Bədəvi ərəblərin nifrət elədiyi tarixi şəxsiyyətlərin biri, bəlkə də birincisi Babək Xürrəmidir
13-02-2024, 07:14
Bədəvi ərəblərin nifrət elədiyi tarixi şəxsiyyətlərin biri, bəlkə də birincisi Babək Xürrəmidir. Bu nifrət Qətərdə yayımlanan Ərəb xilafətinin tarixi haqqında teleserialda öz əksini tapıb. Bədəvi ərəblər Azərbaycan xalqının vahid etnos kimi formalşamasında müstəsna xidməti olan Babək Xürrəmini aşağılamağa çalışıblar.
Bədəvi ərəblərin Babəkə nifrəti o qədər dərindir ki, 1200 il keçməsinə baxmayaraq bitmək bilmir. Bədəvi ərəblər 18 yaşlı gənc sərkərdənin 22 il müddətində dövrüünün ən böyük imperiyası olan Ərəb Xilafətinin bir neçə ordusunu darmadağın etməsini bu gün də unuda bilmirlər.
Babəkin Bakıda heykəlinin ucaldılmasının bu günə kimi gerçəkləşməməsinin əsas səbəbi də bədəvi ərəblərin etirazları ola bilər. İslam və türk “təəssübkeşləri” belə məqamları görmək istəmirlər. Amma İslam və türk “təəssübkeşləri”nin müdafiə etdiyi “qardaşlarımız” Azərbaycan xalqının tarixi şəxsiyyətlərini təhqir etməkdən çəkinmirlər. Azərbaycan xalqının tarixi boyu yaratdığı ən böyük dövlətin, Səfəvi Dövlətinin ikinci hökmdarı Şah Təhmasibə “dəyus” deyililməsi, bədəvi ərəblərin Babəki aşağılamasə bunun nümunələrindəndir.
Azərbaycan xalqı tarixi şəxsiyyətlərinə sahib çıxmalıdır. Özünə hörmət edən xalq tarixi şəxsiyyətlərinin təhqir edilməsinə imkan verməz. Hesab edirəm ki, Babəkin Bakıda heykəlinin ucaldılması bədəvi ərəblərə verilən ən yaxşı cavab olar.
Bu hadisələr Azərbaycan cəmiyyətində aydınlamaya səbəb olmalıdır. Hər birimiz anlamalıyıq ki, Mirzə Fətəli Axundzadənin açdığı çağdaş mədəniyyət yolu ilə getməliyik. Digər bütün yollar bizi çağdaş dünyadan uzaqlaşdıraraq cəhalətə və geriliyə məhkum edəcək.
Xaqani Ceferli
TEREF