Yəhudi nasist Eyxman və Qarabağ cinayətkarları.

27-01-2025, 12:04           
Yəhudi nasist Eyxman və Qarabağ cinayətkarları.
Ucqar Hövsan Olimpiya İdman Kompleksi Qarabağda həbs olunmuş erməni cinayətkarlarının məhkəməsinə şahidlik edir. Təbii ki, bu mənim üçün də maraqlıdir. Necə maraqlı olmasın ki, məhkəmə mənim evimdən çox az məsafədə yerləşir.

Bildiyiniz kimi Azərbaycanda ölüm hökmü ləğv olunub və çox güman ki, onlar da ən yaxşı halda ömürlük həbsə atılacaqlar. ABŞ kimi ölkədə ölüm hökmünün qüvvədə olduğu yerdə Azərbaycanda da ölüm hökmümün bərpasına ehtiyac var. Bir günlük olsa da !! Onlar qərarları ilə minlərlə azərbaycanlının həyatına son qoymuş cinayətkarlardır.!!
Tarixdə ibrətamiz bir hadisə olub. Nasistlərə xidmət etmiş yəhudi cinayətkar Eyxmanın 1959-cu ildə Arqentinada yeri müəyyənləşdikdən sonra İsrailin "Mossad" əməliyyatçıları müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdən Argentinaya gəlirlər.. O vaxt onun ələkeçirmə əməliyyayı 20 saniyədən bir qədər çox çəkmişdi.
Və nəhayət, Eyxman 1962-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ramla həbsxanasında asılaraq edam edilir. Qeyd edim ki, bu məhkəmənin hökmü ilə İsraildə baş tutan ikinci və son ölüm cəzasıdır. Ən maraqlı olan isə İsrail cinayət qanun vericiliyində ölüm hökmünün olmaması üzündən bir günlüyə edam qərarını qanunvericilikdə təsdiq etdikdən sonra edam hökmü icra olunmasıdır. Edamdan dərhal sonra yenidən edam hökmü qüvvəyə mindirilir.
Baba Allahnəzərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru