TÜRK ƏSİLLİ MİSİR FİRONLARI

8-02-2024, 11:48           
TÜRK ƏSİLLİ MİSİR FİRONLARI
Türk xalqlarının əcdadları yalnız Orta və Ön Asiyanın yox, Elamın, Fələstinin, Misirin qədim mədəniyyətinin yaradıcılarıdır. Onlar Xəzər dənizi ilə Urum gölü arasından hərəkət edərək e.ö. III-II minilliklərdə Aralıq dənizi sahillərini, Nil vadisini tutmuş, Misirdə firon, Yerusəlim məbədlərində kahin olmuşlar.
Oğuz xanın başçılığı altında 240 minlik ordu toplamış, e.ö. XXIII əsrdə Nil vadisini tutmuşlar. Karnak şəhərinin birini Doğu Türküstanda, birini Misirdə salmışlar. Mahmud Kaşğari yazır ki, Karnak (Türküstandakı Karnak) Oğuzların şəhəridir.
Oğuzlar Nil çayının sağ sahilində Təkə, Təklə, Avar şəhərlərini salmışdılar. Oğuz xanın iqamətgahı Nil çayı ilə Sinay dağı arasındakı Avar şəhəri idi. Yunan əsilli Misir tarixçisi Maneton (e.ö. III əsr) Avar şəhərini Avaris, İbrani salnaməçiləri Avarim adlandırırlar. İs yunan dilində adlıq hal, –im ibranicə çoxluq və etnik mənsubluq şəkilçisidir.
Oğuz nəslindən olan fironlar xan, əyalət hakimləri iq, aqa, şat titulları daşıyırdılar. İq, aqa, xan, şat Türk vəzifə adlarıdır. Qədim Çin mənbələrində olduğu kimi Kopt papirus mətnlərində xan sözü xi-an hecaları ilə yazılır.
Oğuzlardan sonra Sarı Çin alpları Sinay – Fələstin yolunu tutdular. Yol boyu uzanan dağlara Silsile adı verdilər.
Musa peyğəmbər hümməti ilə firon zülmündən qaçanda Sarı Çin xanı onların yolunu kəsməmişdi, çünki onlar Musa kimi tək allahlı və üç üqnumlu idilər.
Bu bilgilər Avropa tarixçilərinin yüz əlli-iki yüz il bundan qabaq nəşr etdirdiyi kitablarda vardır, ancaq 1923-cü ildən sonra çap olunan ensiklopediyalarda yoxdur.
İngilis arxeoloqları Nil çayının sol sahilindən Oğuz xanın sındırılmış qəbirüstü abidəsini tapıblar. Yevrey əsilli rus tarixçisi İvan İvanoviç Şopen bu barədə 1866-cı ildə Sankt Peterburqda nəşr etdirdiyi “Qafqaz və onun qədim sakinləri barədə yeni bilgilər” kitabında məlumat vermişdir. Ancaq rus tarixçiləri həmin faktların ensiklopediyalara daxil olunmasına imkan vermədilər.
İlhami Cəfərsoy
TEREF: Xocanin Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.