QURBAN BAYRAMININ TARİXÖNCƏKİ KÖKLƏRİ
28-03-2023, 10:14
(Detalları üçün bax: Тариел Азертюрк, Генезис тюрка и тюркского языка (на основе клинописи, Гл.10), Санкт-Петербург-Нью Йорк-Сиэтл, 2018, 1300 стр. на русском языке).
***
I HİSSƏ:
Qurban Bayramının kökdə ərəbə və ya müsəlman dininə heç bir dəxli yoxdur. Ona görə də bayrama həsr edilmiş klipləri ərəb musiqisi və təsvirləri, məscid gümbəz və qüllələri ilə müşaiyət etməyin, onlara ərəb donu geyindirməyin heç bir mənası yoxdur. Qurbanı hələ İbrahim (Abraham) peyğəmbərdən min il qabaq NUH Peyğəmbər gəmisi quruya çıxanda vermişdi, yandırmışıd, onnan sonra isə Babil və Aralıq dənizi sahilləri türklərinin yaşadıqları Turanda (Herodota görə Tirrendə) turanlılar (Pelasqlar - Pelasçılar, Ete ellilər, Tevkirlər-xeyirxah türklər) öz kebirlerini (ağır günhalarını) inandıqları Rəbb qarşısında yumaq üçün tətbiq etmşdilər.
Herodotun yazdığına görə, "yadellilərin (o, "barbarların" kəlməsini işlədir) dilində, bunu, onlar "KURBAN OVUDAN" adlandırırdılar. Təmiz TÜRK sözləridir - yəni "Günahları qurban vasitəsilə ovudan, sakitləşdirən, yuyan - Allah qarşısında, Rəbb qarşısında".
Herodot davam edir: "Bu, onlarda ənənə idi!"
Ona görə ənənə deyir ki, bu bayram, tarixöncəki türklər arasında ilin müvafiq günü hər il keçirilirdi və mütləq heyvan kəsilməklə müşaiyət olunurdu. Herodot yazır ki, Pelasaqiya 1-i (Ellini - indiki Yunanıstanı) və Pelasaqiya 2-ni (Kiçik Asiyanın, yəni indiki Türkiyənin Çanaqqala tərəfi olan keçmiş Troyanı) zəbt edən yunan tayfaları axeylər, ionianlar, kidonlar pelasçıların (yəni palasçıların- palaza bürünənlərin) bu ənənəsinə heyran qaldılar.
Soruşdular ki,
" - Ey Palasçı, bu bolluq, bu azad (müftə -T.A.) zəngin süfrə nə üçün?"
Palasçılar cavab verdilər:
" - Ey axey, bu, insanın Rəbb qarşısında törətdiyi kəbirləri ovutmaq üçündür! Bununla, insan, öz daxilindəki günahları qovub, Allah qarşısında paklaşır, durulaşır, rahatlıq tapır".
KABİR - KƏBİR - mixi yazıda türk sözüdür, amma ərəbinki sayır bizimkilər - bizim qədim dildə də "ağır günah" deməkdir. Vaxtilə TÜRÜKKÜ dövlətinin mövcud olduğu indiki Luristanda (İran) türkcə iri yazı olan KƏBİR KUH dağının qədim türk adı bu gün də yaşamada. Ona, əcdadlar "Kəbir dağı" (Ağır günah dağı) deyiblər və yəqin pir kimi qurbanlar da gətiriblər ora. 2700 il öncə Hindistandan ora gəlmə farslar ermənilər kimi toponimlərimizi də məhv ediblər. Türkün dağ sözünü özlərinin kuh`ları ilə əvəzləyiblər, Kəbiri dəy dəyişməyiblər. Allah insafların alsın! Saxlayıblar ki, gələcəkdə türk alimləri ərazimizdəki dağ adına baxıb sözü bizə verəcəklər. Elə də olub. İndi bir dilçi alimimizi inandıra bilməzsən ki, KƏBİR (ağır günah) tarixöncəki TÜRK PALASÇININDIR. GİL YAZIDA TÜRKÜNKÜDÜR !
Qurban bayramını da islam bayramı kimi qələmə vermək ən azından haqsızlıqdır. Bütün dinlər ayaq tutub yeriyəndə, həzm etdiyi xalqların yaxşı nəyi olubsa, ona sonradan öz donunu biçib (İSTƏR - BAHAR İLAHƏMİZİ yadınıza salın - aşağıda yazmışdım).
