Batin alimi yazır: Allah, Beytullah və əhli-beyt haqda həqiqətlər

21-07-2024, 16:57           
Batin alimi yazır: Allah, Beytullah və əhli-beyt haqda həqiqətlər
Bu günlər bütün İslam aləmi müxtəlif səbəb və məzmunda qəbul olunsa da Aşura mərasimləri keçirirlər. Baxmayaraq ki, heç kim hələ də bu mərasimin əsl mahiyyətini anlamamışdır. Buna səbəb isə özlərini din alimi, ilahiyyatçı və s. adlandıran cahillərin qədim yazıların əsl mahiyyətini dərk etməmələri, insanlara cəfəngiyyat təbliğ etmələridir. Ərəb, yəhudi, aramey və s. dillərdəki yazıları hərfi mənada qəbul edən mütaliəçilər hələ də bilmirlər ki, qədim yazılar rəmzlərdir və onları anlamaq üçün xüsusi məntiq - rəmzləri "Allahın adı ilə oxuya bilmək" məntiqi, yəni ariflərin hikmət və marifətullahını bilmək vacibdir. Tövratda "ilk insanların vahid səfa dili" adlanan bu dil, Quranda Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlanır. Deməli, qədim yazılar səfa dili, yəni sufi məntiqi ilə yazılmışdır. İlk İlahi ümmətə və ariflərin ürəyinə verilmiş bu elmi başqa cür heç vaxt heç kim anlaya bilməz (məqalə: "Bugünkü ilahiyyatçılar əhli-beyti anlamayan cahillərdir", sayt:

https://gilarbeg.wordpress.com/2023/05/23/bugunku-ilahiyyatcilar-%c9%99hli-beyti-anlamayan-cahill%c9%99rdir/). Başqa sözlə, bütün qədim yazılar Allahla bağlı rəmzlərdir və bu elmi-Billahı anlamaq üçün Allahla bağlı həqiqətləri bilmək vacibdir. Bunlar haqda mən Batini-Quran kitabımda və çoxsaylı məqalələrimdə geniş yazmışam və onları qısa belə xarakterizə edərdim: Allah var və Onun Özü və seçilmişləri üçün yaratdığı cənnət Beyti var. Bir də bu Beytullaha qulluq üçün Allahın ayırdığı seçilmişlər, yəni əhli-beyt və onlara verilmiş sufi-batin elmi var. Beytullahda keçirilən ritualların dəqiq olması üçün Allahın, seçilmişlərin ürəyinə verdiyi bu səfa elmi mətnlərdə - “Beyt əl-elm vəl-marifət vəl-hikmət” də adlanır. Başqa sözlə, batini məntiqdə dinin əsasları dörd hissədən ibarətdir: Allah, Beytullah, əhli-Beyt və Beyt əl-elm vəl-marifət vəl-hikmət.

1. Allah adlanan Varlıq - Türk xanı Amonun, İlahın sirlərini dərk edərək, ondan göydə yaratdığı El, yəni El-İlahdır. İlah - əvvəli və sonu olmayan, doğmayan və doğulmayan ilkin materiyadır. Tövratda İlahdan yaradılmış El, yəni El-İlah - AsarEl (Şumerdə AsarElah/AsarLuhi) adlanır və biz bu Allahı - Osiris, Assur, Aşur, Azər Allahı kimi tanıyırıq. Qədim Misir mənbələrinə görə, firon Amon ilk olaraq bəşəriyyətə hakim kimi məhz bu Asar, yəni Azər Allahlar ümmətini yaratmışdır. İlahdan yaradılmış El haqda mən, "Tövrata görə imam Əli - İslamın Allahıdır!" adlı məqalədə yazmışam (sayt: https://firudin.blogspot.com/2024/07/tovrata-gor-imam-li-islamn-allahdr.html?m=1). Deməli, müsəlman aləminin Allah adlandırdığı El-İlah - qədim Misirdə Osiris adlanan Azər Allahıdır. Mətnlərdə bu AsarEl/AzərEl rəmzləri İsrail/İzrail kimi oxunur ki, bu adların indiki İzrail ölkəsinə və xalqına heç bir aidiyyəti yoxdur. Başqa sözlə, ilk yaradılmış ümmətin Allahının adı - Azər, yəni Osirisdir.

