Dünyanın heliosentrik sistemini ilk dəfə Aristarx təklif etmişdir

13-11-2024, 09:54           
Dünyanın heliosentrik sistemini ilk dəfə Aristarx təklif etmişdir
Samoslu Aristarx eramızdan əvvəl III əsrdə yaşamış qədim yunan astronomu, riyaziyyatçısı və filosofu olmuşdur. Egey dənizinin şərqindəki Samos adasında doğulduğu, təxminən e.ə. 310-230-cu illərdə yaşadığı məlumdur.
Dünyanın heliosentrik sistemini ilk dəfə Aristarx təklif etmişdir. O hesab edirdi ki, ulduzlar və Günəş hərəkətsiz qalır, Yer isə Günəş ətrafında dairəvi şəkildə fırlanır, Günəş öz orbitinin mərkəzindədir. Aristarx Yerin öz oxu ətrafında fırlanmasını söyləmişdi.
Günümüzə qədər salamat qalmış “Günəşin və Ayın ölçüləri və onlara olan məsafələr haqqında” adlı traktatında Aristarx Günəş və Aya olan nisbi məsafələri hesablamaq üçün həndəsi üsul təklif etmişdi…

Bu Samos adası nə adaymış belə?
Qədim mədəniyyətin bir sıra böyük şəxsiyyətlərinin doğulduğu yerdir Samos adası.
Dünya sivilizasiyana filosoflar Samoslu Melis və Epikur, riyaziyyatçı Pifaqor, astronomlar Aristill və Aristarx kimi nəhəng insanlar vermişdir bu ada.
https://t.me/ibrahim_nebioglu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru