Aprelin 20-də Çingiz Hüseynovun 95 yaşı tamam olacaq.

20-04-2024, 09:24           
Aprelin 20-də Çingiz Hüseynovun 95 yaşı tamam olacaq.
O, bu ilin yanvarında son illər yaşadığı İsraildə vəfat etmiş, orada da dəfn edilmişdi.
Dostlardan kiməsə son telefon danışıqlarından birində "Məndə Vətən həsrəti indi Dil həsrəti ilə əvəz olunub" demişdi görkəmli yazar. Ömrünün qürub çağında bütün varlığı ilə Ana dilinin həsrətini çəkirmiş. Doğma sözləri, ləhcələri, Azərbaycan Türkcəsini eşitmək, duymaq, yaşamaq istəyirdi Son Mogikan…
Çingiz Hüseynovun arxivi bu gün Almaniyada, Bremen Şərqi Avropa Araşdırmalar Mərkəzində (FSO, Forschungsstelle Osteuropa) saxlanılır. Arxivin bu mərkəzə verilməsini görkəmili yazıcının oğlu, tanınmış dilçi alim, professor Həsən Hüseynov (1953 d.) qərar verib.
İlk eşitdiyimdə “Nə üçün bu arxiv Vətənində deyil, Almaniyada olsun” düşünmüş və kefim pozulmuşdu. Sonra dedim ki, almanlarla həm arxivi daha yaxşı qoruyayacaq, həm də ondan daha səmərəli istifadə edəcəklər…
Bu axşam sizə fotoda gördüyünüz tarixçi, əfsanəvi London School of Economics-in professoru Dina Hüseynovanın (1981 d.) Çingiz Hüseynov və Həsən Hüseynov – babası və atası ilə söhbətini paylaşacam…
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.