İTALİYALI BAKUVİ KİMDİR ???
11-11-2024, 17:47
Bakı yalnız ölkəmizin paytaxtının adı deyildir, qədim bir prototürk nəslinin adıdır. Onlar Troyanın süqutundan qabaq e.ö.ll minilliyin əvvəllərində Orta Anadoluda yaşayırdılar. Assur, Akat, Xett mixiyazılı mətnlərində onların adı Bakulu və Bakilər formasında yazıya alınmışdır. Troyanın süqutundan e.ö.1334-cü ildən sonra Bakılıların bir hissəsi Ön Asiyada qalmış, bir hissəsi cənub-qərdi Avropaya köçüb getmişdir. Latınlar gələndən sonra etrusklar kimi onlar da məğlub olub tədricən öz dillərini unutdular, ancaq etnik kimliklərini unutmadılar, Bakuvi soyadını qoruyub saxladılar. Yunan və latın tarixçilərinin əsərlərində onların soyadı Pakuvius formasındadır. İtaliyanın Roma dövrü şairi Mark Bakuvi əslən bizim Bakı nəslindəndir. O, e.ö.220-ci ildə Brundizi şəhərində anadan olmuş, e.ö.130-cu ildə 90 yaşında vəfat etmişdir. Bu barədə ilk olaraq Mark Terensi Varron (e.ö.116-e.ö.27) "Di linqua latina" əsərində məlumat vermişdir. Mark Bakuvinin dövrümüzədək 12 faciəsi gəlib çatmışdır. Antik çağın görkəmli elm və dövlət xadimi Siseron Titiy Mark Bakuvini Roma dövrünün böyük şairi adlandırır. Mark Bakuvi şair olmaqla yanaşı gözəl rəssam idi. Onun çəkdiyi bir çəkil Herakl məbədindən tapılmışdır və bugünədək qalereyada saxlanır. Avropa ölkələrində, qonşu Gürcüstanda belə elmi nəticələrə görə alimlərə dəyər verirlər. Mənim bu mövzuda məqaləm 16 il qabaq rəhmətlik akademik Vasim Məmmədəliyevin rəyi ilə AMEA-nın Məruzələrində çap olunub. Ancaq indiyədək ona 16 qəpiklik dəyər verən yoxdur.
İlhami Cəfərsoy,
Tarixçi Alim.
TEREF