Bu gün Şah İsmayıl Xətainin doğum günüdür!!

17-07-2016, 09:54           
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür!!
Uyulun 17-də Azərbaycan Səfəvi dövlətinin banisi, nəinki Şərq, o cümlədən Dünya tarixində özünə məxsus yer tutan Şah İsmayıl Xətainin doğum günüdür. Dünya tarixində az-az insan tapılar ki, özündə çoxlu xüsusiyyətləri birləşdirsin: böyük sərkərdə, dövrün böyük şairi, mürşidi-kamil, sufiliyin ən yüksək mərtəbəsində olan insan, Azərbaycan bütövlüyünün simvolu....və sair...
Bu insanın qiymətini hələ verə bilməmişik. Onu sevənlər olduğu kimi, sevməyənlər də çoxdur. Amma bu insanda bir dənə də olsun nöqsan yoxdur. Gələcəkdə onu sevməyənlərə belə deyirdi:
Gövhərin keçməyən yerdə,
Satma qardaş kərəm eylə.
Ləl daşını çay daşına,
Qatma qardaş kərəm eylə!
Gördün bir yerdə açina,
Hər nə desən öz başına.
Yol daşını yol quşuna,
Atma qardaş kərəm eylə!
Yaratdığı Böyük Azərbaycan dövlətində Türk dili hakim dil oldu. O dövrdə mənbələr də Türk dilində yazıldı. Azərbaycan xalq nümunələrini gündəmə gətirdi. Aşıq ədəbiyyatı özünün ən yüksək dövrünə qədəm qoydu. Bu insan böyük sufi idi. Sufinin şiəsi, sünnisi olmur. Yazırdı:
Şəriət öyrəndim min bir ad üçün,
Həqiqət öyrəndim eynü zat üçün,
Mərifət öyrəndim bu sıfat üçün,
Təriqətə xidmət etdim əzəldən!
Yaxud:
Xətai can arxına,
Əhli-ürfan arxına,
Mərifətdən su gəlib,
Tökülər qan arxına!
Bu insan üçün irfan əsas məsələ idi. Bütünlüklə HAQQ əhli idi.
Şeybək xan ona göndərdiyi məktubda belə yazırdı:
“Xaraba İraq deyildir məqsədim,
Gərək Məkkə, Mədinəni zəbt edim”.
Xətai isə ona cavabında bu cür yazlrdı:
“Hər kim deyil candan Əli qulamı,
Yüz min Məkkə tutsa yoxdur anlamı”.
Onu daha çox bir dövlət xadimi kimi yetişdirdilər. Orta əsrlər üzrə ingilis tədqiqatçısı R.Seyvori onun ətrafında bir qurumun yaradıldığını yazır və bunu “Əhli-ihtisas” qurumu adlanıdır. Buraya Lələ, Abdal, Dədə, xadim (hizmət görən) və Xəlifət-ül Xülafə (Xəlifələr Xəlifəsi) daxil idi. Onu yetişdirdilər. Ona Dünya dövləti yaratmaq tapşırığını verdilər. Bu qurum dərin dövlət idi. Xətai də onların tapşırığını yerinə yetirirdi. Bununla bağlı yazırdı:
“Qamu Rumu-u Çin Xorasn-u Şam,
Açar bir bəy igid bunları tamam,
Alıb Şam-u müsəxxər qılıb,
Pəs ondan həva-yi Firəng eylərəm”.
Bu insana “şiəliyi dövlət səviyyəsinə qaldırıb” kimi ittiham yağdıranlara da cavab verirdi:
Şah-i Merdanın Alinin alyəm, evladıyam,
Sülfükar u tac u Düldülü üş nişani mendedir.
Açarım din-i Muhammed mezheb-i Cafer yakın,
La feta illa Ali bu sirri pünhan mendedir.
Yaxud yazırdı:
Biz əzəldən ta əbəd meydanə gəlmişlərdəniz,
Şahi-Mərdan eşqinə mərdanə gəlmişlərdəniz.
Yazmağa “Həqdən kəlamüllahi-natiq şərhi”ni,
Kim bəyan-elm ilə Quranə gəlmişlərdəniz.
İndi özünüz qiymət verin ki, bu insanın düni düşüncələri hansı səviyyədə idi.
Onun zamanında dövlət yalnız sufi qaydaları idarə olunurdu. Sufi qaydaları həm də Türk sisteminə çox yaxın idi. Qızılbaşlığın mahiyyəti də bundadır.
Doğum günün mübarək, BÖYÜK USTAD! BÖYÜK SƏRKƏRDƏ! AZƏRBAYCAN BÜTÖVLÜYÜNÜN SİMVOLU!!!
Dilavər Əzimli
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.