Sara Aşubəyli 119

Bu gün, 10:04           
Sara Aşubəyli 119
Bu bizik?!
Aşur xan Avşar, İsa bəy Aşurbəyov, Nabat xanım Aşurbəyova, Hacı Əjdər bəy Aşurbəyov, Teymur bəy Aşurbəyov, Bala bəy Aşurbəyov, İsgəndər bəy Aşurbəyov, İqor aşurbəyli.... və Sara xanım Aşurbəyli...
Atatürk deyirdi ki, "türk tarix yaratdı, amma tarix yazmadı" Amma bir şey də var ki, "insanlar öz tarixlərini yazmasa başqaları bunu öz bildiyi kimi yazacaq" O başqa şeydir ki, "tarixdən öyrənməyənlər, onu təkrar etməyə məhkumdurlar".Təbii ki, "hərə öz zəmanəsində oturub tarix yaza bilməz: bütün ruhu ilə keçmişə köçmək, dövrün ab-havsına bələd omaq, indiyə keçmişlə birgə qayıtmaq"hər tarixçinin işi deyil.
"Tarixi olmayan ölkə ölü hökumətdir" Amma bir Azərbaycan qadın tarixçisi çıxdı ki, xalqının tarixini təkbaşına yazmağa çalışdı, ölməyə qoymadı. Bax, bu gün Azərbaycan tarixi ölməyə qoymayan, tarixçinin Aşubəylilər nəslinin görkəmli nümayəndəsi, tarix elmləri doktoru, milyonçu qızı Sara Balabəy qızı Aşurbəyli doğum günüdür.
Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakıda, Zərdab küçəsi (indiki Vidadi küçəsi, 148) ünvanında yerləşən, məşhur memar İosif Qoslavskinin layihəsi əsasında 1904-cü ildə inşa edilmiş möhtəşəm bir malikanədə anadan olub. Atası neft sənayeçisi və xeyriyyəçi Bala bəy Aşurbəyov, anası isə İsmət xanım idi. Bakının neft sənayeçilərindən olan Bala bəy Aşurbəyli milyonçu Teymur bəy Aşurbəyovun oğlu idi. Aşurbəyli türk-qızılbaş tayfalarından olan Əfşar boyundan olan Aşurbəyovlar nəslinə mənsub idi və Aşur xan Əfşarın soyundan gəlirdi

Sara xanım insan kimi, tarixçi kimi haqqında çox danışmaq olar Amma məncə onun mənəvi keyfiyyətlərini irsi hal hesab etmək lazımdır. Bu nəslin xeyriyyəçiliyindən danışdıqca onların sonradan acınacaqlı taleyə düşdüklərini də unutmaq olmaz. Belə götürəndə böyük insanların faciəli, lakin həm də qürurverici şəxsi həyat və yaradıcılıqları ilə məlumat toplayıb tanış olmaq, bütün bunları özündə hiss etmək çox ağırdır. Aşurbəyovlar nəslinin görkəmli nümayəndəsi olub tariximizi bizə tanıdan Sara Aşurbəyov haqqında yazanda da bu hissləri yaşadım...Çox çətindir...
Sara xanımın atası Balabəy Aşurbəyli milyomçu olmaqla bərabər olduqca ziyalı insan olub. Tiflisdə rus gimnaziyasını bitirib iqtisad yönümlü kurs keçmişdi. O səbəbdən də Azərbaycanda bütün sahibkarlıq işlərinə şəxsən özü nəzarət edirdi. Nobellərə icarəyə heç nəyini verməzdi. Tağıyev qədər mesenat idi.
Bolşeviklərin işğalı...Milyonçular qarət olunurdu, öldürülürdü. O vaxt gənc Sara xanım xatirələrində öz iqamətgahlarından qovulmasını belə xatırlayır: "Atam Məşədi bəy Əzizbəyova külli miqdarda pul borc vermişdi. Bunu borc saymaq olmaz. Çünki müddətin keçməsinə baxmayaraq, verilən pul geri istənilmirdi. Əzizbəyov da qaytarmırdı. Bizi iqamətgahımızdan qovanda Məşədi bəy Əzizbəyovun oğlu evimizi müsadirə edəndə qarşısındakının kim olduğunu yaxşı bilirdi. O bilirdi ki, biz onun atasına külli miqdarda pul yardımı edən kişinin qızlarıyıq. Amma bütün bunlara rəğmən öz kobud, təhqiramiz rəftarı ilə bizi alçaltmaqdan belə çəkinmir, bu tərzdə "təşəkkürünü" bildirirdi. Pal-paltarımızı pəncərədən yerə atdırırdı. Ona "Mən bir şərtlə çıxaram ki, heç olmasa birotaqlı mənzil verilsin", dedim.
