SADOMAZAXİZM, QAZAXLILAR VƏ ZİNDAN
1-04-2023, 15:27
Unutmaq istədiklərim yaddaşıımda daha möhkəm qalır
Rauf Mirqədirov
Bu yaxınlarda qazaxlı dostum Hacı (Gadji Gadjiev Азер Рашидоглу) məni sadomazaxizmdə ittiham etdi. Yadıma başqa bir qazaxlı düşdü...
"Zerkalo"nun həftəlik çıxdığl dörvlər idi. Qəzeti iki dildə buraxırdıq. Azərbaycan varıantı rus dilindən tərcümə edilirdi.
Rəhmətlik Rauf Talışinskinin isə çox əcaib iş rejimi vardı. Həftənin ilk üç gününü istirahət edər, materialları yalnız çümə axşamı oxumağa başlayardı. Təsəvvür edin, 64 səhifəlik qəzetin bütün materialları iki gün ərzində redaktə edilib azərbaycan dilinə tərcümə edilməli idi...
Jurnalist kimi demirəm, amma Rauf həyatımda qarşılaşdığım ən güclü redaktorlardan biri idi. O, bu qul əməyi ilə müqayisə edilə biləcək bu ağır işin öhdəsindən bacarıqla gəlirdi. Başqa çarəsi də yoxdu. Günah özündə idi. Ona görə də şikayət belə edə bilmirdi...
Amma yazığ tərcüməçilərimizin bu iki gün ərzində başları şişirdi, cümənin sonuna yaxın, yəni qəzetin çapa göndərilmə vaxtına az qalmış üzlərindən zəhrimar yağırdı. Necə deyərlər, çırtma vursaydın, qan sel kumi axardı. Bir sözlə, Talışinckimin üç dünlük səfasının cəzasını çəkən tərcüməçilərimiz olurdu.
Nəticədə, tərcüməçilərimiz hərdənbir hətta mən detərdim ki, lətifəvari səhvər buraxırdılar. Oxucularımızın isə elə bil ki, heç başqa iş-güçləri yoxdu. Çox sədaqətli və doqqətli idilər. Sədaqətlərinə heç bir iradım yoxdur. Amma bir qədər az diqqətli olsaydılar, daha yaxşı olardı. Hər bazar ertəmizin səhəri buraxdığımız səhvlərlə bağlı səbrlə onlarırın iradlarını dinləməklə başlayırdı.
Bir gün bazar ertəsi səhər tezdən sədaqətli oxucularımızdan biri qəzetimizdə "sadomazaxizm" sözünün "bağda mazağlaşma" kimi tərcümə olunduğunu xəbər verdi.Məni gülmək tutdu. Birincisi, ona görə ki, oxucumuzun səbrinə və ürəyinin sağlamlığına heyran qaldım. Mənim özümün şənbə günündən bazar ertəsinə qədər dözməyə nə səbrim çatardı, nə də ürəyim tab gətirərdi.
İkincisi, nə qədər gülməli olsa da, o qədər "kobud" səhv deyildi. Nəticə etibarı ilə, hər iki halda söhbət həzz almaqdan gedirdi...
İndi soruşa bilərsiniz ki, bu hadisənin qazaxlılara nə dəxli?!!! Bu sualın cavabı çox sadədir. O vaxtlar tərcümə şöbəsində işləyənlər qazaxlı idilər...
Yəqin ki, bəzi dostlarımı məndə nə vaxtdan sadomazaxist meyllərin "yarandığı", yəni fiziki və mənəvi iztirabdan "həzz almağa" başladığım da maraqlandırır. Nə edim. Ürəyimi boşaldım...
Bir ay öncə, fevral ayının sonunda, Tallinə səfər etmişdim. Qayıdandan sonra Haçıya başıma gələn bir olayı danışdım. Tallinin mərkəzini, yəni köhnə şəhəri gəzirdim. Qədimi binalardan birinin zirzəmizənə gedən çox dar və görkəmsiz qapının açıq olduğuniu gördüm. Nə üçünsə bu qapı diqqətimi özünə cəlb etdi. Yaxınlaşıb qapınin böyründə divardan asılmış lövhədə nə yazıldığını anlamağa çalışdım. İngilis dilini bilmədiyim üçün bu mənim üçün ciddi promlem idi.
Çətinliklə olsa da, aydınlaşdıra bildim ki, Estoniya Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) keçmiş binasının qarşısında durmuşam. İndi bınanın hansı məqsədlər üçün istifadə edildiyini bilmirəm. Amma qarşımdakı qapı vaxtılə KQB zindanlarının yerləşdiyi zirzəmiyə aparırdı. Estonlar bu zirməminin bir hissəsini muzeyə çevirmişdilər...
Bu dar, hündürlüyü insan boyundan bir qədər uca qapının qarşısında qərarsız halda dayanmışdım. Muzeyə girib-girməmək kimi sadə bir suala cavab tapa bilmirdim. Həyatlarının iki ilini təkadamlıq KQB zindanında keçirənlər yəqin ki məni başa düşərlər. Özünü bu müzeyə girməyə məcbur edəcək "vacib" səbəb axtarırdım. Nəhayət, tapdım. Azərbaycan və Estoniya KQB zindanlarınl müqayisə etmək "imkanı" qorxularımı, mənəvi ağrılarımı üstələdi...
