26 yanvar böyük ingilis alimi Edvard Jennerin vəfatı günüdür.
30-01-2025, 09:54

Qara çiçək (natural Ospa) xəstəliyinin əlacının tapılmasında bir çox alimlərin rolu olsa da, ən böyük rol oynamış şəxs Edvard Jenner hesab edilir
Xatırladırıq ki, qara çiçək xəstəliyi tarixin ən dəhşətli xəstəlikləri arasında 2-ci yerdə olub, tarix boyu yüz milyonlarla adamın həyatına son qoymuşdur
BU SƏSTƏLİKDƏN HƏLƏ 20-Cİ ƏSRDƏ AVROPADA 300 MİLYONDAN ÇOX ADAM ÖLÜB
Hətta cəmi 70 il əvvəl bu xəstəlikdən milyonlarla adam ölürdü
17-ci əsrdən bəri hər il Avropada orta hesabla 1,5 milyon adam bu xəstəlikdən ölürdü
(Nisbətən isti ölkələrdə bu xəstəlik daha çox yayılsa da, ölənlərin sayı haqda dəqiq məlumat yoxdur)
Məhz Edvard Jennerin kəşf etdiyi metodla (peyvənd metodu) qara çiçək xəstəliyinə qalib gəlmək mümkün oldu
1979-cu ildə bu xəstəliyə sonuncu yoluxma hadisəsi baş verdi... Və artıq 45 ildir ki, Yer üzündə belə bir xəstəlik yoxdur
Buna görə biz ilk növbədə Edvard Jennerə borcluyuq
Düşünürəm ki, bu böyük alim olmasaydı bizim bəzilərimiz indi həyatda yox idik
Mən bütün oxucuları bu dahi insanı xatırlayıb, hörmətlə yad etməyə dəvət edirəm
VƏ SONDA:
Edvard Jenner ingilis idi... Xristian ailədə doğulmuşdu
Amma onun əməyi bütün insanları, o cümlədən biz müsəlmanları da ölümdən xilas etdi
Heç olmasa bu cür faktları yada salıb, başqa dinlərə nifrət etməyi tərgidək.
Etibar Bayramli
TEREF