TÜRK DİLİNƏ XAS OLAN AQLÜTİNATİVLİK VƏ SÖZÖNÜLƏRİ.

22-03-2023, 08:04           
TÜRK DİLİNƏ XAS OLAN AQLÜTİNATİVLİK VƏ SÖZÖNÜLƏRİ.
SONUNCULAR DA ONA QARA YAXMAQ ÜÇÜN KÖKDƏN BİXƏBƏRSİZLƏRİN ƏLİNDƏ SİLAHDIR.
***
I. AQLÜTİNATİVLİK – YAPIŞMA
Türk dilini digər dünya dillərindən fərqləndirən ən mühüm keyfiyyətlərindən biridir – söz əsasının özünə çox sayda şəkilçilər yapışdırıb (birləşdirib), mənadan mənaya düşməsi, özünə yeni anlamlı don geyindirməsi..
Onu çox vaxt qatarla müqayisə edirlər. Sözün kökü dartıcı qüvvə olan paravozdur, şəkilçilər ona qoşulmuş vaqonlar (Şəkil 2).
Dünyanın ən böyük limanlarından sayılan Kanadanın Vankover şəhərindən gəlib Kaliforniyaya bizim dəniz sahili boyu dəmir yolu ilə gedən belə qatarların uzunluğu şəkildə görünən yük qatarı kimi bəzən təqribən 3 mil (~5 km) uzunluğunda olur. Azərbaycan türk dilində çoxsaylı hecalardan yaranmış uzun kəlmələr sanki bu cür ağır yüklü qatarlardır. Onlara dilimizdə tez-tez rast gəlinir:
Bərabərləşdirdiklərimizdəndirlərmi?
Bərabərsizləşdirdiklərmizdənsinizmi?
Dinə-imana gətirdiklərimizdəndirlərmi?
Elektrikləşdirdiklərimizdəndirlərmi?
Satacaqlarımızdandırlarmı?
Azərbaycanlılaşdırdıqlarımızdansınızmı?
Özgə dillərdə bir neçə kəlmə ilə ifadə edilən Azərbaycanın bu tip sual cümlələri aqlütinativlik hesabına bircə sözlə ifadə olunma keyfiyyəti əks etdirir. Bu, dil üçün əfsus təkcə müsbət hal deyil. Bu xasiyyəti onun nəinki xaricilər tərəfindən öyrənilməsini çətinləşdirən aşılmayan səddir, həm də dilin daşıyıcıları üçün belə tələffüzü çətinləşdirən amillərdir də.
Lakin nədənsə bu vacib detala Azərbaycan türk dilinin qrammatikasında əhəmiyyət verilmir. İlk dəfə "Azərbaycan Türk Dilinin Mixi yazılı qrammatikası" kitabında (T. Azərtürk, Sietl-Bakı, 2004, 247 s. azərb. türkcəsində) biz onları
GİQANT LEKSEMLƏR (KƏLMƏLƏR),
söz yaranma prosesinin özünü isə
AQLÜTİNATİV GİGAQNTİZM adlandırırıq.
Termin tibddən götürmədir. Çünki 41 fonem, 16 hecadan ibarət yuxarıdakı sonuncu Gigant leksem əsil hipofiz vəzinin ön payının (adenohipofiz) insanda cinsi yetginliyə qədər (20 yaş) hiperfunksiyası nəticəsində sümüklərin uzununa böyüməsi prosesinə bənzəyir. Samototropin hormonunun külli miqdarda sintezi ilə baş verən bu hadisədə gəncin boyu 2 metrdən yüksək olur ki, buna Gigantizm deyilir (Şəkil 1).
Bu hal da görkəmli dilçi N.Y. Marrın (1865-1934) təbirincə desək, “Türk dilinin mühafizəkarlığını” (konservativliyini) qoruyub saxlayan ən ümdə kimyəvi, fiziki xassəsidir.
NaCl – natrium xlor məişətdə işlətdiyimiz adi duzdur, ağ toz və ya kristal halındadır, suda asan həll olur, duz dadır və s.
Bunlar onun dəyişməz fiziki və kimyəvi xassələridir. Türk dilinin əsasları da bu cür dəyişməz xasiyyətlərə malikdir. Onu haldan-hala salan, “dadını” - mənasını dəyişdirən türk dilindəki saysız şəkilçilərdir. Bunu aşağıda verdiyim “alma” kəlməsinin timsalında görəcəksiniz.
Bax, Türk dilinin yaxşı mənada mühafizəkarlığı (dəyişməzliyi) buna əsaslanır. Yəni sözün kökünün dəyişməməsinə. Ona görə də bu gün 5-6 minillik gil yazıların dilindən edilən tərcümələr mümkün olur.
"İTTƏN ƏT ALMA ABİ, İLANİ DİNC İR (DİNC BURAX), DUR, AN Kİ..."
Bu cümlənin 6 min il yaşı var. Onu oxuyan kimi anladım. Və belələri çox-çoxdur. Bu, Türk dilina mühaifzəkarlıq
Amma 16-17-ci əsrlərin rus dilindəki tekstləri, 2 min illik fars və erməni dilindəki mətnləri anlmaq bu günkü mütəxxəssislər üçün belə çətin olur.
***
II. SÖZÖNÜLƏR VƏ YA PREFİKSLƏR
Azərbaycan türk dilinə xas olan, lakin onu vurmağa güclü silah kimi də istifadə edilən qrammatik obyektlərdən biri də, onun
SÖZÖNÜLƏRDİR.
Hansı kəlmədə sözdüzəldici və ya sözdəyişdirici sözönü gördülərmi, dilçilər, Ziya Bünyadov demişgən, "həkimlər, bağbanlar, bərbərlər, incinarlar, saçdüzəldən qadınlar" onu u an, gözüyumulu, eninə-boyuna baxmadan, fars dilindən alınma kəlmə siyahısına yazırlar.
Bu, Mixi yazılı Türk dilinə atılan böhtandır, ona ünvanlanmış ağ yalandır!
Sözönülər Türk dilinin öz sözyaratma funksiyasıdır. Onlara hələ 6 min il bundan qabaqkı şeir dilimizdə rast gəlinir. Əlbəttə, Türk dilində sözdüzəltmə əsasən aqlütinativ yolla baş verir. Yəni sözün əsası müstəqildir, mütləq dəyişməzdir, o dəyişmək istəyəndə özündən sonraya şəkilçi qoşub (yapışdırıb), istədiyi formaya düşür:
Alma (əsasdır, sözün köküdür) –
alma-nın,
alma-nı,
alma-nın-kı,
alma-nın-kın-da,
alma-nın-kın-dan,
alma-lar-da-kı-lar-dan və s.
Buna görə də, başqa dillərdən fərqli olaraq, Türk dilində sözdüzəldici və ya mənadəyişdirici sözönülər o qədər inkişaf etməyib. Necə deyərlər, rudiment halında qalıb. Bununla belə, bütün sözönülü kəlmələrimizi özgəsinə (xüsusən farsa) vermək də böyük qəbahətdir.
6 min il bundan qabaq yazıb yaratmış ENLİL İSMƏ DAĞAN şeirlərinin birində deyir:
"NƏ NAM, SƏN Kİ, BAŞ UD UL Kİ, BİÇAR DUUS AŞA BİTAB!"
Nə böyük şərəf, biçarə dostun bitab (tabsız) aşanda (həyatın dərinliyinə yuvarlananda), sən onun qayğısına qalanı olasan!..
Biçar`ı, Bitab`ı Bi - sözönünə görə və həm də "Nam" (ad, şan, şərəf), "ki" bağlayıcısını və "dost" (DUUS) sözünü farsa vermək, özünə hörmətsizlikdir. Kökdən bixəbərsizlikdir.
Kökdə bizə məxsus dediyim Bİ~, BE~, HƏM~, KƏM~, NA~, NAN~, SADƏ~, SƏR~, TƏRKİ~, FÖVQƏL~ kimi sözyaradan prefikslər var ki, bunlarla başlayan bütün kəlmələrimizi özgəninki sayırlar. Burası cəhənnəm! Hələ tələb də edirlər ki, bu cür "ərəb -" və "fars yosunlu" sözləri TÜRK Lüğət Fondumuzdan çıxarmalıyıq!!!
Tariyel Azerturk
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.