2-ci Elizabeth – yüksək borc hissi və vətənə xidmət

9-09-2022, 08:08           
2-ci Elizabeth –
Kraliça II Elizabeth-in uzun hökmdarlığı onun yüksək borc hissi və həyatını taxt-taca və öz xalqına xidmətə həsr etmək əzmi ilə şərtlənmişdi.

Britaniyanın keçmiş nüfuzunun qürub etdiyi, cəmiyyətin tanınmayacaq dərəcədə dəyişdiyi və monarxiyanın öz rolunun sual altına düşdüyü bu sürətlə dəyişən dünyada kraliça bir çoxları üçün daimiliyin rəmzinə çevrilmişdi.

Onun monarxiyanı belə təlatümlü dövrdən keçirə bilməsi həm də ona görə diqqətəlayiqdir ki, şahzadə Elizabeth dünyaya gələrkən onun taleyinə taxta oturmaq yazıldığını heç kəs təsəvvürünə də gətirə bilməzdi.

V George-un ikinci oğlu, York hersoqu Albert-in və onun hersoginyası, keçmiş ledi Elizabeth Bowes-Lyon-un böyük qızı Elizabeth Alexandra Mary Windsor 1926-cı il, aprelin 21-də Londonda, Berkley Meydanının yaxınlığındakı evdə dünyaya gəlmişdi.

Balaca şahzadə Elizabeth xaçaçur edildiyi gün valideynləri ilə birlikdə

Elizabeth və onun 1930-cu il təvəllüdlü bacısı Margaret Rose məhəbətli bir ailədə yaşayır və evdə təhsil alırdılar. Elizabeth həm atasına, həm də babası kral V George-a çox yaxın idi.

Beş yaşında olanda Elizabeth atsürmə məşqçisinə demişdi ki, "itlərin və atların çox olduğu" kənd malikanəsində yaşamaq istəyir.

Onun çox erkən yaşlarından qeyri-adi yüksək məsuliyyət hissi ilə fərqləndiyi deyilir. O vaxtlar gələcək Baş nazir Winston Churchill demişdi ki, o, "bir uşaq üçün heyrətamiz ləyaqət və nüfuz havasına" sahib idi.

Elizabeth məktəbə getmirdi, amma xarici dilləri öyrənmək bacarığını sübut etmişdi və konstitusiya hüququnu əsaslı şəkildə öyrənmişdi.

Elizabeth-in öz yaşıdları ilə ünsiyyətdə olması üçün skaut qızlardan ibarət xüsusi cəmiyyət - "Buckingham, ev N1" - yaradılmışdı.


Şahzadə Elizabeth (sağda) bacısı Margaret-in müşayiəti ilə İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar xalqa müraciət edir (1940)
Artan gərginlik

Şahzadə Elizabeth və kiçik bacısı Margaret atalarının tacqoyma mərasimində

1936-cı ildə Elizabeth-in babası V George-un ölümündən sonra onun böyük oğlu David - kral VIII Edward oldu.

Lakin həyat yoldaşı seçimi, iki dəfə boşanmış amerikalı Wallis Simpson siyasi və dini əsaslarla kraliça olmağa yaramırdı. Həmin ilin axırlarında o, taxt-tacdan imtina etdi.

Elizabeth-in atası, York hersoqu həvəssiz də olsa Kral George VI oldu. Atasının tacqoyma mərasimi Elizabeth-də onu necə bir gələcəyin gözlədiyi barədə təsəvvür yaratmışdı və o sonralar yazırdı ki, mərasim ona "son dərəcə gözəl" görünmüşdü.

Avropada müharibə öncəsi gərginlik fonunda yeni Kral və onun zövcəsi Kraliça Elizabeth qarşılarına məqsəd qoymuşdular ki, monarxiyaya xalq inamını bərpa etsinlər. Onların bu səyləri böyük qızları üçün bir növ nümunə oldu.

1939-cu ildə 13 yaşında ikən şahzadə Elizabeth valideynləri ilə Dartmouth-dakı Kral Dənizçilik Kollecinə gəlmişdi.

Elizabeth-i və bacısı şahzadə Margaret-i onun uzaq qohumlarından biri, bu kollecin kadeti Yunanıstan şahzadəsi Philip müşayiət edirdi.

Maneələr

Şahzadə Elizabeth və şahzadə Philip Mountbatten-in toyu müharibədən sonrakı ağır dövrdə parlaq hadisələrdən biri idi

O Philip-i əvvəllər də görmüşdü, amma ilk dəfə idi ki, gənc şahzadəyə diqqət yetirmişdi.

Donanmada xidmət edən Şahzadə Philip məzuniyyətində öz taxt-taclı qohumlarına baş çəkirdi və 1944-cü ildə Elizabeth-in 18 yaşı tamam olanda o artıq Philip-ə aşiq olmuşdu. Onun otağında Philip-in fotoşəkli vardı və o, şahzadə ilə məktublaşırdı.

1945-ci ildə Elizabeth mülki müdafiə hissələrindən birinin qadın alayına qoşulmuş və sürücülüyü öyrənmişdi.

1945-ci ilin 8 mayında Buckingham sarayının qarşısına minlərlə insan toplaşarkən o, Avropada müharibənin bitməsini ailəsi ilə bir yerdə qeyd etmişdi.

"Biz valideynlərimizdən soruşduq ki, küçəyə çıxıb özümüz baxa bilərikmi? Çox qorxurduq ki, bizi tanıyarlar. Yadımdadır ki, küçədə bizə tanış olmayan insanların əl-ələ tutaraq yeriməsi bizə hədsiz xoşbəxtlik və rahatlıq gətirmişdi" - deyə o xatırlayırdı.

Müharibədən sonra onun Philip-ə ərə getmək istəyi bir sıra maneələrlə üzləşmişdi.

Kral sevimli qızını itirmək istəmirdi, digər tərəfdən isə Philip onu əcnəbi olduğuna görə qəbul etmək istəməyən institutun qərəzli münasibətinə sinə gərməli olurdu.

Ata ölümü
Lakin cütlüyün ailə qurmaq əzmi qalib gəldi və onlar 1947-ci ilin 20 noyabrında Westminster Abbatlığında evləndilər.

Edinburgh Hersoqu titulunu qazanan şahzadə Philip hərbi xidmətini davam etdirirdi. Tezliklə onu Maltaya ezam etdilər və gənc cütlük bir müddət nisbətən normal həyat yaşadılar.

1948-ci ildə onların ilki - Charles dünyaya gəldi. 1950-ci ildə Charles-ın bacısı Anne doğuldu.

Lakin müharibə illərini ağır keçirmiş Kral sağalmaz xəstə idi. O möhkəm siqaret çəkən adam idi və ağ ciyərlərin xərçənginə tutulmuşdu.

1952-ci ilin yanvarında 25 yaşlı Elizabeth və Philip xarici səfərə çıxdılar. Kral həkimlərin xəbərdarlığına baxmayaraq gənc cütlüyü yola salmaq üçün hava limanına getmişdi. Sonradan bəlli olacaqdı ki, Elizabeth hava limanında atasını son dəfə görürdü.

Elizabeth Kralın ölüm xəbərini Keniyada, oyun evində olarkən almışdı və Londona təcili şəkildə, artıq yeni Kraliça kimi qayıtmışdı. Sonralar o həmin günləri xatırlayırdı:

"Müəyyən mənada mənim təcrübəm yox idi. Atam çox cavan vəfat etmişdi, hadisələr sürətlə inkişaf edirdi və bacardığın ən yaxşı işi görmək lazım idi".

Avstraliya və Yeni Zelandiya

1953-cü ildə 2-ci Elizabeth-in tacqoyma mərasimi Britaniya televiziyası ilə translyasiya olunmuşdu

Onun 1953-cü ildə keçirilən tacqoyma mərasimi Baş nazir Winston Churchill-in etirazlarına baxmayaraq televiziya ilə translyasiya edilmişdi və milyonlarla insan Kraliça II Elizabeth-in andiçmə mərasiminə tamaşa etmək üçün tele-ekran qarşısına toplaşmışdılar.