Onlar isə mənə nəm, qaranlıq, rütubətli zirzəmini təklif etdilər. "Mən belə yerlərdə yaşamağa öyrəşməmişəm" deyib onlardan uzaqlaşdım. Həyatımda növbəti xəyanət ilə üz-üzə qaldım".
Sara xanım hətda sonralar Elmlər Akademiyasında olanda da bayaq yuxarıda qeyd etdiyim müstəqilliyin dadını bilməyən, müstəmləkəçiliyi alqışlayan, canı, qanı bizdən olub, düşüncəsi bizdən olmayanlar tərəfindən də günahlandırılırdı...
O, "Sən vətən xaininin qızısan", "Buna bax, tarix yazmaq istəyir", "Qanı təmiz olmayanlar tarix yaza bilməz" hiddətli kəlmələri önündə zadəgan təmkini, zadəgan sükutu nümayiş etdirsə də, tarix elmləri doktoru, şərqşünas Ziya Bünyadovun bu mənzərəni görüncə hayqırması "Siz nə edirsiniz, bu xanım böyük tarixçi alimdir" sözlərinin önündə özünü saxlaya bilməyib ağlayaraq zalı tərk etməsi bu gün də şahidlərin dilidən düşmür....
Sara xanımın evlilyi də ağrılıdır. O, "Azərbaycanın alim qadınları" adlı dərgiyə müsahibəsində o günləri belə xatırlayırdı: “Qayınanam dul qadın idi, elçiliyə gələndə ondan soruşmuşdular ki, "ay xanım, niyə oğlunu vaxtilə zəngin olan birinin qızı ilə evləndirirsən, başına iş açacaqsan". O, bu sözlərdən qorxmuşdu, amma tale və könül qarşısında dura bilməmişdi.
1918-ci ildəki məlum hadisələr bu ailədən də yan keçmir və öncә qardaşı Әli bәy, sonra isә Balabәy özü һәbs olunur. Qısa müddətdə ata və anasını itirir.

Əslində Sara xanım Aşurbəyli XX əsrin inqilabdan əvvəlki, sovet və postsovet dövrlərindəki Azərbaycan qadınının yeni obrazının təcəssümü idi desəm yanılmaram. Təsəvvür edin ki, "Bu dəfə mənim ucbatımdan 1938-ci ilin fevralında həyat yoldaşımı həbs etdilər. Xəstə anamla birlikdə 5 bacı təkbaşına qaldıq "deyən və" İş üçün hara müraciət etdimsə, açıq şəkildə “sənə tarixçi kimi iş verməyəcəyik” sözlərini eşidib "Başa düşdüm ki, sevdiyim tarix sahəsində işləyə bilməyəcəyəm” qənaətinə gələn Sara xanım hansı dözümə malik idi...
Ziya Bünyadov ona "Napoleon ürəkli qadın" adını vermişdi...Bu həqiqətən belə idi: bütün çətinliklrə rəğmən O, uzun müddət sürgündə olan həyat yoldaşını gözləyir...Amma Sara Aşurbəyli elə digər bacıları kimi xoşbəxt qadın deyildi. Bəli, ətraflarında olan bütün kişilər "vətən xaini" nəsli olduqları üçün ona və yaxınlarına yaxınlaşmırdı. Hətda bircəciyin belə bu cəsarətə gücü çatmamışdı.
Nəhayət, o gün gəlib çatır. Həyat yoldaşı Mövsüm Salamov sürgündən qayıdır. Amma Sara xanım üçün nə yazıq ki, tək qayıtmır. "Sara, tanış ol, həyat yoldaşımdır" söyləyəndə Sara xanım məğrurcasına, "Xoşbəxt olun" deyərək zərrə qədər məyusluğunu hiss etdirmədən onlardan uzaqlaşır. Bu dəfə o, yenidən, ona qollarını açan elmə, kitablarına doğru tələsir. Mövsüm Salamov isə sonralar hətda Şirvanşahlar
sarayına direktor da təyin olunur. Gətirdiyi xanımla xoşbəxt olmayan Mövsüm bəyin Sara xanımla yenidən evlənməsi bir neçə dəfə gündəmə gəlsə də Sara xanım qəti şəkildə etiraz edir.
