Batin alimi yazır: Türkün tarixini İlbər Ortaylı kimi "tarixçilər" saxtalaşdırır!

Bu gün, 00:05           
Batin alimi yazır: Türkün tarixini İlbər Ortaylı kimi "tarixçilər" saxtalaşdırır!
Türk xalqlarının tarixini araşdıran müasir tədqiqatçılar, qədim mənbələri daha dərindən öyrənmək, yazıların məntiqini dərk etmək əvəzinə, Avropa tarixçilərinin gəldiyi nəticələrə əsaslanaraq, Böyük Türk xalqının yanlış tarixini yazırlar. Orxan Yenisey yazılarında Türk xanı açıq iddia edir ki, "Mən Tanrı tək Tanrı yaratmış", "Göydə El yaratmış" və "Göydə yaranmış" Türk xanıyam. Düşünmə qabiliyyəti olan istənilən insan anlayar ki, Türk xalqı - göydə Tanrı yaratmış xanın nəslidir. Başqa sözlə desək, Türk xalqı - göydə "İlahdan El", yəni El-İlah, Allah yaratmış xanın törəmələrdir. Misirlə bağlı qədim mətnlərdə də Türk sözü teurq (Teo-orq) kimi yazılıb, "Allah yaradan" mənasını verirdi. Deməli, türklər digər xalqlardan fərqli olaraq Allahın xalqı kimi yaradılmışlar. Tanınmış tarixçi İlbər Ortaylı isə, ümumi Türk tarixini anlamadan saxtalaşdırmağı azmış kimi, Azərbaycan xalqının da tarixi haqda bir kəlmə - "Azəri adlı xalq olmamışdır" deməklə, dünyanın ilk və ən qədim xalqı olan Azəri türklərinin də tarixinə "çamur atmışdır".

Azərbaycanlılar da İlbər Ortaylını ciddi alim hesab edib, xalqımızın Azəri adı ilə heç bir əlaqəsi olmaması qənaətinə gəlirlər. Mən, İlbər Ortaylının bu sözlərinə görə, "Türk”, “Türkiye” ne demektir? Akıl almaz gerçekler" və "Azəri, Azərbaycan nə deməkdir. Sirlər xəzinəsi" adlı məqalələr yazıb, ona göndərdim (1). Lakin özünü böyük alim sayan bu insan fikrindən dönmədi. Əsl alim həqiqəti anladıqdan sonra fikrini dəyişər, həqiqəti yazar. Təəsüf ki, İlbər Ortaylı öz dediklərindən imtina etməyərək, yenə də çıxışlarında - Azəri adlı Türk xalqının olmamasını qeyd edir.

Dünyadakı siyasi vəziyyətdən aydındır ki, Avropa, Amerika və s. ölkələrin bəzi toplumları Türk xalqlarını sevmir və onların həqiqi tarixinin üzə çıxmasını da istəmirlər. Buna görə türklər özləri öz həqiqi tarixlərini yazmalı, qədim sirləri açıb, bütün dünyaya - onların ən qədim və müqəddəs xalq olmalarını sübut etməlidirlər. Bunun üçün isə ilk növbədə, qədim mətnləri yazan müdriklərin məntiqinə müraciət etmək lazımdır. Bu məntiq Tövrat kitabında "ilk vahid xalqın vahid səfa dili" adlanır ki, bizlərə bu dil sufizm kimi tanışdır və mən bu haqda internet səhifələrimdəki - "Тайна святого языка Азери" adlı məqaləmdə ətraflı yazmışam (2).

Tövrat kitabı yalnız samitlərlə yazılmışdır və bu yazı üslubu Türk yazı üslubu sayılır. Mətnlərdə Tövrat sözü Torah kimi qeyd olunur ki, sufi məntiqində bu rəmz - "Türkün Tərikə yolu" fikrini ifadə edir. Bu kitab həm də "ktav Aşuri" adlanır və bu da "Azəri kitabı" deməkdir. Başqa sözlə, Tövrat əslində Azəri türklərinin kitabıdır. Mən "Azərilər və onların Allahla müqavilələri" adlı məqaləmdə qeyd etmişəm ki, qədim Misir mətnlərində və Tövratda Azəri şahlığı - Azərbaycanın cənub bölgəsində, İranın Ərdəbil şəhərinin sərhəddində, qədim Midiya elində mövcud olmuşdur (3). Paytaxtı ən qədim mənbələrdə Kadeş, Kadus və s. kimi qeyd olunan bu el - Azəri Türk müqəddəsləri olan pir-bəglər, seyid-şıxlar nəslinin elidir. Ən qədim mətnlərdə onlar amorey, amorey-sutilər adlanır ki, bu da onların Marastan, yəni Midiya miri-seyidləri olan peyğəmbərlər nəsli olması deməkdir. Qədim Misir mənbələrində bura - Günəşin doğulduğu "Şərq ölkəsi" adlanır və bu da Albaniya anlamındadır. Mən, "Allahın Şərqdəki türk ordusu" adlı məqaləmdə bu haqda ətraflı məlumatlar vermişəm (4). Qədim Misirdə pir (pirao) rəmzi - firon, bəg (Baka) rəmzi - Asar (Azər/Osiris) Allahının dünyanı idarə edən şahlar nəsli, Asar Allahın özü isə Haq (Heka) adlanır. İnternet səhifələrimdəki "Sivilizasiya Azərilərdən başlanır" adlı məqalədə mən göstərmişəm ki, məhz Azəri seyid-pirlərinin cəddi (əcdadı) pir Əman, yəni firon Amon, Midiyanın Xelat göylərində Atum Allahı və onun daxilində Xüld cənnəti yaratmışdır (5). Pir-seyidlər də bu Atum Allahının obrazı və bənzəri kimi yaradılmış müqəddəslər nəslidir.
Qədim Misir mətnlərinə görə, ilk olaraq dünyanın sahibi kimi Asar (Osiris) Allahlar nəsli yaradılmış və onlar da öz əlləri ilə adi insanları yaratmışlar. Bu haqda mənim internet səhifələrimdə - "Allah türkləri, onlar isə insanı yaratdılar" adlı məqaləm var (6). Tövrata görə də cəmi iki növ - Göy və yer insanı yaradılmışdır. Türklər məhz bu ölümsüz Göy insanının, yəni Göy türklərinin törəmələridirlər. Tövrata görə məhz bu Türk bəgləri Xaldeyada, yəni Xelatda Babil qülləsi tikdikdən sonra, Allah onların vahid dilindən 70 dil yaradıb, onları dünyaya səpələmişdi. Mən, "Qədim tarixi - "düşüncəsiz" cahillər yazır!" adlı məqaləmdə göstərmişəm ki, qədim dünyanın bütün tarixi - Azərbaycanın Xelat Atabəglər Ailəsinə aiddir (7). Qədim müdriklər adi yer insanlarını "heyvani insan" adlandırıb, onların qədim yazılara, tarixə heç bir aidiyyatı olmamalarını xüsusi vurğulayırlar. Başqa sözlə, qədim dünyanın sahibləri - Misir mətnlərində "Eyni kökdən olan xalqların Böyük İttifaqı” adlanan Azərbaycan Atabəglər Ailəsi olmuşdur və mən bu haqda "İşıq İnsanı və onun İlahi məntiqi" adlı məqaləmdə yazmışam (8). Misir mənbələrində onlar Allah mənasında Neter, Ruten adlanır ki, batini mənada bu rəmzlər Tanrı və Turan rəmzləri ilə eyni mənalıdır.

