Bu seçkilərin qalibi CHP deyil, milliyyətçi cəbhədir...
2-04-2024, 09:24
Almaniyadam.
Seçki günü Heydelberqdə idim.
Nəticələrini isə Frankfurtda öyrəndim.
Düşündüm ki, fikirlərimi qısaca dostlarımla paylaşım…
***
Qüdrətli iqtidar partiyası 22 il sonra ilk dəfə bir seçkidən məğlub çıxdı.
Ancaq bu seçkilərin qalibi CHP deyil, milliyyətçi cəbhədir.
Baxmayaraq ki, bu cəbhənin ən güçlü iki partiyası – MHP (Devlet Bahçeli) və İyi Parti (Meral Akşener) bu seçkilərdə ağır bir yara aldılar, hətta Meral hanım siyasətdən getsə, partiyası siyasi səhnədən silinsə belə artıq kimsə təəccüb etməz.
Bəs nə üçün milliyyətçi cəbhə seçkilərin qalibidir deyirəm?
Çünki mövcud kanonları silkələyən, yeni rüzgar əsdirən güc Türk Milliyyətçiləri oldular.
Onlar öz əlləri ilə öz partiyalarını kənara qoyaraq radikal, fərqli bir seçim etdilər – Türk xalqının yenilik istəyinə görə səs verdilər.
Başqa sözlə, milliyyətçilər sosial sifarişə dəstək olmasaydı CHP yenə də istədiyi nəticəni əldə edə bilməyəcəkdi.
Yaxın zamanda (MHP və İyi Partinin durumundan və “qırımından” asılı olaraq) Milliyyətçi Cəbhədə çox ciddi hərəkətlənmələr olacaq. Bu cəbhə Türkiyə Cumhuriyyətinin quruluşundan bu günə qədər ölkənin aparıcı siyasi hərəkatı olmuşdur və görünür ki, olmağa da güclənərək davam edəcək. Dərindən gələn bu dalğa Türkiyənin güclənməsində əsas rollardan birini oynayacaqdır…
1992-ci ildə Ankaradan tanıdığım və siyasi fikirlərinə önəm verdiyim, Azərbaycan sevdalısı, məşhur televizyoncu Ali Doğanla ötən gecə telefonda fikir mübadiləsi etdik.
Bu sabah Ali Ağabey mənə Türk Milliyyətçilərindən Fahri Atasoy adlı bir arkadaşının yazısını göndərdi. O yazını da olduğu kimi sizinlə paylaşmaq istəyirəm…
***
“Seçimin İlk Değerlendirmesi
Demokraside insana saygı esastır. Milli iradenin asıl unsuru bireysel kararlardır. Kolektif mensubiyetler bireylerin elinden oy hakkını alır. Modern toplumlarda sadece millet egemenliği kolektif bir üst unsurdur. Millet içinde katı ve kapalı gruplar demokrasi açısından sakınca doğurur. Modern dönemde ortaya çıkan milli devletler milliyetçilik gücüne dayanır. Türkiye bunun dengesini bir türlü kuramadı. Dünkü seçimlerde Türk toplumunun milliyetçi ve demokratik hassasiyetleri etkili oldu. Seçimi belirleyen dinamiklerin başında milliyetçi dalga vardır. Buradaki milliyetçilik bir ideoloji değil, toplumsal bir şuurdur. Türkiye’de milliyetçiliğin siyasi bir hareket içine sıkışması mümkün görünmüyor. Buna bilinçli projelerle darbe vuruluyor. Milliyetçilerin birlik içinde güç oluşturması istenmiyor. Parçalanması sağlanıyor. Buna milliyetçilerin zaafları da sebep oluyor. Ama toplumun milliyetçi şuuru ve tavrı dinamikliğini muhafaza ettiği gibi gün geçtikçe güçleniyor. Artık bütün partilerin siyasetini belirlemeye gücü yetiyor. Yusuf Akçura Üç tarzı siyaset adlandırması dönemindeki Türkçülük iddiası, ülkenin yönetiminde her zaman olması gereken siyaset tarzını ifade eder. Mustafa Kemal Atatürk bu siyasete riayet etti. Sonrasında sapmalar yaşandı. MHP bu sapmayı önlemek için çok güçlü bir mücadele verdi. 1980 darbesi tekrar sapma yarattı. Milletin doğal milli şuuru devreye girdiğinde Türklerin önünde kimsenin duramayacağı ortada. Milliyetçilik dip dalgasının bir kor olarak Türkiye siyasetini her daim belirlemesi ülkenin istikbali için son derece önemli bir ihtiyaçtır. Bu seçimde partilerin hepsini etkisi altına alan bir milliyetçilik dalgası etkili görünmektedir.”
İbrahim Nebioğlu
TEREF