Anadolu qarabağlıları haqqında nə bilirk?

22-09-2023, 15:42           
Anadolu qarabağlıları haqqında nə bilirk?
Müsəlman coğrafiyasında, xüsusən də Yaxın Şərqdə Azərbaycan türklərinin izləri bir çox ölkələrdə qalır. Əfqanıstanda Qarabağ yaşayış məskənləri, İraq türkmənləri haqda çox yazılıb.
Ancaq Qarabağdan Anadoluya köçmüş türk tayfaları haqqında Türkiyədə bir çox araşdırmalar olsa da? Azərbaycanda geniş məlumat olmayıb.
Türkiyə (Osmanlı) mənbələrində Qarabağlı tayfası, Qarabağ camaatı, bəzi mənbələrdə isə Qarabağ türkmənləri olaraq qeyd edilən Qarabağ türklərinin 16-cı əsrdə Azərbaycanın Gəncə-Qarabağ vilayətindən Anadoluya körüçüldüyü, bir müddət Anadoluda yarımköçəri həyat yaşadıqdan sonra 18-ci əsrdə oturaq həyata keçdiyi bildirilir.
Belə ki, Səfəvi-Osmanlı müharibələri nəticəsində 1588-ci ildə Azərbaycanın Qarabağ və Gəncə bölgələri Osmanlı ordusu tərəfindən ələ keçirilir. Ordu komandanı Mustafa paşa mərkəzi Gəncə olmaqla Qarabağ əyalətini yaradır. Qarabağdakı bir çox türk (türkmən) tayfaları isə bu dövrdə Anadoluya köçürülüb. Ancaq bəzi mənbələrdə Qarabağdan Anadoluya köçün 1540-cı ildən başladığı və xanlıqlar dövrünün sonuna qədər, hətta Rusiya işğalı dövründə davam etdiyi qeyd edilir.
Araşdırmaçı Cevdet Türkay, arxiv sənədlərinə əsaslanaraq Qarabağlıların “Qarabaği Aksağı” adlı türkmən tayfasından bir qəbilə olduğunu Anadolunun Bursa, Erzincan, Konya, Bolvadin bölgələrinə köçürüldüyü yazır.
Yenə C.Türkayın üzə çıxardığı Osmanlı arxiv qeydlərinə əsasən, sonrakı dövrdə Qarabağlı yarımköçəri tayfaları Aydın, Adana Kütahya, Rakka, Tarsus, İçel, İnegöl, Yenişehir, Bolvadin, Barçınlu, Emirdağı qəzaları və Qaraman əyalətində yerləşdirilib.
Araşdırmalarda Anadolu qarabağlıların qədim inancları, türk kimliyini qoruyub saxladığı və yaşatdığı, adət və ənənələrə bağlı bir icma olduğu qeyd edilir.
Hazırda Afyonkarahisar vilayətinin Bolvadin rayonunda 3 türkmən Qarabağ kəndi olduğu bilinir. Bundan başqa Sultandağı rayonunda isə Yeniqarabağ kəndi var.
Kənan Rövşənoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.