Çingiz xanin fəthi və “Səlcuqlu xəstəliyi...” 3 hissə
10-10-2016, 00:48
Məlikşah dövründə daha geniş səlahiyyətlər əldə edən Nizamülmülk İran-fars Sasanilərə məxsus mərkəzləşdirilmiş bir dövlət sistemi qurdu və dövlətin, demək olar, bütün valiləri öz soyuna yaxın adamlar idi (Osman Turan. Yenə orada s.140).
12 oğlu, çoxlu kürəkəni, qohum-əqrabası və s. hamısı vəzifələrə yerləşdirilmişdi. O, Səlcuqların türk xatunla¬rının işə qarışa bilməsindən qorxaraq Məlikşaha onların dövlət işlərinə qarışmalarını yasaqlayan fərman imzalatdı. Çünki bu dövlətin əsl sahibləri, ərsəyə gətirdikləri dövlətin meyvəsini farslara qapdırmışdılar.
Nizamülmülk bu barədə yazırdı: “Doğrudur, türkmən-lərdən qanıqaralıq əmələ gəlmişdir, lakin onların sayları çoxdur. Bu dövlətin boynunda onların haqqı vardır, çünki dövlətin yaranmasında böyük xidmətlər göstərmiş, əziy-yətlərə dözmüşlər, qohumluqları çatır”. Bütün bu sadala-nanlara görə türkmənlərdən min nəfəri qulam kimi işə götürməyi vacib bilən vəzir yazır: “Qəlblərində olan kin soyuyub getsin. Ehtiyac olduqda xidmətdə olanlardan beş min, on min ayırıb ata mindirməli, qulamlar kimi əllərinə silah verməli, əyinlərinə əlbisə geydirilməlidir ki, bu döv-lətdən onların da payına bir şey düşsün” (Nizamülmülk “Siyasətnamə” Bakı 1987 s.98).
Türkün malınqan türkə düşən pay, Səlcuqluların anti¬türk bir xanədan olduğunu tam sübut edir. Ona məxsus olan “Siyasətnamə” əsərində ən yaxşı işlər Sasani kafir¬lə¬rinin adıyla, ən iyrənc hadisələr isə türklərin adıyla təqdim olunur. Firdovsi-fars millətçiliyinin ideologiyası türkün qılıncıyla həyata keçirilir və nə yazıqlar olsun ki, bu bəla-dan bu gün də qurtula bilmirik.
Günümüzdə də aktuallığını itirməyən sünni-şiə qarşı-durmasının təməlini də Nizamülmülk qoyub. Rafizi adını şiəliklə eyniləşdirən, ələviliyi bədəvi ərəblərin yürüşüylə eyniləşdirən ilk müəllif də Nizamülmülkdür. Heç bir mənbəyə istinad etmədən rəvayətlər uydururdu: “Müşəttəb dedi: “Üm Səlma (Peyğəmbərin (s.ə.s) ikinci arvadı – müəl.) rəvayət edir: “Bir gün (Peyğəmbər (s.ə.s) mənim yanımda idi. Fatimə, Əli (Allah hər ikisindən razı olsun) ilə onun yanına gəldilər. Bir şey soruşmaq istəyirdilər ki, Peyğəmbər (s.ə.s) başını qalxızıb dedi: “Ya Əli, təbrik edirəm. Sən və sənin əyalın behiştə gedəcəksiniz. Ancaq səndən sonra rafizi adlanan tayfa əmələ gələcəkdir, onlar kafirdirlər, rast gəlsən, öldür”. Əli (ə) dedi: “Ya Rəsulul-lah, onların əlaməti necədir? Peyğəmbər (s.ə.s) dedi: “Cümə namazına gəlməz, camaat namazına durmazlar. Sələflər haqqında pis danışarlar” (“Siyasətnamə” s.32).
Burada bir neçə yanlışlıq göz önündədir. Birincisi, rafizilər peyğəmbər (s.ə.s) dövründə var idi. Onlar pey-ğəmbərin (s.ə.s) oğulsuzluğuna, sonsuzluğuna lağ edər¬dilər. İkincisi, “Səndən sonra gələcək bir tayfanı indi necə öldürmək olar?”. Üçüncüsü isə sələf dedikdə Əhli-Beyt nəzərdə tutulduğu aydındır. O, sadəcə sonrakı bölümlərdə şiəliyi rafizi adlandırmaq üçün zəmin hazırlayır. Türkün gücünə “sahib çıxan” bu fars millətçisi şiəliyi xəvaric, ra-fizi, dindən çıxmış və s. adlandırır.
Bu faktları sadalamaqda məqsədim türkçülüyün bu cür xəstəliyini “yaradan” şəxsin dərindən tanınmasını istəmə-yimdir. Ümumiyyətlə, əsasən türkləri “İblis uşaqları” adı ilə tanıdan Nizamülmülk yazır: “Dünya hökmdarı onların tamaşalarından (Aşuranı nəzərdə tutur – müəl.) vergi aldı-ğından, onlar şahı tərifləyib şirnikləndirmiş, onu pula hə¬ris etmiş (Məlikşahı nəzərdə tutur – müəl.), məni qərəzçi kimi qələmə vermişlər. Ona görə də mənim nəsihətim bu vəziyyətdə ürəyə yata bilməz... Lakin indi bu barədə de-diklərimin qəbul edilmədiyini gördüyümdən təkrar etməyi lazım bilmədim” (Onun həyasızlığına diqqət yetirin. Bu-rada üstəlik başqa bir fars müəllifin yazdığı “İsfahanı" oxumağı məsləhət görür. Bu əsər də şiəlik əleyhinə olan əsərdir – müəl.) (“Siyasətnamə” s.158).
Artıq Səlcuqlu xanədanında, xüsusən Türkan xatunun inadkarcasına Nizamülmülkün oğruluqlarını, törətdiyi qa-nunsuzluqları, fars millətçiliyini və əxlaqsızlığı son həddə olduğunu bilərək hesab verməsini istəyirdi. Onun hüdud-suz səlahiyyət sahibi olmasını Məlikşah Sultanın göndər-diyi adamlara verdiyi cavabdan da görünür: “Məgər Sul¬tan bilmir ki, mən onun şərikiyəm. O, bu mərtəbəyə mənim tədbirlərimlə çatıbdır. Yadında deyilmi Sultan Alp-Arslan öldürüldükdə mən qoşunları və əmirləri toplayıb Ceyhun çayını keçdim. Onun üçün şəhərlər almış, Şərq və Qərb ölkələrini fəth etmişəm. Deyiniz ki, o tac bu qələmə-da¬vaata bağlıdır. Bu qələm-davaatı alsan, o tacı da ondan alarlar” (“Tərcümeyi-hali vəzir” s. 17).
Səlcuqların dövlətçilik ənənəsinin olmaması səbəbin¬dən Nizamülmülk istədiyi kimi istifadə etmişdir. Bir za¬manlar Nizamülmülkü yoxlamaq üçün işə başlayan, vergi¬lərdə əskikləri müəyyən edən Həsən Sabbahı hiyləylə ləkələmiş və o da qaçmağa məcbur olmuşdu. Həsən Sab¬bah baş qalxızanda Nizamülmülk inadla Sultandan Həsən Sabbahı aradan götürməyə təhrik etsə də, Sultan ona mək¬tub yazdı: “Sən özündən yeni din icad edibsən, avam dağ¬lıları yoldan çıxarıb Abbasi xəlifələrini ələ salır, adamları öldürtdürür, ölkədə qarışıqlıq yaradırsan. Təriqətdən əl çək, əsl İslam yoluna qayıt. Əks təqdirdə qalanı yerlə-yeksan edib sakinlərini qılıncdan keçirərəm”.
Həsən Sabbah Ələmut qalasından cavab yazdı: “Heç bir din icad etməmişəm. Əsl müsəlmanam. Abbasilərə gə-lincə, onları devirib Bağdaddan qovmaq gərəkdir. Çünki onlar xəlifəliyi zəbt etmişlər. Əsl xəlifələr Fatimilərdir. Ölkədəki qarışıqlıq, adamların öldürülməsi isə camaatın narazılığındandır. Onun da səbəbkarı vəzir Nizamülmülk-dür. Bunların hər ikisini aradan qalxız. Əks halda bir baş-qası meydana çıxıb bu vəzifəni yerinə yetirə bilər” (Osman Turan “Selcuklar tarihi ve türk-islam medeniyyeti”. Ankara 1965 səh.227).
Həsən Sabbahı daha yaxşı tanımaq gərəkdir. O, Ələmut qalasının sahibi idi. Ən sonda Qızılbaşlar öz Bilgi Evlərini Ələmutda yaratdılar. Onlara məxsus bilgi evlərini ilk dəfə 415 ci ildə İsgəndəriyyə kitabxanasında romalılar, ən son isə Bağdadda qurulan evi Həllac Mənsurun qətlindən son¬ra ərəblər yandırdılar. Çünki Türk-Qızılbaşlıq dini görüş¬ləri, onun dini kitabı olan “Varlıq” həm xristianlıqla, həm də islamla rəqabət aparacaq gücdə idi.
Qızılbaşlar Fatimilərdən ayrılıb Ələmuta toplandılar. Ona görə Nizamülmülk bu qalanın dağıdılmasına can atır-dı. O, səlcuqluların ərəb sevgilərini, sünni ərəblərin sabi¬ilik (ərəblər Qızılbaşlığı belə adlandırırdılar) dediyi və mübarizə apardıqları bu topluma qarşı yönləndirməyə çalışırdı...
Xaqani Rzaquliyev
Ardı var
teref.az