İlahın sirlərini dərk edən firon Amon İlahdan, Özü və törəmələrinin ölümsüzlük qazanması üçün göydə Osirisin ölüm şahlığını, yəni cənnət eli yaratmışdır. Tövrata görə, Allah iki növ insan yaradılmışdır ki, bunlar da göy və yer insanlarıdır. Belə çıxır ki, firon Amon "İlahdan El yaratdı" dedikdə, Onun göy türklərinin ölümsüzlüyü üçün göydə yaratdığı cənnət Eli təsəvvür olunmalıdır (məqalə: "Assuriya qədim Azərbaycan ölkəsidir", sayt: https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/).
2. Əhdi-ətiqə görə Assur, yəni Azər Allahı və Onun Allahlar ümmətinin varisləri sonradan xaldey adlandı. Mənbələrdə xaldey adı altında - Azərbaycanın Xelat Atabəglər Ailəsi, Midiyanın Gelad izmaililəri və ya ifrat Gelat ismaili şiələri və s. Azərbaycan torpağı ilə bağlı xalq nəzərdə tutulur. Tövratda, Levililər kitabında Allah Özünə qulluq üçün seçdiyi bu Türk bəglərinə bildirir ki, - "Mən sizin aranızda özümə Ev ucaldacağam və sizin aranızda yaşayacağam. Siz mənim xalqım və müqəddəs olacaqsınız". Bu kitabda Allah Öz seçilmişlərinə, Ona itaət etdiyi dövrdə iki dünyada, yəni yaşadığımız fiziki dünyada və öləndən sonra onların ruhlarına, göydə yaratdığı El-də ikici həyat söz verir.
Qədim Misir mənbələrinə görə pir, yəni firon Amon, Osiris və ya Atum adlanan kosmik Allahı Gel şəhərində yaratmışdır. Tövratda məhz bu Gel şəhəri, Babil qülləsinin tikildiyi Xaldeya və Midiya ismaililərinin Gelad şəhəri adlanır. Alban mənbələrində bu Gel-Gelad eli - Gelarküni kimi keçir. Mən, "Тайна метафизического золотого храма царя Соломона" adlı məqalədə, pir Amonun Gel şəhərində İlahdan yaratdığı El haqqında geniş izah vermişəm (sayt: https://firudin.blogspot.com/2023/09/blog-post_19.html?m=1). Deməli, Allahın Öz seçilmişlərinin torpağında yaratdığı Beytullah, Azərbaycanın qədim Midiya mahalındakı Gel şəhəridir ki, son dövrün xəritələrində bu yaşayış məskəni Gilarau kimi qeyd olunurdu. Başqa cür desək, Beytullah - Azərbaycanın qədim Gilarau mahalında Allahın Özünə və törəmələrinin ölümsüzlüyü üçün yaratdığı Azər-Elidir, yəni qədim Misir mətnlərində cənnət mənasında qeyd olunan Osiris ölüm şahlığıdır (məqalə: "Dünyanın göbəyi Azərbaycandadır!", sayt: https://gilarbeg.wordpress.com/). Xristianlıqla bağlı mətnlərdə bu Beytullah - monastır kimi qeyd olunur ki, bu monastıra baxan rahib Kelar, monastırın torpağı, qulluqçuları və peyğəmbərləri isə klir adlanır. Məhz bu Gelar torpağı mənbələrdə Böyük Moğol imperiyasının Gelair adlanan paytaxtıdır ki, ərəblər onu Cəlair adlandırdılar. Qeyd etmək yerinə düşər ki, şiəlik ilk dəfə Monqol əsilli Elxani hökmdarı Olcaytu xanın dövründə İranın rəsmi dini olmuşdur. Batini mənada əhli-beyt rəmzi də "Gel şəhərində İlahdan yaradılmış Beyt" deməkdir və bu beyt ifrat Gelat şiələrinin elindəki Allahın Eli mənasındadır.