Müharibədən sonrakı dövrün ehtiyaclarına baxmayaraq, şərhçilər bu tacqoyma mərasimini yeni Elizabeth zəmanəsinin başlanğıcı kimi görürdülər.

İkinci Dünya Müharibəsi Britaniya imperiyasının süqut prosesini tezləşdirmişdi və yeni Kraliça 1953-cü ilin noyabrında Britaniya Birliyi ölkələrinə uzunmüddətli səfərinə çıxanadək Hindistan da daxil olmaqla, keçmiş müstəmləkələrdən bir çoxu artıq müstəqillik qazanmışdı.

Elizabeth Avstraliya və Yeni Zelandiyaya səfər edən ilk monarx olmuşdu. Bəzi məlumatlara görə, avstraliyalıların dörddə üçü kraliçanı görmək üçün küçələrə çıxmışdı.

1950-ci illərdə Birliyə yeni ölkələr daxil olurdu. Keçmiş müstəmləkələr və dominionlar könüllü olaraq yeni xalqlar ailəsinə qoşulurdu.

Bir çox siyasətçilər düşünürdülər ki, Birlik o vaxtlar formalaşmağa başlayan Avropa İqtisadi İcmasına rəqib olacaq və elə Britaniya siyasəti də bir qədər qitəyönümlü deyildi.

Şəxsi hücum

Kraliça 1957-ci ildə ABŞ-a səfər etmişdi

Lakin Britaniyanın azalan nüfuzu 1956-cı ildə baş vermis Süveyş böhranından sonra sarsılmışdı. O vaxt bəlli olmuşdu ki, Birlik birlikdə hərəkət etmək iradəsinə malik deyil.

Misirin Süveyş kanalını milliləşdirməsi təhdidinin qarşısını almağa çalışmaq üçün Britaniya qoşunlarını göndərmək qərarı rüsvayçı geriyə çəkilmə ilə başa çatdı və Baş nazir Anthony Eden-in istefası ilə nəticələndi.

Bu, Kraliçanı siyasi böhrana qarışdırmışdı. Mühafizəkarlar partiyasında liderin seçilməsi mexanizmi yox idi və bir neçə məsləhətləşmələrdən sonra Kraliça Harold Macmillan-ı yeni hökuməti təşkil etməyə dəvət etmişdi.

Kraliça həmçinin Lord Altrincham-in kəskin tənqidlərinə tuş gəlmişdi. O, jurnal məqələlərindən birində sarayı "həddən artıq britaniyalı" və "yuxarı təbəqəni təmsil edən" olduğunu iddia etmiş və onu isə kağızsız adi bir çıxış da edə bilməməkdə ittiham etmişdi.

Onun tənqidi kəskin hiddətə səbəb olmuşdu və Lord Altrincham küçədə "İmperiya Loyalistlər Liqasından" bir nəfərin hücumuna məruz qalmışdı.

Amma bu hadisə həm də onu nümayiş etdirmişdi ki, Britaniyada monarxiyaya münasibət sürətlə dəyişir, əvvəllər toxunulmaz olan həqiqətlər şübhə altına alınır.

"Monarxiya"dan "Kraliyyət Ailəsi"nə

Harold Macmillan-ın istefası konstitusiya böhranı yaratdı

Saray həyatının dəbdəbəsinə dözməyən ərinin dəstəyi ilə Kraliça yeni qaydalara adət etməyə çalışırdı.

Gənc qızların cəmiyyətə ilk çıxışlarının şərəfinə verilən ballar ləğv edilmişdi. "Monarxiya" sözü getdikcə daha çox "Kraliyyət ailəsi" ifadəsi ilə əvəz edilirdi.

1963-cü ildə Harold Macmillan istefaya gedəndə Kraliça yenidən siyasi böhranın mərkəzində idi.

Mühafizəkar Partiyasında liderin seçilməsi üçün qaydalar hələ də yox idi və Kraliça Macmillan-ın məsləhəti ilə Evin Qrafını - Alexander Frederick "Alec" Douglas-Home-u Baş nazir təyin etmişdi.

Hakimiyyətinin əyarı konstitusiya düzgünlüyü və monarxiyanın o dövrün hökumətindən daha da ayrılması olan Kraliça üçün çətin vaxtlar idi.