Qurban Bayramı nəinki ərəbin 1300 illik dinindən, hətta 5 min illik ərəbin özündən belə qat-qat qədimdir!
Ona 1300 illik islam donu geyindirmək, türkün 7 minillik Bahar (İstər) Bayramını 1000 illik Novruz adı ilə farslaşdırmaq kimi bir günahdır. KƏBİRDİR !
Əgər u islam bayramıdırsa, niyə müsəlman olmayan xristian Oğuzlar -- əsilləri Turandan gəlmiş türk peçeneqlərdən törəmiş QAQAUZ türkləri (indiki Moldovada "Qaqauz yeri" ölkəsi) Qurban bayramını xüsusi şövqlə taa qədimlərdən - xristianlığı qəbuldan (13-cü əsr) çox-çox qabaq qeyd edirlər və bütün xristian dünyasını mat-məəttəl qoyurlar?
"KURBAN OVUDAN" bayramı, deyir, Herodot, yunanların o qədər xoşuna gəldi ki, təzə yerdə "Kebir allahları" adlı allahlar yaratdılar özləri üçün və onlara səcdə etməyə başladılar. Bu, tayfalar arasında o qədər geniş yayıldı ki, hətta onlara xidmətçilər yaradıb (şüurda, əlbəttə - T.A.), pyeslər, teatr tamaşaları yazdılar, oynadılar.
Bilməyənlər üçün onu da deyim ki, yunanlar indiki vətənlərinə təqribən 2500-2800 il bundan qabaq balkanlardan (Frikiyadan, təqribən indiki Rumıniyadan) gəliblər.
"KURBAN OVUDAN" ənənəsi Ete eli türkləri ilə İtaliyaya da gətirlimişdi və orada etrusklar adlandırılan Ete eli türkləri onu qeyd edirdilər. Bunu sübut edən üstündəki türkcə yazılarının sirrləri tərəfimizdən açılmış gözəl süslənmiş Kurban ovudan bayramı üçün xüsusi bıçaq fiqurunun mövcudluğudur.
...
(Ardı var)
***
TÜRKÜN MÜSƏLLİDƏ QURBAN VERMƏK ADƏTİ PELASÇI TÜRKÜNÜN "QURBANA OVUDAN" BAYRAMI İLƏ EYNİDİR
ONUN ƏKS-SƏDASI BİZİM NÜVƏDİDƏ DƏ YAŞAYIRDI:
Uşaqlıqda biz Nüvədidə TERVƏNİT adlı yaylaq yurd yerimizin başı üstündəki MÜSƏLLİ adlanan qüdsal zirvəyə qalxardıq. Ordan dağın solunda dibindəki dərin dərədə yerləşən "geyimli-gecimli" ERNƏZİR kəndi də görsənərdi. Bütün obada "məmə deyəndən, pəpə yeyənə kimi" qalxardıq Müsəlliyə (Şəklə bax).
Aranda su yoxdur, gur Dəhnənin suyu indi ancaq içməyə bəs edir. Narrıxların təkcə güldən çıxıb təzəcə yumrulanmış narları deyil, ağacları belə quruyur. 2-3 aydır göydən yerə yağış yağmır bir damcı belə.
Obanın “gəllədarı“ Abdulla bəy bir cöngə gətirtdirirdi kolxozun ulu, otlu, sulu yaylaqlarında xəşəllənən "ətlik mal sürüsü"ndən. Camaatdan topladığı nəğd pulla.
Bütün obanı Müsəlli zirvəsinə qaldırırdı. U gün bütün uşaq dünyamızın ən xoşbəxt günü olurdu.
Anamız Pərzatın yerimizi yığışdıra-yığışdıra:
- Balalar, durun, gedin çeşmədə yuyunun gəlin səhər yeməyizi yeyin tez, Müsəlliyə qalxırıq. Qurban kəsəcəyik. Tez olun… deməsilə, ruhumuz təzələnirdi, qəlbimiz başımz üstündəki Turu gədiyinə atlanırdı.
