Azərbaycan oduncaq mallarına 211 milyon dollarlıq xərc çəkib

Bu gün, 16:08           
Azərbaycan oduncaq mallarına 211 milyon dollarlıq xərc çəkib
Cari ilin yanvar-iyul aylarında Azərbaycana 211 milyon 242,04 min ABŞ dolları dəyərində oduncaq və ondan hazırlanan məmulatlar idxal edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. 2024-cü ilin yanvar-iyul aylarında ölkəyə 222 milyon 139,39 min ABŞ dolları dəyərində oduncaq və məmulat idxal olunmuşdu.

Beləliklə, idxalda 10 milyon 897,35 min ABŞ dolları və ya 4,9% azalma qeydə alınıb.

Oduncaq və ondan hazırlanan məmulatların idxalı 2025-ci ilin ilk 7 ayı üzrə ümumi idxalın 1,55%-ni təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru