Daşaltıda qalan igidlər....
30-03-2023, 22:57
İSGƏNDƏROV ƏLİYAR HÜSEYİN oglu 19 mart 1971ci ildə Qazaxstan respublikasının Çimkənd şəhərində anadan olub.Milliyətcə Mesxeti Türküdür. 1991ci ilin sonlarında sovet ordusunda xidmət etməkdən boyun qaçıraraq Yük qatarı ilə Bakiya gələrək Milli Ordumuzun ilk batalyonu 18110(701) saylı hərbi hissəsində xidmət üçün müraciət edib.Briqada komamdiri Zaur Rzayev başqa dövlətin vətəndaşı oldugu üçün Əliyarı qəbul etmək istəmir.Əliyarın təkidlərindən sonra onu Orduya qəbul edərək Komendant rotasına təyin edir.Bir neçə ay Əliyar briqadanı istilik ilə təmin edən qazanxanada hərbi hissədə dostlaşdıgı Rüstəmov Araz Balı ogıu və Əliyev Mehdi Rəşid oglu ilə birlikdə (hər üçü sonradan Daşaltıda itkin düşüb) xidmətini davam etdirir.
Əlbətdəki başqa dövlətin vətəndaşı oldugu üçün Əliyar heç bir döyüş əməliyyatına cəlb edilmir.Vəbu hal onu çox incidir.Və mütamadi olaraq döyüşə getmək üçün komandanlıga müraciətlər edir.Nəhayət Zaur Rzayev onun döyüşə getməyinə (?)icazı verir.Əliyar ən yaxın dostlar Araz və Mehdi ilə birlikdə Daşaltı əməliyatına qatılır...Hər üc dost bu əməliyyatda itkin düşürlər....
1992ci ilin aprel may ayinda Əliyarln valideyinləri hərbi hissəyə gəlirlər.Zaur Rzayev onları qəbul edir və bu acı xəbəri ,Əliyarın itkin xəbərini ,valideyinlərinə bildirir...Əliyarin Çimkənd şəhərində polis kapitanı işləmiş qardaşı hal hazırda Rusiyada yaşayır...
.....Əliyar haqda məlumatların axtarışı bir neçı aydır ki Qazaxstanda və Rusiyada aparılır..Bu işdə köməyi dıyən hər kəsə o cümlədən döyüş yoldaşım İbrahim Quliyevə ,Mübariz Səadətova döyüş yoldaşımın oglu Aydına əmlm oglu Sadiqə dərin təşəkkürümü bildirirəm...
ƏLIYAR haqda əlavə məlumatlar hələdə dəqiqləşdirilir...
Elmar Sadiqli
Teref.az