Allah, nə gözəl xəbəəəər!…
***
Cöngəni igidlər zirvədə ipləyib xıxlayır, onnan qabaq əl açıb Allaha yalvarırdı Abdulla bəy, Qur`an oxuyan Halal Salah dayı. Yağış diləyirdilər Onnan yanan arana, arandakı yanan narlara, narrıxlara, Kəhrizdəki qədim üzüm bağlarına, kənddə u tay, bu tay bağları üçün, tək-tənha qalıb göylərdə bir hey bir çəlim bulud axtaran atam Usta Vəli üçün...
Kəsilmiş cöngənin qanını xıcca alminum vannalara, badyalara, iri sinilərə yığırdılar qadınlar. Biz uşaqlar, gəlinlər qanı alnımıza yaxandan sonra, obanın ac itlərinə qurban payı kimi yaladırdılar. Can, can, yazıq itlər, sahibləri kimi daima ac itlər necə yalayırdılar al qanı...
Böyüklər aylarınan görmədiyimiz əti süfrələr üstündə zirvədəcə hərifana bölürdülər. Şair, təqdqiqatçı, müəllim qardaşım Həmzə Vəlioğlu kənddə ən usta Hərifanaçıydı. O, əti anatomik xəttlərlə səliqə ilə doğrayıb, tərəzi qədər dəqiqliklə bölərdi.
Hər istəyəndən pul yığıb heyvan alıb kəsmək və ətini herifler (qədim türkcə "həmkarlıq edənlər" - Herifana - həmkarlıq etmək - də burdan gəlir - u an farsda axtarmayın) arasında bərabər bölmək prosesi Nüvədidə HƏRİFANA adlanırdı. Oba ətsizləyəndə, Həmzə müəllim bir-iki günə herifleri bir yerə yığıb, bu proseduru təşkil etməkdə də xüsusi zövq nümayiş etdirirdi. Müsəllidə də beləcə Yağışa qurban getmiş cöngə ətin qardaşımın rəhbərliyi ilə təkcə çəkisi ilə deyil, əti, sümüyü, piyi ilə belə bərabər bölürdülər.
Sonra bənövşəyi qələmi yaşladıb xırda kağızlara eyni nömrəni iki dəfə yazırdı Həmzə müəllim. Birini ət tığlarının üstünə qoyur, digərlərini büküb qardaşım Əlinin yekə papağına atırdı. Əli papağı qucağında halayı gəzir, hər kəs ordan bir nömrə çəkirdi. Öz nömrəsinə düşən hər fərd ət tığını süfrəsinə büküb, bir sürü ac uşağı ilə obaya enirdi.
Bir azdan alaçıq və dəplərdən qovrulan, odda kababa döndərilən təzə ətin ətri pöhrəliyi bürüyürdü.
***
Qurban kəsiləndən bir-iki gün sonra Tervənitə duman enirdi, Tikili daşdan, Qəmbər Daşından, Müsəlli zirvəsindən.
Sabah səhər erdən kəndə kolxoz anbarına xırmanda döyülüb yığılan dən yükü aparmış qatır karvanını işlədən Hüseynəli bəyin oğlu İbiş bəy (İbiş dayı) axşamçağı dönəndə obaya
"Gecə kəndə gürşad düşüb, Sar (Baş) Dərədən, S/Zayilyatan dərəsindən sel gəlib, bəndi-bərəni uçurub, yıxıb, bağların çəpərlərin yuyub töküb Araza..." xəbərini gətirirdi.
***
Axşama yaxın dəpimizin altınnan Hərsinölən (Cütcüölən) yoxuşunun başındakı pöhrəliyə doğru öz işi üçün dolaylanan “gəllədar” Abdulla bəy obaya zarafatla, amma məğruranə (hər halda yağış yağdırmışdı) səslənirdi:
- Yaradana qurban olum! Maxlas, Yaradanın Qurban payın çox eləmişik görünür, odur kəndə gürşad salıb. Bir keçi də kəssəydik bəs elərdi. Narın yağış göndərərdi.
__________________
Şəkildə - Nüvədi, Tervənit və Ernəzir ərazisinin kosmosdan görünüşü və qüdsallığına sığındığımız təqribən 1300 metr yüksəklikdəki MÜSƏLLİ zirvəsi 3 günlük Ay haləsi ilə.
Tariyel Azerturk
Teref.az