"Azərbaycan istiqlal mücadiləsi xatirələri"- Eyni millətin eyni dərdi və eyni sevinci

8-09-2016, 20:46           
"Azərbaycan istiqlal mücadiləsi xatirələri"- Eyni millətin eyni dərdi və eyni sevinci

"Gəncə xalqı Türk ordusunu qarşılamaq üçün şəhər meydanına toplanmışdı. Dövlət dairələri və məktəblər tətilə çıxmış, tələbələr əsgərlərin gələcəyi yolun iki tərəfinə düzülmüşdülər. Müharibədə rusların işğal etdiyi Şərqi Anadolu bölgəsindən Cəmiyyəti-Xeyriyyə tərəfindən toplanan kimsəsiz uşaqlardan dörd yaşı olanlar da qarşılama mərasiminə aparılmışdı. Azərbaycanın müxtəlif bölgələrindəki uşaq evlərindən gətirilən bu yavrular, meydanda hazır idilər. Yolun və meydanın hər iki tərəfinə toplanan qadın, kişi, yaşlı, gənc bütün xalq, əsgərləri coşquyla alqışlayırdı. Sevincdən hər kəsin gözlərindən yaş gəlirdi. Uşaq evlərindən gətirilən bu uşaqlar əsgərlərə yaxınlaşaraq əllərindən tutur və haralı olduqlarını soruşurdular. O əsnada bir bağırış, çağırış qopdu. Doqquz yaşındakı bir uşaq atasını tanıyıb, ona doğru qaçmağa başladı. Bu qovuşmanı görən Gəncəli Türklər Anadoluda bir-birini itirən və Qafqazda yenidən qovuşan ata-oğulun sevincinə ortaq oldular. Bütün meydan hıçqıra-hıçqıra sevinc göz yaşı tökürdü."
Nağı Şeyxzamanlı -- "Azərbaycan istiqlal mücadiləsi xatirələri".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.