ETRUSKLARIN QALLARLA (QƏDİM FRANSIZLARLA) MÜHARİBƏ SƏHNƏSİ

28-01-2025, 09:54           
ETRUSKLARIN QALLARLA (QƏDİM FRANSIZLARLA) MÜHARİBƏ SƏHNƏSİ
Təqribən 2800-3000 il bundan qabaq Etrusklar indiki Florensiyada məskunlaşanda, İtaliyanı Avropadan ayıran şimali ALP dağları silsiləsinın cənub ətəklərində Sammitlərin, Raetiklərin, Ligurianların, Veneti və ya Venetçilərin və Seltik adlanan Galların adlarını çəkir tarix. Qall adlananlar indiki fransızların əcdadları idilər.
Kiminsə nəşinin kül qabı (urnası) olmuş bu terrakotta üstündəki döyüş səhnəsi də etrusklarla qonşu qalların (seltiklərin) müharibəsinin əks-sədasıdır.

Səthdəki yazılı xətdə, görünür, 4 söz olub. Üçü rahat oxunur. Ağ çərçivəyə aldığım yer sanki qəsdən qaşınıb tökülüb. Orada cızıılmış söz oxunmur. Kontekstdən bərpası mümkündür. Qalanları belədir:
LARO IURTNI SURCV ... ???
Belə modelləşdirmək olur:
LARO YURT[U]Nİ SURC[E]V ?..
LARO - Yurd sahibinin adıdır yəqin;
İURTNİ - şübhəsiz - YURTUNİ - YURDUNU`dur, ölkəsi deyək;
SURÇV - SÜRC-dür - unutmaq, biganəlik-, laqeyidlik göstərmək
..................deməkdir.
Odur ki, cümlə belə bərpa edilir və anlanılır:
LARO YURT[U]Nİ SURC[E]V ?.. yəni
LARO YURDUNA BİGANƏLİK GÖSTƏRDİYİNDƏN və ya
LARO YURDUNU UNUTDUĞUNDAN...
Tamlıqda isə:
LARONUN LAQEYİDLİYİ UCBATINDAN YURDUNA [HÜCUM OLUNDU].
İng.:
DUE TO LARO`S NEGLECT, HIS COUNTRY [WAS ATTACKED].)
Rus.:
ИЗ-ЗА НЕБРЕЖНОСТИ ЛАРО, ЕГО СТРАНА [ПОДВЕРГСЯ АТАКE]
***
Həqiqətən də LARO fransız adıdır. O fransızca "roche" (roş), (ingiliscə rock) sözündən götürülüb, mənası "qaya"dır və bu cür adı daşıyan adam;n yaxınlığında yaşadığı görkəmli qayadan aldığı yazılır.
Və əgər ədəbiyyatın yazdığı kimi, "pannoda", etruskla qallın müharibəsi əksini tapıbsa, mətnin dediyindən belə güman etmək olar ki, şəkildəki yıxılanlar qallar, qalib gələn tərəf əksəri süvarilər olmuş bizim Etrusklardır.
_____________________
Xəritə dediyim dövrlərdə Apennin yarımadasının etnik tərkibini əks etdirir.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.