3. Ən qədim Misir mənbələrində Allahın seçilmişləri mənasında olan pirlər nəsli - Gel şəhərinin sakinləri olan və ilk fironlar nəsli sayılan "Qor yolu ilə gedənlər", yəni "Şəmsu Qor" adlanır. Mətnlərdə İri-Pati (Ra-Pta), yəni Ər-Yafət adlanan bu xüsusi qəbilə Qor Allahı ilə assosiasiya olunurdu və şahların, allahların yerdəki təcəssümü sayılırdı. Özünün bu Qor-fironları nəslindən olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu. Mətnlərdə onlar, bir bədəndə "iki dünyanı birləşdirənlər" adlanır ki, İslamda bu Qor nəsli - karilər (kurra) kimi məlumdur. Səfa dilini bilən bu Qor-karilər nəsli Tövratda Aqar, yəni Həcər nəsli adlanır. Quran, yəni Qərəə rəmzi də mənbələrdə "danışan Quran" adlandırılan və ürəklərinə bilik verilmiş bu karilərə, yəni Qor yolu ilə gedənlərə aiddir (məqalə: "Oxuduğumuz Quran – həqiqi Quran deyil”, sayt: https://firudin.blogspot.com/2023/05/oxudugumuz-quran-hqiqi-quran-deyil.html?m=1). Gel şəhərinin Qor Allahı mifologiyada QorGel, yəni Herakl adlanır ki, o Gileya (Gel) şəhərində yarı qadın və yarı ilan Yexidna ilə cütləşir. Qədim Misirdə ilan - ilkin materiya ilə xüsusi bənzərliyinə görə İlahın rəmzi sayılırdı. Bu cütləşmədən "ilandan doğulmuşlar" nəsli olan mar-amoreylər, yəni midiyalılar nəsli yaranır. Qədim Misirdə bu amoreylər - amorey-sutilər adlanır ki, bu da sufi məntiqində Midiyanın miri-seyidlər nəsli deməkdir. Yəhudi mənbələri Heraklın bu "ilandan doğulmuşlar" nəsli - mələklər nəsli adlandırır (məqalə: "Джалаиры – божественный род Геракла", sayt: http://gilarbey.blogspot.com/2018/04/blog-post.html?m=1). Bu Azəri seyid-bəglərinin ad-soyadlarında bu gün də mar-amorey mənasında "mir" rəmzi qeyd olunur.
Bütün bunlar o deməkdir ki, Allah evinin, yəni Beytullahın seçilmişləri olan əhli-beyt, adi insanlardan fərqli olaraq İlahdan yaradılmış müqəddəs seyid-bəglər nəslidir. Qor yolu ilə gedən, yəni Aqar-Həcər nəsli elə, mənbələrdə Gel-Gelad və ya Gelarküni adlanan ismaili şahlar nəslidir. Məhz bu Qacar-Həcər nəsli mətnlərdə "əjdahadan doğulmuşlar", "qədim şah toxumu", "tac qoyanlar", "nöktə ağası" və s. adlanırlar. Əflatun bu əhli-beyt seçilmişlərini "filosof-şahlar" adlandırır və bildirir ki, yaradılışda onların nütfünə qızıl qatılmışdır. Ərəb mənbələrində bu Asar/Azəri padişah-peyğəmbər nəsli "qızılbaşlar" kimi də məlumdur. Başqa sözlə, Gel şəhərində yaradılmış Beytullahda Allaha qulluq üçün ayrılmış əhli-beyt - Azərbaycan Atabəglər Ailəsidir (məqalə: "Əhli beyt - Allah Mülkünün mühafizəçiləridir", sayt: https://firudin.blogspot.com/2022/12/hli-beyt-allah-mulkunun-muhafizcilridir.html?m=1).
Mənbələrdə "ktav Aşuri", yəni Azəri kitabı adlanan Tövrat kitabı bilavasitə Azəri-Xəzər Türk bəglərinin əcdadlarının bəşəriyyəti yaratmasına həsr olunmuşdur. Mən, "Великие деяния сыновей Иакова и Рахиля" adlı məqalədə göstərmişəm ki, bütün qədim Allahlar, padşahlar və peyğəmbərlər məhz Gilar bəgləri olmuşlar (sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1). Deməli, əhli-beyt - Allahın Azərbaycan torpağında yaratdığı Beytullaha, yəni cənnətə qulluq edən Gilar bəgləridir.
4. Allahın Özünə qulluq üçün ayırdığı seçilmişlər Tövratda ilk ümmət adlanır ki, onlar, Beytullahın göydə əbədi var olması və insanlara xoşbəxt həyat bəxş etməsi üçün xüsusi biliyə, yəni ilkin materiyanın qanun və qüvvələrinə bələd idilər. Roma tarixçisi Ammian Marsellin bu xoşbəxtliyi, Allahın Midiya maqlarına verdiyi İlahi odla bağlayaraq yazır: "Danışırlar ki, əgər buna inanmaq mümkünsə, maqlar özlərində heç vaxt sönməyən və göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirir". Burada Asiya şahları dedikdə Gelatın - Qacar, yəni Həcər ismaili şahları nəzərdə tutulur ki, ərəb mənbələrində onlar Xelatın Azərbaycan Atabəglər Ailəsi adlanır. Qədim İran mənbələrində bu Gel oğulları, İlahi farna odu daşıyan farnbaqlar, yəni firon-bəglər kimi keçir. Onların əsas vəzifələri – Beytullahdakı qurbangahda qurbanların vaxtı-vaxtında, qaydaya uyğun kəsilməsinə, vacib ritualların keçirilməsinə, paklığa və halallığa, Allaha qulluq edən ailənin müqəddəsliyinin qorumasına nəzarət etmək idi. Çünki yalnız müqəddəs və pak insan - Allah kimi, təbiət və cəmiyyətə söz və fikri vasitəsilə təsir edə bilir. Allah onları Beytullahdakı, yəni Gilar torpağındakı Əhd sandığını daşımaq, Allah qarşısında dayanmaq, Ona qulluq etmək, Onun adından xeyir-dua vermək, danışmaq üçün ayırmışdı. Tövrata görə, onlar Allahın bir "hissəsi" olduğu üçün müqəddəslik də əbədi onlara verilmişdi. Yalnız bu nəsildən olan baş kahin, Vəhy çadırına daxil ola bilirdi.