Bundan başqa onun Türkiyədə olarkən Əlimərdn bəy Topçubaşovun oğlu Rəşidlə evlənmək məsələsi də olub. Lakin Sara xanımın anası buna razı olmayaraq Bakıya qayıdacaqlarını bildirir. Sanki hiss edirmiş hər şeyi: Rəşid Fransa da vəfat edir.
Sara Aşurbəyli "Bakı şəhərinin tarixi", "Şirvanşahlar dövləti" (bu əsərə görə ardıcıl olaraq 4 böyük mükafata layiq görülmüşdü), "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri" kimi kitabların, onlarla araşdırma, elmi yazıların müəllifi olur.
"Şirvanşahlar dövləti" kitabını "Əziz qardaşım, Böyük Vətən müharibəsində həlak olmuş hərbi həkim Rəşad Balabəy oğlu Aşurbəylinin parlaq xatirəsinə ithaf edirəm" deyə qeyd edir. "Bakı şəhərinin tarixi" kitabını isə "1937-1938-ci illər repressiyasının qurbanı olmuş əziz atam Balabəy Teymurbəy oğlu Aşurbəyovun nurlu xatirəsinə" ithaf edir. Sara xanım sanki bununla rahatlıq qazanmaq istəyirdi... Qazandı da ! Bununla o, əslində, elə nəslinə, Nadir şah Əfşarın şəcərəsinə, şanına, şöhrətinə layiq kitablara imza atmış oldu. Həm də öz tarixi missiyasını yekunlaşdıraraq tarixiləşir. Azərbaycan tarixində də Sara Aşurbəyli imzası ilə ləkəsiz, "vətən xaini" olmayan, həmişə vətəni üçün can yandıran zadəgan nəslinin adını bir daha əbədiləşdirir.
Bu və digər kitablarını yazınca, Sovet dövrürün qırğınlarla dolu rejinə baxmayaraq "Mütləq Stalindən də yaz", "Mir Cəfər Bağırovu mütləq qeyd elə", "Sovetlərdən yaz" fikirləri onun üzərinə hücuma keçsə də, Sara Aşurbəyli "yaxşı, yazaram" deyib, saxta olan heç nəyi yazdığı tarix kitablarının bir sətrinə belə yaxın buraxmır.
...Ömür sonsuz deyil..96 yaşında vәfat edәn Sara Aşurbәyliyә - " Sizin ömrünüz һeç dә sadә bir insan ömrü olmayıb, nә vaxtsa memuar yazacaqsınızmı?" sualanı verәndә görkәmli tarixçi belә cavab verir: "Bilirsiz, mәn bәlkә dә һeç nә yazmayacam. Çünki mәnim ömrüm doğmalarımın itkisi, dövrün vә insanların әdalәtsiz münasibәtlәri, xәyanәtlәriylә dolu keçib. Bunları yazmaq o һadisәlәri yenidәn yaşamaq demәkdir. Mәn bunu bacarmaram..."

Bu, taleyin әn sәrt zәrbәlәri qarşısında belә әyilmәyәn, bütün ömrünü Azәrbaycan tarixinә һәsr edәn, tәkcә öz ömrünü yox bütöv bir millәtin ömrünü vә onun ağrı-әzablarını yaşayan Sara xanımın ilk vә son etirafı idi...
Sonda ürək ağrısı tarixçi alim Solmaz Rustamova Togidinin fikirləri ilə sizləri tanış etmək istəyirəm: "Sara xanım Azərbaycan tarixinin "mübahisəli" məsələlərini çox səliqə ilə sübut edirdi. Bu gün bu incə məqamlar daha aydın nəzərə çarpır və bir daha böyük və əsl tarixçinin əsərini oxuduğunu görürsən. O mürəkkəb dövrdə Azərbaycan tarixinin əsaslarını işləyib hazırlayan alimlərin yaratdığı elmi məktəb bu müstəqillik dövründə necə tar-mar oldu??!! Sanki qəsdən dağıtdılar, məhv etdilər. Bu gün Azərbaycan tarixinin bütöv bir dövrləri üzrə, o cümlədən Şirvanşahlar dövrü üzrə , ümumən mütəxəssis yoxdur..."
Bəli, təəssüf ki, bu gün Ağ qoç, Qara qoçların tarixlərini araşdıranlar təəssüf ki, 600 illik Şirvanşahlar tarixinin üstündən vaz keçirlər...
Həm də Sara xanımın üstündən...
Belə.
Baba Allahnəzərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.