"Deyirdi ki, Ənvər Bəy Türk dünyasının xəritəsidir"
Dünən, 17:58
Bu bizik?!
2021-ci ilin 28-yanvar günündə eşitdiyimiz acı xəbər bir göz qırpımında Azərbaycanı da aşaraq bütün Türk dünyasını dolaşdı. Həmin gün Türk dünyası, Qafqaz və Orta Şərqin ictimai, siyasi, mədəni və sosial həyatını araşdıran yazıları ilə tanınan jurnalist, romantik turançı Ənvər Börüsoy ağ ciyər xərçəngindən vəfat etmişdi.
Parçalanmış Turan ellərinin birliyi üçün ömrünü, sağlamlığını qurban verən bir fədai, şəhid həyatı yaşadı Ənvər bəy...
İndi fikirləşirsən ki, bu cılız bədənlə nə qədər böyük işlər görüb Ənvər...Milli azadlıq hərakatının ən ilk günlərindən mübarizə atılan Ənvər Bəy ömrünün sonuna kimi şərəfli bir ömür sürdü. Lakin ömrünün sonuna kimi heç vaxt siyasi prinsiplərinə zidd getmədi. Ləyaqətlə yaşadı. Kasıb yaşadı. Kişi kmi yaşadı...Və heç kimə də əl açmadı. Türk dünyasının fədailərindən biri olmaqla , milli varlığımızın qorunması yolunda yorulmadan mücadilə apardı
1992 -ci ilin əvvəlindən Azərbaycanda ilk dəfə "Bozqurd " qəzetini də cap etdirməklə, milli - ideoloji yöndə təbliğat mexanizmini qurmağa çalışırdı.. Ənvər bəyin adı gələndə İsgəndər Bəy Həmidovun bu sözləri yadıma düşdü: "Deyirdi ki, Ənvər Bəy Türk dünyasının xəritəsidir"
Ənvər Börüsoy bütün yazılarında Azərbaycan dövlətçiliyini və milli maraqları üstün səviyyəyə qaldırmış, Türk millətlərinin birlik konsepsiyasını ortaya qoymuşdu.
...Elçibəyçi idi Ənvər bəy və tez-tez də deyərdi ki, "Kim siyasi meyit olduğunu gizlətmək istəyirsə, Elçibəyə qarşı hədyanları gündəmə gətirir. Onlar qılaflanmış üzlərini gizlətmək üçün Azərbaycan Milli Davasının lideri Əbülfəz Elçibəyə qarşı çamurlar atırlar."
Uşaqlığından çox çətinliklərlə rastlaşdı. Sonda Onun həyatda nə ana -atası, nə bacı -qardası da yox idi ki, ona ağlaya...Həyat onu uşaq evi, Internat, rəssamlıq məktəbi, Institut və qaynar həyat, millətinə vətəninə təmənnasız xidmət kimi yollardan keçirtdi...
Onun yoxluğu və vəfat etdiyi gün mənim üçün ən kədərli gün idi. Həmin gün məzarın üstündə ağlayan anası bacı olmasa da, onu anan, sevən yüzlərlə insanın göz yaşlarına səbəb oldu...həmin gün bütün Türk Dünyasında tanıyanlar kədərə bürünmüşdü.
O, Turanı -türk ellərini isə ayaq -ayaq gəzdi. Canlı ensiklopediya kimi tanındı, Boz Qurd kimi sevildi.
Tanrı ruhunu oxşasın, yerini uca qılsın, Yalnız Qurt !!
Sözardı: Onunla bağlı xatirələrim o qədərdir ki...Dost idik...Bir tərəfdən də həyat yoldaşının mənim sinif yoldaşım olmağım bizi daha yaxın edirdi...Tez -tez yazılarına münasibətimi soruşurdu. Bir dəfə Bakıda keçirilən Avropa İslam Oyunları zamanı mənə yazdı ki, "Yəqin ki, İslam oyunlarında birincilik əldə edənlərə ev-maşın yox, Cənnətə vəsiqə verəcəklər"
Mən də cavabımda yazdım ki. "bunu Cənnət xala bilər "
Xeyli gülüşdük və sonra nədənsə belə bir cavab yazdı :"Exx..Baba Льву наплевать на то, что думает о нем овца!"
Baba Allahnəzərov
TEREF