"MİN BİR TÜRKDƏN BİR RUM YAXŞIDIR ."

22-07-2024, 13:04           
"MİN BİR TÜRKDƏN BİR RUM YAXŞIDIR ."
"Atalar sözü" mənimdir. Avropalının, xüsusilə italyanlı "alimin" dilindən deyirəm.
Son bir ildə Etrusk dili ilə məşğul olduğum ədəbiyyatdan məlum etdiyim nə?
Qoy dünya dövlətçilik, hərb, bank, gəmiçilik, memarlıq, rəssamlıq, dulusçuluq mədəniyyətinə dünyalar bəxş etmiş 2500 illik ETRUSK TARİXİ tamamilə yalan olsun,
amma hər şey rumun (yunanın) olsun.
***
Aşağıdakı şəkildə qoltuqağacı ilə, görünür, uzaq səfərə çıxmış ayaqyalın, həcəməti açıq, çiynində yük gedən ayağı burxulmuş yetim yolçudan YUNAN KRALI qayırır italyan alimi.
Əvvəlki yazımdan dediyim Florensiya vilayətində susuz təpədə yerləşmiş və ona görə bu adı daşıyan CHİSUİ (etrusca - QUYUSUYİ) şəhərindən tapılmış vaza üstündəki şəkli italyan alimi belə yozur:
"GREEK KİNG of İTHAKA and Hero as beggar ."
İTAKANIN KRALI VƏ QƏHRƏMANI DİLƏNÇİ KİMİ...
***
Halbuki gün vurmasın deyə başına papaq geydirmiş saqqallı yolçu ağrıyan sol ayağını yetişdiyi şəhərdə yolüstü sınıqçıya göstərir.
Sınıqıçının sağ əlində əlcək var. Görünür kişinin topuğu ilə işi elə indicə başa vurub. Və burxulmuş topuğu yerinə salandan sonra şagirdinə əlavə xidmət etməyi tapşırıb.
Şagird qız (kişi qıxımığı adətən çılpaq olur) gözəl etrusk ləyənində soyuq su gətirib ayağı suda ovuşdurmaq üçün ləyənə səmtləndirir.
Bu dəhgədə sınıqçıya təşəkkür edən yolçu çiynindəki ağacın hər iki ucundan asdığı yükün ağırlığından gileylənir.
Şəkildəki sözlər sınıqçının yolçunun yükünə və qoltuq ağacına baxıb onun şikayətinə və ya gileyinə verdiyi cavabdır. Bir növü təsəlli cavabıdır (yanıtıdır). Yazı soldan sağa belə deşifrə olunur:
O AİS EGS KOŞ ATAOİGN E
Türkcə modelləşdirmə:
O AİS EGS KOŞ ATA O İG NE
Bu günkü etrusk-azərbaycancasında:
O ƏYİŞ ƏKS QAŞ. ATA, O Y[Ü]K NƏ?..
Yəni: Ağacın hər iki ucundakı yüngül yük bir-birini tarazlayır, ata, onun topuğun sarpmasına nə dəxli?
***
İndi biz etruskları türkləşdirdikcə, İtaliyadan alimlərin iniltisi gəlir:
"Bilsəyidk ki, etrusklar türkdür, onları heç araşdırmazdıq."...
"Kor kora "kor" deməsə, bağrı çatlar" ...
________________________
Yeni Etrusk həyat tərzi, yazısı və dili ilə tanış olun.
ARALIQ DƏNİZİ TURAN TÜRKÜ OLMUŞ ZƏNGİN ETRUSK BİZİMDİR!
ZƏNGİN ƏQRABAMIZA SAHİB ÇIXAQ !
QARABAĞI DÖYÜŞSÜZ HEÇ KİM BİZƏ QAYTARMAQ FİKRİNDƏ DEYİLDİ.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.