Tarixin ən güclü "Porsche 911" modeli təqdim ediləcək
Bu gün, 16:18
Almaniyanın "Porsche" konserninin Çin filialı tarixdə ən güclü 911 kimi göstərilən yeni "Porsche 911 Turbo S" modelinin qlobal premyerasını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə filial "Weibo" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.
"Yeni "Porsche 911 Turbo S" bütün dünyada debüt edəcək. Sentyabrın 7-də sizi canlı yayıma dəvət edirik", - deyə məlumatda bildirilir.
Avtomobildə təkər tağları və ön bamperin tanınan profili olacaq. Qeyri-rəsmi məlumatlara görə, yeni "911 Turbo S" modeli 3,7 litrlik yastı altı silindrli benzin turbo mühərrik əsasında 700 at gücündən çox gücə malik hibrid güc qurğusuna malik olacaq.