АVROPA ELM BAŞBİLƏNLƏRİ KƏLDƏN AKKAD HÖKMDARI "ŞARKALİ" DÜZƏLDİRLƏR

7-11-2024, 17:14           
АVROPA ELM BAŞBİLƏNLƏRİ KƏLDƏN AKKAD HÖKMDARI "ŞARKALİ"  DÜZƏLDİRLƏR
Keçən əsrin əvvəllərində (1905) Oksford Universitetinin professoru olmuş fransız mənşəli Radu Hügo sahibləri tərəfindən qaranlıq tövlədə cins nəsil artırmaq üçün gecə-gündüz bəslədikləri aşağıda şəkli verilmiş kəldən (şəkil təkrardır) Akkadın 4 nəsil taxt sahiblərini qayırıb. O, hesab edib ki, Babildə basılmış ("nəşr edilmiş") bu gil lövhədə Babilin yuxarıdan aşağı son şah nəsilləri qeyd edilib.
Lövhənin ortasındakı yazıda bu hecalar biti edilib (yazılıb):
SHAR-KALİ-SHARRİ DA-NUM LUGAL A-GA-DEKİ İBE-ŞARRUM DUB-SAR ARAD-SU
Bu hecalardan Hüqo belə nəticə çıxarır:
"Divine Sharkalisharri, the mighty king of Agade, Ibni-Sharrum, the
Scribe his servant".

Yəni
“İlahi Şarkalişarri, Aqadenin qüdrətli padşahı, yazar İbni-Şarrum isə onun quludur (xidmətçisidir)”.
İndi qayıdaq bu məsələyə öz ağlımızla yanaşaq. Axı Azərbaycan Akademiyasında da ağıllı oğlanlar dissertasiyalar yazırlar. Deyək ki, onlardan heç biri mixi yazı görməyib. Bununla belə, qoyun özləri, elə sizlər də - özünüz deyin - həm də insafınan. Bu hecalarda hansı kəlmələr sizlərə tanışdır? Qorxmayın, deyin.
Mən, məsələn, hələ hecalardan cümlə düzəltmədən bir neçə Az. türk sözü görürəm:
SHAR - 1. ŞƏR (şər atmaq) 2. SƏR - baş, zirvə
KALİ - KƏLİ yəni şəkildəki KƏL - yönlük halında
İBE - İPƏ - ip (çatı, kəndir, sicim)
SHARRİ - SƏRİ (BAĞLA feili)
AGA - AĞA (müraciət kimi - ata, böyük qardaş və sahib)
AGADEKİ - AĞA TƏKİ
ARAD - ARAT - AXTAR - ARAMAQ, AXTARMAQ, ARXASINCA
GETMƏK, İZLƏMƏK
SU - SU (içdiyimiz su - tabloda qablardan şırıltıyla fontan vurur)
Sizin heç biriniz bunları görmürsünüz, товарищи академики, профессора, доценты ?
Görmürsünüzsə, üzürlər, deməli korafəhmisiniz ! Həkim kimi deyirəm. Sinonimi korazehindir ! Ədəbiyyatçı kimi deyirəm.
Deməli beləcə dananı laap çoxdan (hələ 1900-cü ildən) Dəclə-Fərat Çayqovşağında qurda verib, Altayda dana axtarırısınız. Ona görə dissertasiyalarız rus ədəbiyyatından köçürmələrdir. Unutduğumuz zəkalı ululardan bir mısqal zəka qalaydı kaş bizlərdə.
Deməli təkcə korafəhm deyilsiniz, həm də SƏMTİNİZİ İTİRMİSİNİZ!
Buna, tibbdə, DEZORİENTASİYA, KOORDİNASİYANIN və deməli VESTİBULYAR APARATININ POZĞUNLUĞU (bu hələ harasıdır) və Allah hamıdan uzaq eləsin, DİMENSİYA (DEMENTİA ing.) deyilir.
Deməli bizdə laap çoxdan AMNEZİYA - yaddaşın itirilməsi patologiyası var. Bunu heç birimiz dana bilmərik.
Dəy çox danlmayacam özümüzü, kütlüyümüzü, fəhmsizliyimizi, yaddaşsızlığımızı, biganəliyimizi, özündən müştəbehliyimizi, keçəcəm TABLODAKI yazının bizim TÜRKCƏDƏ açılışına:
Shar-kali-sharri da-num lugal a-ga-deki ibe-šarrum dub-sar arad-su
Modelləşdirmə:
Shar kali sharridan umlu qal aga deki ibe sharr um dubsar arad su
Azərbaycan Türkcəsində vergüldən asılı olıaraq iki cür açmaq olur:
I. Sar (Baş, burada Toxumluq) kəli sarıdan umlu qal (qayğı bəslə), ağadeki ibe (ipə) sərrumdübsə (sərilidirsə, bağlıdırsa), arad su (ardı-ard doyunca su ver).
II. Sar (Baş, Toxumluq) kəli sarıdan qayğılı qal, ağa deki. (İbe) Ipə sərrümdübsə, arad su.
Sən əgər yazda camışların üstünə atılacaq güclü KƏL hazırlamaq istəyirsənsə, onu ipdə saxla və bollu su ilə təmin elə...
Təcrübəli əski baytar həkiminin, daha dəqiqi, heyvan pəhrizi üzrə mütəxəssisin - zootexnikin məsləhətidir gil lövhəyə qazılanlar.
Bol su isə lövhənin özündən "fontan vurur". Onu görməlisiniz.
***
İnsafınan deyin - Gecə-gündüz ipdə yemləndirilib hər cürə bəslənildiyindən eləədi "Brrov brrov!!" deyən əzələli, iri xayalı KƏL niyə Akkadın çar dinastiyası, ona su verən elə özü kələ bənzəyən həcəməti açıq, saqqallı, əzələli sahibi - kəndçi isə onun həm yazarı (qeyd götürəni), həmi də qulu, qulluqçusu olsun?
***
Belə yazıları oxuyub, Radu Hüqonun zəkası ilə fəxr edəndə, heç özünüzə sual vermisinizmi, ey mənim kitablarıma çox pis mənfi rəy yazan Akademiyanın ədəbiyyatşünas prezidenti - onun yaratdığı komissiya üzvləri ??????
Hələ orda-bura fəxrnən də təşər-təşər danışırsınız:
"Müəllifi elə ağlar günə qoyduq ki, bundan sonra dəy bir adam u 1300 səhifəlik ikicildliyə müraciət etməyə cürət etməz !"
Eyb etməz: Mənim özüm diri ikən yetirib sizləri mənən ağlar günə qoyammasam da, inanın ki, KİTABLARIM hamınızı ağladacaq. Buna əmin ola bilərsiniz ! O zaman sağ qalsaz gələcək gənc nəsillərimiz yumşaq desəm- sizi qınayacaqlar...
Rəy yazdığınız əsəri heç olmasa səhifələyin dəəə. Oxumamağınız cəhənnəm !..
___________________________
Akademiya prezidentinin rəhbərliyi ilə keşirilmiş iclasda 37-çi il REPRESSİYASINA məruz qoyulmuş kitablarım rus dilindəki sonuncu iki cildliyimdir - yuxarıdan sonuncular - Генезис Тюрка и Тюркского Языка. На Основе Клинописи, Бишкек 2017; Нью Йорк-Санкт Петербург 2018; Баку 2019.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.