Mircəfər Bağırov naziri niyə güllələdi...
18-08-2022, 12:18
Mircəfər Bağırovun məhkəməsi aparılanda ondan şikayət edən adamların heç birinin üzünə baxmazmış. Yalnız bircə dəfə gənc bir qadın ondan şikayət edən zaman Bağırov onun üzünə baxır. Gənc qadın ondan soruşur ki, nəyə görə onun filan vaxtda nazir olan ərini güllələyib?
Bayaqdan susan Bağırov deyir:
- O suala mən yox, filan ünvanda yaşayan qadın cavab verə bilər.
Məhkəmədə fasilə elan olunur. Həmin qadını tapıb məhkəmə zalına gətirirlər.
Qadın içəriyə girər-girməz ittiham kürsüsündə oturan Bağırova yaxınlaşaraq onun əlini öpür və sözə başlayır.
- Bu qadının əri nazir idi. Qızım da əlacsızlıqdan həmin nazirlikdə işləyəsi oldu. Sonra həmin nazir onu gördü, bəyəndi. Məcbur etdi ki, onun katibəsi kimi çalışsın. Qızım günlərin birində nazirin onu korladığını dedi. Mən də yoldaş Bağırova ərizə yazdım. Üçümüz birlikdə həmin nazirin kabinetinə girdik. Nazir yoldaş Bağırovu görən kimi qorxusundan yalvarmağa başladı. Məsələnin nə yerdə olduğunu bildi. Amma yoldaş Bağırov onu bağışlamadı, otağın küncündə güllələdi.
Bunu deyəndən sonra bayaq şikayət edən qadın Bağırovdan üzr istədi.
Natiq Əmiraslanlı
Teref.az