O dar qapıdan içəri girdim. Müzeyə girmək pullu idi. Qarşımda hündürboy və çox yaraşıqlı cavan bir oğlan durmuşdu. Ona rusca müraciət edib biletin qiymətini soruşdum. Qəribə hisslər keçirirdim. Elə bil ki, vaxtılə həyatımın iki ilini tam tənhalıqda keçirdiyim zindana düşmək üçüm indi pul verməyə hazır idim...
Biletsatan oğlan rus dilini bilmədiyini bıhanə gətiirərək cavab verməkdən imtina etdi. Məni başa düşürdü. Ən azı ona görə ki, dediklərimdə başa düşülməsi çətin bir şey yoxdu. Amna özünü vətənpərvər saydığı üçün rus dilində danışmaq istəmirdi. Əslində mən də onu başa düşürdüm. Yüzlərlə, bəlkə də minlərlə eston vətənpərinin olmazın işgəncələr aldığı, qətlə yetirildiyi bir yerdə indi rus dilinin səslənməsi onun üçün həyatlarını Estoniyanın azadlığı uğrunda qurban vermiş o insanların xatirəsinə çox böyük hörmətsizlik idi. Amma əsəbləşdim. Yenə də rusca həyatımın iki ilini belə zindanlardan birində keçirdiyimi dedim. Cavan oğlanın simasında dərin bir hörmət ifadəsi yarandı. Biletdən əlavə mənə nəsə bir suvenir də verdi. Buna baxnayaraq rusca danışmadı...
İçəri girdim. Həmin andaca başa düşdüm ki, bu məhbəslər arasındakı yeganə fərq binaların tikilmə tarixində və bir də Azərbaycan KQB-sində zindanların ən üst qatda, Tallində isə zirzəmidə yerləşməsindədir.
KQB-nin Tallindəki binası Bakıdakıdan fərqli ən tezi XX əsrin əvvəllərində tikilib, qədimidir. Bakıdakı bina əgər səhv eləmirəmsə, XX əsrin 70-ci illərində tikilib və müasir üslubdadır. Həm xarici, həm daxili. Amma zindanların dizaynında on illər ərzində heç bir dəyişiklik baş verməyib. Elə bil ki iki il yaşadığım həmib təkadamlıq kanerada idim. Ekiz qardaşlar kimi bir-birinə oxşayırdılar. İlk nəzərdən bu on illər ərzində elmi-texniki tərəqqinin nıticəsində SSRİ-də çox şey dəyişmişdi. "Xalq düşmənlərinə" manasibətdən başqa...
Maraqlısı, odur ki, insanların təcəvvüründə zindan, məhbəs zirzəmi ilə assosiasiya olunur. İnsanlarla söhbətlərimdə tez-tez "KQB podvalı" iradəsini eşidirdim. Hər dəfə də Azərbaycan KQB- nin binasında istintaq təcridxanasının ən üst qatda olduğunu həmsöhbətlərimin nəzərinə çatdırmaq məcburiyyətində qalırdım. Görünür, 70-ci illər üçün, yəni Heydər Əliyevin hakimiyyəti dövründə sover KQB-sində zirzəmidən fərqli olaraq, üst qatlardan qaçmağın daha çətin olduğunu anlamışdılar. Ən azından lağım atmaq mümkün deyil. İnsanlar isə hələ də zindanla bağlı əski təsəvvürlərindən azad ola bilmirlər...
Kameraları gəzirdim. Onların bəzilərində bu zindanlarda həyatlarını qurban vermiş insanların taleyi ilə bağlı videomateriallarla, sənədlərlə, cinayət işləri ilə tanış olmaq mümkün idi. Zindanlardan birində orta yaşlı italyan qadın iki övladı birlikdə bu sənədləri nəzərdən keçirirdi. Çox şən əhval-ruhiyyədə idilər. Deyib-gülürdülər. Onlara acıqlanıb bağırmaq istədim: "Susun! Bura gülmək, şənlənmək yeri deyil!". Özümü güclə saxladım. Axı onların həmin anda tanış olduqları yalnız tarix idi. Həm də özlərinin deyil, özgələrinin həyatını əks elətdirən uzaq bir tarix. Məndən fərqli olaraq. Tələsik həmin zindanı və müzeyi tərk etdim...
Bütün bunları Hacıya danışıb, susdum. Kafeda oturub söhbət edirdik. O da bir mümdət susdu. Yəqin ki, təsirləndi. Sonra isə qəhqəhə ilə gülərək dedi:
- Vallah sən əsil sadomazaxissən! İş-gücün qurtarmışdı?! O boyda Tallində getməyə yer tapmadın?! Sənə iki il bəs etmımişdi?! Zindan üçün darıxmışdın?!
Hacı bu qəhqəhəsi və sözləri ilə məni gerçək həyata qaytardı. Mən də güldüm. Mən kappuçinomu, o isə sevimli yaşıl çayını içərək söhbətimizə davam etdik.
Bir daha əmin oldum ki, bu qazaxlılar sadomazoxizm üzrə dünyanın ən böyük mütəxəssisləridirlər...
Özümə gəldikdə isə başa düşdüm ki, insan keçmişindən qaça bilməz. Çünkü, unutmaq istədiklərin yaddaşında daha möhkəm qalır...
1 aprel 2023-cü il
Vintertur, İsveçrə
Rauf Mirqədirov
Teref.az