Bütün bunlar o deməkdir ki, türklər adi yer insanlarından fərqli yaradılmış ölümsüz Göy insanlarıdır və onların tarixi də qədim Asar (Azər), yəni Osiris Allahlar nəslinin tarixidir. Mətnlərdə onlar Xəzər Türk bəgləri adlanırlar ki, sufi məntiqində Xəzər rəmzi, Xızır rəmzi kimi - "Hu-Azər", yəni ölümsüz Azər Allahı deməkdir. Deməli, mətnlərdə Xəzər Türk bəgləri dedikdə - "Azər (Osiris) Allahının Türk bəgləri" başa düşülməlidir. Daha dərin batini mənada bu rəmz - "Göydə Azər Allahını yaratmış bəglər" fikrini ifadə edir. Bəg rəmzinin də batini mənalarını nəzərə alsaq, Xəzər Türk bəgləri rəmzi - "Sufizmin Bəqa səviyyəsində İlahla vəhdətə nail olub, ondan göydə Azər Allahını yaratmış Allahlar" mənasını verər. Bu Azəri ölkəsi mənbələrdə Assuriya (Azəriyyə) kimi də qeyd olunur ki, mən "Assuriya – qədim Azərbaycan ölkəsidir" adlı məqaləmdə bu haqda geniş yazmışam (9).
Ən qədim Misir mətnlərində Osiris/Azəri Allahlar nəsli "Şəmsu Qor", yəni Qor Allahının yolu ilə gedənlər adlanırlar. İslamda Qor yolu ilə gedənlər - "əhli-sünnə vəl-cəmaa", yəni "Məhəmməd peyğəmbər və onun əshabələrinin yolunu gedənlər" kimi məlumdurlar. Bu haqda mənim internetdəki "Əhli-sünnə və onların ağlasığmaz sirləri" adlı məqaləmdə daha ətraflı məlumatlar var (10). Onların dini də İsna-Aşəriyə (Eşariyyə) adlanırdı ki, bu da "Süni (Sina/Sünik) dağındakı Aşər", yəni Azər (Osiris) Allahı fikrini ifadə edir.
Tövratda Qor Allahının nəsli Aqar, yəni Həcər, Qacar nəsli adlanır. Qədim Misir və s. mənbələrdə bu Qor fironları nəsli - Qardu/Karti və s. formada yazılıb, Qor-Deo, yəni Qor Allahı mənasını verirdi. Bizlərə bu rəmz Kürd (KRD) rəmzi kimi məlumdur ki, batini mənada bu rəmz Türk (TRK) rəmzi ilə eyni mənalıdır və mənim internet səhifələrimdə "Kürd”, “Türk” adlarının mənşəyi və batini mənası" adlı məqaləmdə bu haqda əlavə məlumatlar var (11). Bu isə onu deməyə əsas verir ki, Türk rəmzi batini mənada - Qor Allahının yolu (tərikə yolu) ilə gedib, Azər Allahına çevrilmiş Göy insanları deməkdir. Qədim Misir mənbələrinə görə pir, yəni firon öləndən sonra onun ruhu Osiris (Asar), yəni Azər Allahına çevrilir.

Digər tərəfdən, qədim Misirdə Qor Allahı - Asar (Azər/Osiris) Allahının oğlu sayılır ki, o, qardaşı tərəfindən öldürülmüş atasını dirildir. Sufi-batini mənalarda Azər Allahı əvvəldə gəlmiş, Qor Allahı isə axirətdə gələcək Allahların obrazlarıdır və mənim - "Qurana görə axirətdə Allah gələcək" adlı məqaləmdə bu Bəsmələ haqda ətraflı məlumatlar var (12). Kitabi Dədə Qorqudda əvvəldə və axırda gələcək Allahların obrazları Osman şahlarının Qayı nəslinə aid edilir. Mən, "Misir Allahlarının, Osman şahlarının və İmam Əlinin vətəni – Muğan" adlı məqaləmdə göstərmişəm ki, bütün Allahlar, padşahlar və peyğəmbərlər nəsli, qədim Midiyanın dağlıq hissəsi olan Gelad/Gilar və aran hissəsi olan Muğanla bağlıdır (13). Tövrat kitabına görə İsrailin 12 oğlu da məhz Azərbaycanın bu qədim Gilarau mahalının Gilar elinə aid edilir ki, mən "Великие деяния сыновей Иакова и Рахиля" adlı məqaləmdə bu haqda yazmışam (14). Xristianlarda bu 12 Türk bəgi - 12 həvari, İslamda isə 12 imam adlanır.

Tövrat kitabında "Misirdən çıxış" dedikdə, batini mənada Türk seyid-pirlər nəslinin ruhunun bədəndən çıxıb, cənnətdə ölümsüzlük qazanması nəzərdə tutulur və mən "Тайна Моисея и его Торы" adlı məqaləmdə bu haqda yazmışam (15). Burada Misirdən "çıxış" sözü "Yesiat" rəmzi ilə verilib ki, batini mənada (Ya)"siat" rəmzi Quranda şiə mənasını verən "şiat" rəmzidir. Qədim Misir mətnlərində eyni mənalı Sia və Şu rəmzləri firon Amonun göydə ölümsüzlük qazanmış ruhunu bildirirdi. Başqa sözlə, Tövratda əslində Türk pir-seyidlərin ruhlarının cənnətdə ölümsüzlük qazanmaları rəmzləşdirilmişdir. Mən internet səhifələrimdəki “Тайна метафизического золотого храма царя Соломона” adlı məqaləmdə bu haqda yazmışam (16).

