PORTAĞAL ŞİRƏSİ, YUMURTALAR VƏ SOKRAT

12-07-2024, 17:08           
PORTAĞAL ŞİRƏSİ, YUMURTALAR VƏ SOKRAT
Həyatda ən böyük arzum - gecə 3-də oyanıb, bircə tumanda mətbəxə gedib, soyuducunu açıb, portağal şirəsi içib, soyuducunu bağlayıb, dönüb yatmaq idi.
Gecə 3-də oyanmamağım arzumun həyata keçməsinə mane olurdu. Amma dünən hər şey dəyişdi. Gecə oyandım, saata baxdım və üzüm yarısəfeh təbəssümlə işıqlandı. Saat 3:00 göstərirdi. Arzum reallaşmağa başlayırdı.
Durdum, arzuladığım kimi ayaqyalın, bircə tumanda mətbəxə yollandım, soyuducunu açdım, əyildim... əyildim... Və dərk elədim ki evdə portağal şirəsi yoxdur.
Ayran var, nataxtari var, Cola-Cola, Pepsi, mineral su, kompot, pivə, kvas, ağ şərab, qırmızı şərab, pinqvin sidiyi, kentavr sperması. Hər şey var, portağal şirəsindən başqa…
Uzun müddət soyuducunun qarşısında donub qaldım... Artıq yarısəfeh təbəssüm yox idi. Yox idi... Portağal şirəsi də yox idi…
Məyus olub, soyuducunu bağladım və yavaş addımlarla yatağıma yollandım. Eyforiya artıq itmişdi. Heç addımlar da əvvəlki kimi artistik deyildi.
Yatağıma çatdım, uzandım, uzun müddət çalışsam da, yuxuya gedə bilmədim. Nədənsə qalxıb Sokratı oxumağa başladım. Yəqin soyuducuda gördüyüm yumurtalar beynimdə Sokratın keçəli ilə assosiasiya yaratmışdı.
Bu - sadə bir mikrorayon oğlanının dramı idi. Ona həyatdan heçnə lazım deyildi. O sadəcə portağal şirəsi içmək istəyirdi... Gecə 3-də... Tumanda…
Məmməd Şiriyev | Bakı
Mammad Shiriyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.