Kraliça məlumatlandırılmaq, məsləhət vermək və xəbərdarlıqlarla çıxış etmək hüquqlarına ciddi yanaşırdı, lakin o bundan daha dərinə getmək niyətində deyildi.

Bu onun belə vəziyyətə qoyulduğu son hadisə idi. Mühafizəkarlar partiyası yeni liderin birdən yaranması ənənəsinə son qoymuş və münasib mexanizmi qəbul olunmuşdu.

Rahat əhval-ruhiyyə
1960-cı illərin sonunda Buckingham sarayında qərara gəlmişdilər ki, Kraliyyət Ailəsini daha az rəsmi və əlçatan göstərmək üçün müsbət addıma ehtiyac var.

Nəticədə o vaxt üçün inqilabi olan "Kraliyyət Ailəsi" sənədli filmi çəkilmişdi.

BBC-yə Windsorlar ailəsini ev şəraitində çəkmək icazəsi verilmişdi. Bu filmdə o vaxtadək heç kəs görmədiyi gündəlik həyat - ailə pikniki, Milad şamının bəzədilməsi, uşaqlarla avtomobil səfərləri yer almışdı.

Kraliça haqqında sənədli film onun məişət həyatı üzərindəki pərdəni qaldırmışdı

Tənqidçilər demişdilər ki, Edinburgh hersoqunun Balmoral ərazisində kolbasa bişirməsi səhnələri də daxil olmaqla, Richard Cawston-un filmi kraliyyət haqqında mifi dağıdaraq, onların sadə insan olduğunu göstərmişdi.

Lakin film o illərin asudə atmosferi ilə həmahəng idi və xalqın monarxiyaya bir daha dəstək verməsinə səbəb olmuşdu.

1977-ci ildə kraliçanın hökmranlığının Gümüş Yubileyi bütün krallıq boyunca küçələrdə və tədbirlərdə əsl bayram kimi qeyd edilmişdi. Belə görünürdü ki, monarxiya yenidən ictimaiyətin ürəyini ələ ala bilib və bunun çoxu Kraliçanın şəxsi xidməti sayılırdı.

İki il sonra Britaniya tarixində ilk dəfə olaraq Baş nazir kreslosuna qadın əyləşmişdi. Qadın hökumət başçısı Margaret Thatcher və qadın dövlət başçısı II Elizabeth-in münasibətlərinin bəzən heç də hamar olmadığı deyilirdi.

Qalmaqallar və faciələr

Windsor qəsrində baş vermiş yanğın kraliçanın həyatındakı "dəhşətli ilin" daha bir faciəli hadisəsi olmuşdu

Çətin məsələlərdən biri Kraliçanın başçısı olduğu Britaniya Birliyinə sədaqəti idi. Elizabeth bir çox Afrika liderlərini şəxsən tanıyırdı və onların işinə rəğbət bəsləyirdi.

İllər keçir, Kraliça ictimai vəzifələrinə davam edirdi. 1991-ci ildə Fars körfəzində baş vermiş müharibədən sonra o, ABŞ Konqresinin hər iki palatası qarşısında çıxış edən ilk Britaniya monarxı olmuşdu.

O vaxt Prezident George HW Bush demişdi ki, o, "daim azadlığın dostu olub".

Lakin elə bir ildən sonra kraliçanın ailəsində qalmaqallar və faciələr başlanmışdı.

Kraliçanın ikinci oğlu, York hersoqu arvadı Sarah ilə ayrılırdı, Şahzadə Anne-nin Mark Phillips ilə evliliyi boşanma ilə nəticələnmişdi. Üstəlik bəlli olmuşdu ki, şahzadə Charles və Diana-nın da ailə həyatlarında xoşbəxtlik yoxdur və sonda onlar da ayrılmışdılar.

Kraliçanın sevimli iqamətgahı olan Windsor qəsrində dağıdıcı yanğın baş vermişdi. Bu ailədə heç də hər şeyin rəvan olmamasının rəmzinə çevrilmişdi.

Qəsrin təmiri üçün pulu kraliça ailəsinin, yoxsa vergiödəyənin verməli olduğu barədə mübahisələr də alovun üstünə tökülən yağ kimi idi.

İctimai debatlar arasında ləyaqət
1992-ci ili Kraliça özünün "annus horribilis"i (dəhşətli il - lat) adlandırmışdı. London City-də etdiyi çıxışında o, monarxiyanın daha açıq olmalı olduğunu etiraf etsə də, kütləvi informasiya vasitələrindən monarxiyaya daha az düşmən mövqeyindən yanaşılmasını istəmişdi.

"Heç bir təsisat, istər City olsun, istərsə də monarxiya ümid etməməlidir ki, onu istəməyənlər bir tərəfə, hətta ona sədaqətli olanların tənqidindən sığortalanıb. Lakin biz hamımız eyni cəmiyyətin bir hissəyik və tənqid bizə xas olan yumşaqlıq, hüsn-rəğbət və anlaşma ölçüsü ilə edilərsə eyni dərəcədə təsirli ola bilər".

Monarxiya bu dövrdə öz mövqeyini fəal müdafiə edirdi. Windsor qəsrinin təmirinə vəsait toplanması üçün Buckingham sarayının qapıları ictimaiyyətə açıq elan edilmişdi və elan edilmişdi ki, Kraliça və Uels Şahzadəsi öz investisiya gəlirlərindən vergi ödəyəcəklər.

Kraliça həmişə Britaniya Birliyi ideyasına sadiqi idi

Xaricdə hakimiyyətinin əvvəllərində Britaniya Birliyi vasitəsilə idarəetməyə olan ümidlər özünü doğrultmamışdı. Nəticədə Britaniya köhnə partnyorlarına arxa çevirərək Avropaya üz tutmuşdu.

Kraliça isə hələ də Britaniya Birliyini yüksək qiymətləndirirdi və hətta cavanlığında səfər etdiyi Cənubi Afrikada aparteid rejimi çökəndə məmnun olmuşdu. 1995-ci ilin martında o, bu hadisənin ildönümünün qeyd edilməsi üçün [CAR-a] səfərə getmişdi.

Britaniyada monarxiyanın gələcəyi məsələsi qızğın müzakirə olunanda Kraliça bu təsisatı qoruyub saxlamaq üçün əlindən gələni edirdi

Şahzadə Diana-nın ölümündən sonra kraliça onun üçün qeyri-adi olan tənqidlərlə üzləşmişdi

Britaniya dünyada öz yeni yerini axtarırarkən, o üzündəki təbəssümlə çətin vaxtlarda ölkənin özünəinamını dəstəkləyirdi. O özünün ən böyük vəzifəsini millətin simvoluna çevrilməkdə görürdü.

Lakin monarxiya yenə sarsılmışdı və Kraliça 1997-ci ildə Uels Şahzadəsi Diana-nın Parisdə baş vermis avtoqəzada ölümü ilə qeyri-adı tənqidlərə tuş gəlirdi.

Belə görünürdü ki, Buckingham sarayının matəm çiçəkləri və başsağlığı məktubları dənizində qərq olduğu bir vaxtda kraliça özünü buraya toplaşan kədərli britaniyalıların izdihamından kənar tutur. O əvvəllər xalqın ağır vaxtlarında heç vaxt belə etməmişdi.

Onun bir çox tənqidçiləri başa düşə bilmirdilər ki, o öz hisslərini icmaiyyət qarşısında açıq şəkildə bildirməkdən çəkinən nəslin nümayəndəsi idi.

Bundan əlavə, bir qayğıkeş nənə kimi o, Diana-nın iki oğluna ailə içində toxtaqlıq verməli idi.

Sonda o, xalqa canlı müraciət edərək öz gəlinini tərifləmiş və vəd etmişdi ki, monarxiya zamanın tələblərinə uyğun şəkildə dəyişəcək.

İtkilər və yubileylər

Kraliçanı yüksək vəzifə borcu hissi və xalqa xidmət amalı fərqləndirirdi

2002-ci ildə Ana-Kraliçanın və Şahzadə Margaret-in Kraliçanın Qızıl Yubiley ilinə təsadüf edən ölümləri onun hökmranlığının ümummilli qeyd edilməsi tədbirlərinə kədər qatmışdı.

Buna və monarxiyanın gələcəyi barədə davam edən debatlara baxmayaraq yubiley axşamı bir milyon adam Buckingham sarayının qarşısına toplaşmışdı.

2006-cı ilin aprelində minlərlə insan Windsor qəsrinin qarşısındakı küçəyə toplaşmışdı. Kraliça 80 yaşını qeyd etmək üçün bura gəzməyə gəlmişdi.

2007-ci ilin noyabrında Kraliça və Şahzadə Philip toylarının brilyant yubileyini Westminster abbatlığında keçirilən 2 min qonaqlıq mərasimlə qeyd etmişdilər.

2011-ci ilin aprelində Kraliça üçün daha bir sevindirici hadisə baş vermişdi. O nəvəsi Şahzadə William-la Catherine Middleton-un toyunda iştirak edirdi.

2011-ci ilin mayında isə o, İrlandiyaya rəsmi səfər edən ilk Britaniya monarxı olmuşdu - bu, böyük tarixi əhəmiyyəti olan hadisəydi.

İrland dilində başladığı çıxışında o, tərəfləri mehribanlığa və barışığa çağırırdı. Bu çıxışda o həm də "başqa cür olmasını və yaxud heç olmamasını istədiyimiz şeylərdən" də söz açmışdı.

Referendum

Kraliça ilə Martin McGuinness-in əl tutub görüşməsi köhnə yaralara məlhəm olmalıydı

Bir il sonra Brilyant Yubileyin qeyd olunması çərçivəsində Şimali İrlanidiyaya səfər edən Kraliça İrlandiya Respublika Ordusunun (İRO) liderlərindən biri olan Martin Mcguinness-lə görüşmüşdü.

Bu monarx üçün iztirablı məqam idi, beləki 1979-cu ildə onun yaxın qohumu Lord Louis Mountbatten İRO tərəfindən qoyulmuş bombanın partlayışı zamanı həlak olmuşdu.

Brilyant Yubiley yüz minlərlə insanı küçələrə çıxardı və Londonda həftəsonu şənlikləri ilə yekunlaşdı.

2014-cü ildə keçirilmiş Şotlandiyanın müstəqillik referendumu Kraliça üçün sınağa çevrilmişdi.

Çox az adam onun 1977-ci ildə parlamentdə Birləşmiş Krallığa sədaqətini ifadə etdiyi etdiyi çıxışını xatırlayırdı.

"Mənim əcdadlarımın arasında İngiltərə və Şotlandiyanın kral və kraliçaları, həm də Uels şahzadələri var və ona görə də mən bu istəkləri asanlıqla başa düşə bilirəm. Lakin mən unuda bilmərəm ki, başıma Böyük Britaniya və Şimali İrlandiya Kraliçasının tacı qoyulub".

Referendum ərəfəsində Balmoraldakı iqamətgahında o, eşidilməsini istədiyi bir qeydində adamların gələcəkləri barədə yaxşıca düşünəcəklərinə ümid etdiyini demişdi.

Referendumun nəticələri elan ediləndə isə o, ictimaiyət üçün açıqlamasında Birləşmiş Krallığın bütöv qalmasından rahatlıq duyduğu ifadə etmiş, amma siyasi landşaftın dəyişdiyini də etiraf etmişdi.

"İndi, irəliyə getdiyimiz vaxtda biz yadda saxlamalıyıq ki, ifadə edilmiş müxtəlif fikirlərə baxmayaraq Şotlandiyada bizi böyük məhəbbətlə sevirlər və bu bizim hamımızın birgəliyinə kömək edən şeylərdən biridir".

Kraliça ilə Martin McGuinness-in əl tutub görüşməsi köhnə yaralara məlhəm olmalıydı

Bir il sonra Brilyant Yubileyin qeyd olunması çərçivəsində Şimali İrlanidiyaya səfər edən Kraliça İrlandiya Respublika Ordusunun (İRO) liderlərindən biri olan Martin Mcguinness-lə görüşmüşdü.

