqut Özal haqqında da ölüm hökmü çıxarılıb. Sadəcə, Yuşenkonu himayə edən güclər bu kadrın itirilməsi faktı ilə razılaşmayaraq onu həyata qaytara bildilər. Özal isə Türk dövlətlərinə səfər edib Elçibəylə Bakıda görüşündən az sonra Türkiyədə dünyasını dəyişdi. O zaman Elçibəyə olan münasibət yalnız hakimiyyətin dəyişməsi ilə yekunlaşdı.
2000-ci ildə isə durum tamamilə fərqli idi. Artıq bir zamanlar həm də Elçibəyin dəstək umduğu güclərə Bəyin ehtiyacı yox idi, o Azərbaycan və Türkiyə üçün qarşısıalınmaz lider idi. İndi onunla danışmaq və anlaşmaq lazım idi. Elə hər şey də burdan, bu danışıqdan və Bəyin cavabından başladı…
“Məni heç kim qul edə bilməz”
Məlum olduğu kimi Əbülfəz Elçibəy ölümündən üç ay əvvəl ABŞ-ın paytaxtı Vaşinqtona səfər etmişdi. Azərbaycan mətbuatında tam şəkildə işıqlandırılmayan həmin səfərlə bağlı Elçibəyi müşaiyət etmiş Toğrul Kəskingörənin bəzi qeydlərinə nəzər yetirək: “Bir axşam görüş üçün “Connecticut” prospektinin üzərindəki İrena Lasota adlı Polşa yəhudisi bir qadının mənzilinə getməliydik.
Xatırlatmaqda fayda var, İrena Lasota KQB tərəfindən Varşavada FBİ-yə cəsusluq etdiyi üçün iki ay sorğulanmışdı. Görüş axşam saat 8-də idi. Mənzilin önünə getdiyimizdə bizi içəri dəvət etmədilər və içəri yalnız Elçibəy girdi. Biz də digər dostlarla birlikdə təxminən iki və ya üç saat qapının qarşısında gözləyərkən, içəri girənləri görə bilirdik. Hər halda, ən əhəmiyyətlisi Klintonnun Kipr üzrə xüsusi nümayəndəsi Nelson Ledski idi (bu adı yadda saxlayın, şəxsin üzərinə yenidən qayıdacağıq). Ledski ilə birlikdə daha bir neçə yüksək vəzifəli şəxs yığıncağın reallaşdırıldığı mənzilə girdi. Təxminən iki və ya üç saat sonra Elçibəy mənzildən çıxdığında məclisin əvvəlində olduğu qədər sakit deyildi. Hətta əsəbi idi demək daha doğru olar. Bizim yanımıza gəldiyi zaman, o gözəl Azəri ləhcəsiylə, “haydı uşaqlar, gedək” dedi. Nə baş verdiyini anlaya bilməmişdik, lakin bir şeyin tərs getdiyininin fərqindəydik. Avtomobilə mindikdən iki üç dəqiqə sonra Bəydən bu barədə soruşduq. Elçibəy cavabında “Bunlar qul axtarır, məni heç kim qul edə bilməz” dediyində sanki soyuq bir duş qəbul etdim.”
Davamını 6 May tarixində oxuyacaqsınız
Nəsimi Şərəfxanlı