Əhli-beytə verilmiş elm mənbələrdə ismail fəlsəfəsi və ya İsna-Aşəriyyə dini adlanır ki, bu rəmz batini mənada - "Sina/Sünik dağındakı Azər (Asar/Osiris) Allahı" deməkdir. Bu günlər keçirilən Aşura mərasimi də, axirətdə bu Aşur, yəni Azər Allahının ölməsinə həsr olunmuş matəm mərasimidir. Başqa sözlə, Aşura - axirətdə, Türk piri Amonun 5500 il əvvəl göydə İlahdan yaratdığı Elin işıqda parçalanıb məhv olmasının mərasimidir. Bununla da Azəri pir-bəglər, seyid-şıxlar nəslinə verilmiş və insanlara xoşbəxtlik gətirən İlahi Azər odu yox olmuşdur və Azəri müqəddəsləri İlahi qüdrətlərini itirmişlər (məqalə: "Aşura – Azərbaycan Atabəglər şahlığının məhvinin mərasimidir", sayt:
https://gilarbeg.wordpress.com/2021/08/11/asura-az%c9%99rbaycan-atab%c9%99gl%c9%99r-sahliginin-m%c9%99hvinin-m%c9%99rasimidir/). Qədim dövrlərdə Azər Allahının bu ölümü - Osiris, Adonis, Attis, Tammuz, Kibela və s. allahların ölüb dirilməsi kimi qeyd olunurdu. Kiçik Asiyada bu allahların ölməsi və axirətdə dirilməsi - Gilar bayramı adlanırdı. İslamda şəhid imam Hüseynin ləqəbi Sarallah olmuşdur ki, bu da Azər Allahı deməkdir.
Bütün bunlardan çıxan nəticə odur ki, bu gün biz, dünyanın ən kamil dini olan İsna-Aşəriyyə, yəni Azəri dinimizin əsl mahiyyəti haqda heç nə bilmirik. Çünki, qədim yazıları, onları yazan ilk yaradılmış Azəri ümmətinin səfa məntiqi ilə yox, adi insanların zahiri məntiqi ilə oxuyuruq. Yaddan çıxarmışıq ki, məşhur filosof Əflatuna görə adi ölümlü yer insanlarını da məhz ilk ümmət olan Azəri pirləri yaratmışlar (məqalə: "Allah - türkləri, оnlar isə insanı yaratdılar", sayt: http://gilarbek.blogspot.com/2013/12/allah-turklri-nlar-is-insan-yaratdlar.html?m=1). Bütün bunlar haqda mən kitab və çoxsaylı məqalələrimdə yazmışam. Lakin bu günkü insanlar, din sözünün belə əsl mənasını anlamayan cahil din xadimlərini, ilahiyyatçıları özlərinə dini rəhbər seçib, bütpərəst İslama sitayiş edirlər. Məhz buna görə Quranda Allah, Özünə qulluq üçün ayırdığı Azəri xalqını lənətləmişdir (məqalə: "Quranda lənətlənmiş xalq - Azəri xalqıdır!", sayt: https://firudin.blogspot.com/2024/01/quranda-lntlnmis-xalq-azri-xalqdr.html?m=1). Varlığına belə şübhə ilə yanaşdıqları Allahın dininə gəlir mənbəyi kimi baxan bu günkü cahil ateistlər anlamırlar ki, dinin təbliği üçün Allah Özünün seçdiyi pir-bəglərinin ürəyinə bilavasitə bu iş üçün xüsusi sufi-batin elmini vermişdir. Cahil insan kütləsindən fərqli olaraq bu arifləri Allah Özü seçib, onlar bilik verib, onlar vasitəsilə Öz sözlərini insanlara çatdırır.
Yazılara görə, axirətdə ilk ümmətin nəslidən olan və sirlər bilən sufi piri, İlahi Azər odunu bərpa edəcəkdir və Azərbaycan göylərində bu oddan yeni cənnət yaranacaqdır. Bu yeni cənnətə isə bu günkü bütpərəst müsəlmanlardan demək olar ki, heç kim düşməyəcəkdir.

Firudin Gilar Bəg
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.