Bu monarx üçün iztirablı məqam idi, beləki 1979-cu ildə onun yaxın qohumu Lord Louis Mountbatten İRO tərəfindən qoyulmuş bombanın partlayışı zamanı həlak olmuşdu.

Brilyant Yubiley yüz minlərlə insanı küçələrə çıxardı və Londonda həftəsonu şənlikləri ilə yekunlaşdı.

2014-cü ildə keçirilmiş Şotlandiyanın müstəqillik referendumu Kraliça üçün sınağa çevrilmişdi.

Çox az adam onun 1977-ci ildə parlamentdə Birləşmiş Krallığa sədaqətini ifadə etdiyi etdiyi çıxışını xatırlayırdı.

"Mənim əcdadlarımın arasında İngiltərə və Şotlandiyanın kral və kraliçaları, həm də Uels şahzadələri var və ona görə də mən bu istəkləri asanlıqla başa düşə bilirəm. Lakin mən unuda bilmərəm ki, başıma Böyük Britaniya və Şimali İrlandiya Kraliçasının tacı qoyulub".

Referendum ərəfəsində Balmoraldakı iqamətgahında o, eşidilməsini istədiyi bir qeydində adamların gələcəkləri barədə yaxşıca düşünəcəklərinə ümid etdiyini demişdi.

Referendumun nəticələri elan ediləndə isə o, ictimaiyət üçün açıqlamasında Birləşmiş Krallığın bütöv qalmasından rahatlıq duyduğu ifadə etmiş, amma siyasi landşaftın dəyişdiyini də etiraf etmişdi.

"İndi, irəliyə getdiyimiz vaxtda biz yadda saxlamalıyıq ki, ifadə edilmiş müxtəlif fikirlərə baxmayaraq Şotlandiyada bizi böyük məhəbbətlə sevirlər və bu bizim hamımızın birgəliyinə kömək edən şeylərdən biridir".
White Line 1 Pixel
2015-ci ilin 9 sentyabrında o, ölkənin tarixinə ən uzun hökmranlıq edən monarx kimi daxil olmuş, bu mənada hətta ulu nənəsi Victoria-nı da geridə qoymuşdu.

O özünəməxsus şəkildə bunun böyük bir hadisə kimi qeyd olunmasından imtina etmiş və demişdi ki, taxtda oturan ən uzunömürlü monarx titulu "onun can atdığı məqsəd olmayıb".

2016-cı ilin aprelində isə o, özünün 90 yaşını qeyd etmişdi.

O, 90 yaşlarında da, 2017-ci ildə Edinburgh Hersoqunun təqaüdə çıxmasından sonra çox vaxt tək başına ictimai vəzifələrini davam etdirdi. Ailədə davamlı gərginliklər var idi - ərinin avtomobil qəzası, York Hersoqunun həbs olunmuş amerikalı iş adamı ilə pis qəbul edilən dostluğu və Şahzadə Harry-nin Kraliyyət ailəsindəki həyatdan artan məyusluğu. Bunlar hələ də ciddi şəkildə nəzarət etdiyini nümayiş etdirən bir monarx üçün narahatedici anlar idi.

2016-cı ilin aprelində isə 2-ci Elizabeth özünün 90 yaşını qeyd etmişdi.

Kraliçanın hökmdarlığının son illərində monarxiya ilk illərdə olduğu qədər möhkəm olmasa da, o, britaniyalıların qəlbində məhəbbət və hörmət yeri tutmağa davam etməyə çalışırdı.

1977-ci ildə hökmranlığının Gümüş Yubileyi keçirilərkən o, 1947-ci ildə Cənubi Afrikaya səfər edərkən verdiyi vədi yada salmışdı.

"21 yaşım olanda mən həyatımı xalqımıza həsr edəcəyimə söz vermiş və Allahdan bu vədi yerinə yetirməkdə mənə kömək etməsini rica etmişdim. Bu and mənim gəncliyimdə, hələ mühakimələrimin yetkin olmadığı bir vaxtda içildsə də, mən o vaxt dediyim bircə sözdən də nə peşmançılıq çəkir, nə də imtina edirəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.