TARİXİ İDARƏ ETMƏK SƏNƏTİ.
13-07-2024, 00:01
FARSLAR özlərini İranın gerçək sahibi, Türkləri isə gəlmə, qonaq hesab edirlər, çox incə hərəkət edirlər, Tarixlə, zamanla oynamağı bacarırlar, hətta Tarixi idarə etmək sənətini bacarırlar.
TARİXİ İDARƏ ETMƏK SƏNƏTİ DEDİM.
TARİXİ idarə etmək sənətini dünyada Farslar, yəhudilər, İngilislər bacarır.
MİLLƏTLƏR var ki, Tarix onlara xidmət edir, millətlər də vardır ki, özləri tarixə xidmət edir.
TARİXİ idarə etmək ağlı ilə dövləti idarə etmək ağlı fərqlidir. Tarixi idarə etmək ağlı göy ağlıdır, dövləti idarə etmək ağlı Yer ağlıdır.
İRAN tarixini Farslar yox, Türklər yaratdılar, lakin İran Tarixi Farslara xidmət etdi. Farslar İran tarixinin yaradıcısı deyil, sahibidir. Diqqət edin, yaradıcısı deyil, sahibidir dedim.
TÜRKLƏR daim ağıl savaşında Farslara yenilmişlər. Fars-İran xarakteri incə, səbirli, hiyləgər, siyasiləşmiş, gizli, ehtiyatlı, ürkək, lakin zəhərli və öldürücüdür. Hər zaman Azad, döyüşkən, emosional, səbrsiz Türk xarakteri bu hiyləgərə yenik düşmüşdür.
ƏLİ ŞƏRİƏTİ yazır ki, İranda hansı etnosun, sülalənin hakimiyyətdə olması şərt deyil, fərqi yoxdur zənd olsun, türk olsun. Əsas odur ki, hakimiyyətdə olan sülalə, xanədan, millət İran ideologiyasına xidmət etsin, İranlılığa(Farslığa) xidmət etsin. İranlılıq sadəcə İran platosunu ifadə etmir, yalnız coğrafi ad deyil. İranlılıq-İran FARS mədəniyyət təsəvvürüdür, hakimiyyətdə türk də olsa İran-Fars mədəniyyətinə xidmət etməlidir. İran platosundakı dövlətlərin, hakimiyyətlərin ölçüsü - İran-Fars mədəniyyətinə xidmət etməklə müəyyənləşir. Ədəbiyyat və Sənət də İranlılığa xidmət etməlidir. Təsadüfi deyil ki, Türk Nizami Elam, MANNA, HUN, GÖYTÜRK saraylarını və krallarını deyil, Sasanlı saraylarını və Krallarını öymüşdür. Atillanı, Mete Xaqanı, Alp Ər Tunqanı deyil, Makedoniyalı İsgəndəri-Yunan işğallarını öymüşdür. Qələm İran-Fars ideologiyasına, YUNAN işğallarının ideallaştırılmasına çalışmışdır. (Heyf, Turan ideologiyasına xidmət etməyən puç ömürlərdən)
FARS-İRANLILAR tarixin bütün zamanlarında İranın parçalanması, yox olması məqamında tarixin dərinliklərinə çəkilib, Türkləri qabağa vermişlər ki, Türklər İranı xilas edə bilsinlər. Savaşçı ruhu ilə Türklər İran uğruna ölsünlər. HƏR zaman İranın böhranlı anlarında Türklər savaşmışlar, qırılmışlar, saysız qurbanlar vermişlər. Farslar böyük qurbanlar vermədən tarixin içinə çəkilmişlər, yazmışlar, yaratmışlar, zamanı gözləmişlər və uyğun zamanda hiylə və SİYASƏTLƏ, intriqalarla dövləti yenidən ələ keçirmişlər. Dediyim kimi, İranın sahibinə çevrilmişlər.
MİDİYADA saray çevrilişi edərək Əhəməni dövlətini qurmuşlar. Midiyada Farsları hakimiyyətə gətirən, strateji müttəfiqləri Babil, sonra da Midiya əsirliyində olan Yəhudilər idi.
PARFİYADA saray çevrilişi edərək Sasanlı dövləti qurmuşlar. Parfiya sak-türk dövləti idi. Fars Əhəməni dövləti ilə Sasanlı dövləti arasındakı zaman aralığında 500 il ömür sürmüşdür, Romanın əsas rəqibi olmuşdur.
ƏLİ ŞƏRİƏTİ yazır ki, Əhəməni ilə Sasanlının arasında 500 illik qırılma var idi. Biz Sasanlının köklərini Əhəməniyə bağlamaq üçün 500 illik Parfiya tarixini, mədəniyyətini Yer üzündən elə sildik ki, FİRDOVSİ belə Şahnaməsində bu 500 illik dövlətdən cəmi 5 beyt yazmağa məcbur oldu.
TÜRK-QACAR dövlətində çevriliş edərək Pəhləvi dövləti qurmuşlar. Müttəfiqləri İngilislər idi. İngilislər-mason lojaları dövləti Türklərdən alıb Farslara verdilər. İran Pəhləvi rejimi Fars tarixini SASANLİLARA bağlamaq üçün Sasanlı ilə İran Pəhləvi höküməti arasındakı 1600 zaman aralığını qapatmaq üçün İran tarixini Türklərdən, Türkdən təmizləmək siyasəti yeritdi.
BAX belə ey qafil Türk. İrandakı Türk tarixinin böhranlı çağlarında Farslar hərəkətə keçmişlər, dövləti ələ keçirmişlər, sonucda Türk dövlətləri Fars dövlətinə çevrilmişdir.
FARS-İRANLILAR Yenədəmi tarixin içinə çəkilirlər. Yenədəmi Türklər İranı xilas edəcəklər...
Yasəmən Qaraqoyunlu.
TEREF