Teylor Sviftin nişanlanması brilyant bazarını canlandırdı

Bu gün, 16:38           
Teylor Sviftin nişanlanması brilyant bazarını canlandırdı
Tanınmış müğənni Teylor Sviftin nişanlanması brilyant istehsalçıları üçün əla xəbər olub.

Bu barədə "The Wall Street Journal" yazır.

Avqustun 26-da ifaçı və futbolçu Trevis Kelsinin nişanı elan olunduğu gün brilyant və zərgərlik pərakəndə satış şirkətləri "Signet Jewelers" və "Brilliant Earth" səhmləri müvafiq olaraq 3% və 26% bahalaşıb.

Belə ki, Teylor Sviftin nişanlanması nişan üzüklərinə marağın artmasına səbəb olub. Kelsinin Sviftə verdiyi üzüyün qiyməti 250-500 min dollar aralığındadır. O təbii brilyant daşlarla bəzədilib.

Əksər istifadəçilər üçün bu, əlçatmaz olsa da, xanım Sviftin nişanlanması sintetik brilyantlarla bəzədilmiş zərgərlik məmulatlarının satışını artıra və pərakəndə satışçılara əlavə gəlir gətirə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru