Rixard Zorge və İsii Hanako - Bir məhəbbətin nağılı...

29-03-2023, 11:36           
Rixard Zorge və İsii Hanako -
1948-ci ildə sadə yapon xanımı həbsxanaya gedərək Rixard Zorgenin harda dəfn edildiyini soruşur.
"Dəfn edildi" ifadəsi mədəni çıxır, 1944-cü ildə edam ediləndən sonra kəşfiyyatçını "Dzosiqaya" adlı ümumi qəbiristanlıqda yerə quylamışdılar. Xanımın adı İsii Hanako idi. Rixardın 40 yaşı münasibətilə keçirdiyi ad günündə, "Reynqold" kafesində tanış olmuşdular. Məhkəmənin qərarına əsasən Zorgenin məzarı axtarılır. Təxmin edilən məzar eksqumasiya edilir.
1949-cu ildə Hanakonu çağırırlar ki, bu odurmu? Qadın onu bir ayağının digər ayağından uzun olması və qızıl dişlərindən tanıyır. Müharibədən əvvəl Zorgenin sürdüyü motosikl qəzaya uğramış, ayağı, çənəsi sınmış, kəllə-beyin travması almışdı. Cərrahiyyə əməliyyatı zamanı bir ayağı digərindən uzun çıxmışdı. Hanako onun sümüklərini yığır, kəllə sümüyünü sinəsinə sıxır. Yaponiya qaydalarına əsasən onun skeleti krimatoriyada yandırılır. Hanako onun külünü dəsmala bükərək evə aparır. Neçə-neçə qəbiristanlıqda dəfn etmək istəsə də, torpağın qızıl qiymətinə olması onun kasıblığı ilə uyğun gəlmir. Rixardın külünü aylarla evdə saxlayır. Bəlkə də nisbətən ucuz qiymətə razılaşmaq olardı, lakin Yaponiyada Zorgeyə münasibət xoş deyildi, qara siyahıya salınan 100 nəfərdən biri idi. Hanako pul yığmağa başlayır. Nəhayət, onu Tokionun Tama qəbiristanlığında dəfn etdirir. Zorge edam edilənə qədər xanımı onun kəşfiyyatçı olduğunu bilməyib. Yalnız 1945-ci ildə ABŞ-ın Stars and Stripes jurnalındakı kiçik məlumatdan bilib ki, Zorge heç də alman jurnalisti deyilmiş. Zorgenin sürdüyü motosikl qəzaya uğrayanda onun dişləri də sınıbmış. Qızıl diş qoyublar. Hanako onun qızıl dişindən özünə üzük düzəltdirir. Deyir "həmişə arzu etmişəm ki, Rixard barmağıma üzük taxsın". Vəsiyyətində yazır ki, mən öləndə üzüyü cıxarmayın, onun yanına rəsmi həyat yoldaşı kimi getmək istəyirəm.
Rixard Zorge və İsii Hanako 6 il vətəndaş nikahında yaşayıblar. İsii Hanako 2000-ci ildə, 90 yaşında vəfat etdi. Onu Zorgenin yanında dəfn etdilər.
Azer Qismet
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.