Bütün bunlar o deməkdir ki, Göy türkləri - dünyanın sahibi kimi yaradılmış Osiris (Asar/Azər) Allahının nəslidir. Bütün qədim mənbələrdə yazılan tarix, bu ölümsüz Şu/Şiə ruhlu Türk pir-seyidlərinə aiddir. Onların bəzi mətnlərdə ərəb adlanması da bu müqəddəslər nəslinin Rəb, yəni Allah nəsli olması mənasındadır. Yazılanlara görə, axirətdə də bu ölümsüz Şu, yəni Şiə ruhlu Türklər, əvvəldə olduğu kimi yenidən dünyanın sahiblərinə çevriləcəklər. Mətnlərdə əvvəldə gələn türklər Süni (Sina), yəni Sünik dağındakı sünnilər (başqa adı hunnlar) adlanırsa, axirətdə gələcək türklər şiələr adlanır və mənim internet səhifələrimdəki "Əsl şiəlik və şiələr haqda ağlasığmaz həqiqətlər" adlı məqaləmdə bu ölümsüz Şu ruhlu türklər haqda yeni məlumatlar var (17). Bu yazdıqlarımdan çıxan nəticə odur ki, qədim sufi müdriklərinə görə bütün qədim ədəbiyyatlar batini mənada - dünyaya hakim kimi gəlmiş türklərə həsr olunmuşdur və yalnız onların tarixidir. Adi ölümlü insanları isə qədim müdriklər - zəif ağılda olan "heyvani insan" adlandırırdılar ki, onların qədim yazılara heç bir aidiyyatı yoxdur.

Bütün bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran və digər kitablarımda və yüzlərlə elmi məqalələrimdə verilmişdir. İnternet səhifələrimdə bunların əksəriyyəti ilə tanış olmaq mümkündür.

Mənbələr:
1. "Türk”, “Türkiye” ne demektir? Akıl almaz gerçekler", sayt: https://gilarbek.blogspot.com/2012/07/turk-turkiye-ne-demektir-akl-almaz_19.html?m=1
"Azəri, Azərbaycan nə deməkdir. Sirlər xəzinəsi", sayt: http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html?m=1
2. "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html
3. "Azərilər və onların Allahla müqavilələri", sayt: https://firudin.blogspot.com/2025/01/azrilr-v-onlarn-allahla-muqavillri.html?m=1
4. "Allahın Şərqdəki türk ordusu", sayt: http://gilarbek.blogspot.com/2013/11/allahn-srqdki-turk-ordusu.html?m=1
5. "Sivilizasiya Azərilərdən başlanır", sayt: https://firudin.blogspot.com/2023/05/sivilizasiya-azrilrdn-baslanr.html?m=1
6. "Allah türkləri, onlar isə insanı yaratdılar", sayt: http://gilarbek.blogspot.com/2013/12/allah-turklri-nlar-is-insan-yaratdlar.html?m=1
7. "Qədim tarixi - "düşüncəsiz" cahillər yazır!", sayt: https://firudin.blogspot.com/2025/01/qdim-tarixi-dusuncsiz-cahillr-yazr.html?m=1
8. "İşıq İnsanı və onun İlahi məntiqi", sayt: https://firudin.blogspot.com/2021/09/isq-insan-v-onun-ilahi-mntiqi.html?m=1
9. "Assuriya – qədim Azərbaycan ölkəsidir", sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/
10. "Əhli-sünnə və onların ağlasığmaz sirləri", sayt: https://firudin.blogspot.com/2023/01/hli-sunn-v-onlarn-aglasgmaz-sirlri.html?m=1
11. "Kürd”, “Türk” adlarının mənşəyi və batini mənası", sayt: http://gilarbek.blogspot.com/2017/11/kurd-turk-adlarnn-mnsyi-v-batini-mnas.html?m=1
12. "Qurana görə axirətdə Allah gələcək", sayt: https://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1252
13. "Misir Allahlarının, Osman şahlarının və İmam Əlinin vətəni – Muğan", sayt: https://gilarbek.blogspot.com/2019/06/misir-allahlarnn-osman-sahlarnn-v-imam.html?m=1
14. "Великие деяния сыновей Иакова и Рахиля", sayt: https://firudin.blogspot.com/2023/04/blog-post.html?m=1
15. "Тайна Моисея и его Торы", sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1
16. “Тайна метафизического золотого храма царя Соломона”, sayt: https://firudin.blogspot.com/2023/09/blog-post_19.html?m=1
17. "Əsl şiəlik və şiələr haqda ağlasığmaz həqiqətlər", sayt: https://firudin.blogspot.com/2024/12/sl-silik-v-silr-haqda-aglasgmaz-hqiqtlr.html?m=1

Firudin Gilar Bəg
Sufi-batin alimi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.