ETRUSK GÜLƏŞÇİSİ

13-07-2024, 15:04           
ETRUSK GÜLƏŞÇİSİ
Aşağıdakı dairəvi metal kəsmədə soldan sağa döyülmüş etrusk yazısının deşifrəsi belədir:
MUSARUM BER GULES
Azərbaycanca:
MÜSARÜM, BER GÜLEŞ.
Lüğət:
MUSARUM – tələffüzdə Müzarim - saqqallı igidin adıdır.
BER – Türk lüğətində ərəb sözü kimi göstərilir və nədənsə onunla kontaktda olmamış etruskda peyda olur - 1) yaxşı, xeyirli; 2) dəqiq, düzgün; 3) Allahın epitetlərindən biri.
Mixi türkcəsində BARE formasında rast gəlinir. Bizdə BARI kimi bu gün də işlədilir:
"BARI, PƏRVƏRDİGARA, SƏN ÖZÜN RƏHM ELƏ BİZLƏRƏ !"
U kəlməni VER kimi oxumağa da haqqımız var.
GULES – şübhəsiz güləş.
Medaldan da göründüyü kimi, Müzarüm – bizdə indi Mizaryim gecə-gündüz ağır daş, qantel qaldırır, sağda. elə indicə, gözümün qabağında yerə qoyduğu ağır əmudla əzələlərini bərkidir.
ƏMUD, GÜRZ və ya TOPPUZ indi də Azərbaycan milli güləşinin əsas atributlarından biridir.
Odur ki, medalda əks olunmuş fiqurun güləşçi olduğuna qəti şübhə qalmır və ona ümidlə deyilmiş arzu da bunu təsdiq edir:
MÜZARÜM, BER GÜLEŞ -
MİZRAYIM, YAXŞI GÜLƏŞ ! Biz indi belə deyirik:
GÜLƏŞİN XEYİRLİ OLSUN, MİZRAYIM! və ya
MÜZARÜM, VER GÜLƏŞ ! yəni Gücünü göstər !
***
Азрет-Али Кочкаров adlı bir Karaçaylı bu cür medallara, medalyon, ad günlərinə həsr edilmiş metal döymələrə və ya pul sikkələrinə tez-tez müraciət edir. Hər şeyi düz oxusa da, Etrusk ulularımızı bütün mənalarda nədənsə Avraamla bağlayır. Bu yazının da təsvirini o bu cür təqdim edir:
“На римской монете, прото-тюркский этруский текст: MUSA RUM- Mоисей Рим. B ER CUL E S- Этот мужчина раб Хозяина(Бога)”.
Tərcüməsi: “Həzrət–Ali Koçkarov: proto-türk etrusk mətni:
MUSA RUM – Moisey Rim. B ER CUL E S - Bu kişi öz Sahibinin (Allahın) quludur”
***
O, QUL DEYİL, SƏRBƏST MƏŞQ EDƏN ETRUSK GÜLƏŞÇİSİDİR !
_____________________________
Şəkildə: 1. GÜLƏŞÇİ MİZRAYIM MƏŞQ ZAMANI.
-----------İkinci medalyonu yazını rahat oxumaq və hamıya nümayiş
-----------etdirmk üçün, mən, 90 dərəcə sağa fırlatmışam.
---------2. Azərbaycanda tarixi ƏMUD növləri. Öküz başı əmud
-----------hətta Şah İsmayıl Xətai dövrünün məşq alətidir.
Tariyel Azerturk
TEREF














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.