Tariximizdən bir yarpaq...

22-06-2024, 15:08           
Tariximizdən bir yarpaq...
"6000 İL ÖNCƏ GİL YAZILARDA YUYUCU SÖZÜ TÜRKCƏ QASSAL, MƏZARLIQ SÖZÜ İSƏ - MAŞATLIK KİMİ GEDİR.
U dövrün Şairəsi BİKƏ XATUN belə bir misra qazdırıb gil lövhəyə:
"QASSAL, BUNU MAŞATLIKDA ET, SIKI ULU BURASU".
Qassal (yuyucu), bunu məzarlıqda et, burası ürəksıxıcıdır.
Atam Usta Vəli hərdənbir hansısa adı naməlum, ancaq antik şairimizdən belə bir şeir oxuyardı muğam üstündə pəsdən:
"Ey qan olan könlüm, niyə düşdün bu halə sən,
Bais nədir ki, gəldin dərdi-bəlaya həvalə sən?
Köylim, nə olardı, çəkərdin hərdən cəhənnəm-kürəyi zəbanə,
Köylim, sən ağlayanda yerlər, göylər də bərabər ağlar.
Əliboş, üzüqara evindən [heç] ayaq qoymağa dəyməz,
Qassalın qassalxanada rəxtini əynindən soymağa dəyməz."
Qəzəlin qabaqkı sətirləri aydındır.
QASSAL`LA başlayan sonuncu sətir bir az anlaşılmazdır:
Sondan ikinci - ondan qabaqkı sətirdə deyilir - əgər sən bu dünyadan əliboş köçürsənsə - kim əlidolu köçür ki (U.V.) - ancaq burada deyilir - əgər sən özünnən sonra işıqlı dünyada bir əlamət qoymayıb u dünyaya əliboş gedirsənsə, o zaman QASSALIN qassalxanada (ölü yuyulan yerdə) sənin əynindən rəxtini (paltarını) soyundurmağa da heç ehtiyac yox.
Yəni bu dünyada iz qoymamağınla günahkarsan və qassalı heç hürkütməyinə dəyməz, çətin ki, u dünya səni öz qoynuna qəbul edə.
Güman ki, ərəbindir dediyimiz məzarlıq da - maşatlığın törəməsidir.
Tariyel Azerturk
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru