Müşkünaz Cavid xanım yazır....

Dünən, 15:54           
Müşkünaz Cavid xanım yazır....
Qızıl fondumuzdan xatirələr......

1934 cü iilərin ortaları.Cavidin "Xəyyam" üzərində işlədiyi gərgin vaxtlar idi. Bir gün axşam harasa qonaq gedəcəkdik. Məni çağırıb " Sən hazırlaş,mən də o vaxta qədər bir balaca cızma-qarama baxım sonra gedək" dedi. Adətinə görə işlərkən qəhvəni xoşladığına görə bir fincan qəhvə hazırladım,masasının üstünə qoyub getmək üçün hazırlaşmağa başladım. Mən hazırlaşdım...Cavid çox gərgin halda işləyirdi. Onun qaşları çatılmışdı.Hərdən öz-özünə dodaqaltı danışırdı. Ona mane olmaq insafdan deyildi. Mən bir tərəfə çəkilib əlimə bir kitab alıb oxumağa başladım.Saatlar gəlib keçirdi...İşlədiyi vaxt arada bir durub gəzişərdi,amma bu dəfə bir dəfə də olsun yerindən qalxmadı. O elə həvəslə işləyirdi ki ,narahat etməyə qıymadım. Yazı masasının üstündəki qara metaldan olan cib saatına baxdım.Saat 10 idi. Biz qonaqlığa düz dörd saat gecikmişdik. O isə hələ də işləyirdi. Bir qədərdən sonra ( deyəsən çox yorulmuşdu) ,yerindən qalxdı,üzünü mənə tutub dedi"Hə hazırsanmı, gedək" Mən dinmədim.Onun gözü birdən saatına sataşdı."Baho saat 11-in yarısıdır ki...Gör biz nə qədər gecikmişik.Demə 4 saat yarımdır ki,mən birnəfəsə işləyirəm" Sonra birdən yarızarafat ,yarıciddi dedi" Axı sən niyə məni işdən ayırmadın?saatlarla geyimli-keçimli oturub məni gözləyirsən. Heç sözə baxan deyilsən Sən mənə yaxşı dərs verdin. Daha sənə etibarım yoxdur.Sənin ipinləquyuya düşmək olmaz.Yaxşıca özünü mənə borclu elədin.Bu gündən belə bir zəngli saat alacam.Belə işlər olanda saatı özüm quracam.Saat ki məni işdən ayırmaq haqqında götür-qoy etməyəcək. O insafsız işin lap şıdırğə vaxtında zəngini vuracaq"..Cavid birdən bayaqdan içilməmiş qəhvə fincanını gördü və təəssüflə dedi.....Mən qəhvəmi də içməmişəm ki......
Jale Jafarova
TEREF














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.