QONŞUDAN PİS OLAN ,,QOHUM"...

13-10-2024, 00:05           
QONŞUDAN PİS OLAN ,,QOHUM"...
İnsanları bir yerə yığan qeyri rəsmi qurumа qohumluq deyirlər.
Var daxili, qan qohumluğu və kənardan gələn yad qohumluq. Bir mühitdə tez-tez olmaq( xeyir-şər, ad günləri, qonaqlıqlar və s.) hər birinin yaşam vəziyyətini, dərd-sərini, uğur-ziyanını, imkan-imkansızlığını, varlı- kasıb olmağını ortaya qoyur. Qohumlar keyfiyyətcə canıyanan, xoşməram, bədməram olurlar. Bədməram, məkirli qohum, Bruney Sultanının sərvətini buraxıb, qohumun aldığı 20 ilin maşınına, bir pillə vəzifədə irəliləməsinə, övladlarının xoş əxlaqına, təhsil üğuruna paxıllıq edərək, fürsət düşdükcə üstüörtülü ziyankarlıq, düşmənçilik edirlər.
Bu qənaətə polisdəki xidmət təcrübəmdən gəlmişəm. Ailələrin başına gələn faciələrdə ,,qohum" əli olmağı nadir hal deyil. Xüsusən əmlak oğurluğu, soyqunçuluq, şərləmə, şantaj cinayətlərində dolayısı ilə qohum iştirakı müəyyən edilir. Yəni, məkirli qohumun ötürdüyü məlumatlar cinayət məqsədi güdən adamları istiqamətləndirir. Bəzi hallarda, məkirli qohum, ailəyədə ziyan vurmaq məqsədi ilə, özü, cinayətə, faciəyə gətirəcək kombinasiya qurur.
16 yaşlı şagird məktəb xətti ilə kollektivlə Moskvaya yola salınır. Bakıda qatara minərkən, onu yola salan, yaxın sayılan bir ,,qohum", cibinə bir əşya qoyur.
- Nədir bu? - soruşur uşaq.
- Bıcaqdı. Həmişə üstündə gəzdir. Qafqazlısan, Moskvaya gedirsən, ruslardan qorxma. Lotuluq eləyənin sox qarnına.
Mockva milisinin, parkda reyd zamanı uşağın üzərindən götürdüyü bıçaq soyuq silah hesab olunur: ülgüc hissəsinin
uzunluğu - 9.2 sm, tutacaq - 8 sm,kustar hazırlanması, kəsən hissənin fiksə olunub qatlanmaması. Bakı milisi vasitəsi ilə ailəyə məlumat verilir: övladınız Moskva şəhərində soyuq silahla saxlanılıb.
Sakit həyat sürən ailə düşür bəlaya. Ata dərhal çıxır yola. İki həftə Moskvada etdiyi xərc-borc, döyülməmiş dost-tanış qapısı qalmır. Bakıya qayıdanda xəbər tuturlar: uşağın anası infarktla xəstəxanadadır.
Ailənin yeganə oğluna ,,qohum" tərəfindən qurulan tələ belə nəticələnir...
Ən yaxınlarınız - ATA, ANA!
Eviniz, yaşayışınız, malınız, arzularınız, planlarınız - SİRRRRR...
Zahid Teymurov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.